Türkiyədəki hakim partiyanın maraqları xalqın maraqları ilə eyniləşdirilməməlidir
"AKP hakimiyyətinin bəzi siyasi dairələri anlamalıdırlar ki, Azərbaycan heç kimin ideoloji təsir dairəsi deyil. Ölkəmizin dünyəvi dövlətçilik modeli, müstəqil xarici siyasəti və milli maraqları müzakirə predmeti ola bilər, ancaq kənardan təzyiq və ya siyasi diktə vasitəsinə çevrilə bilməz. Əgər AKP təmsilçiləri Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlərsə, bunun siyasi məsuliyyətini də özləri daşımalıdırlar."
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, biz Türkiyə xalqının qardaşlığını və iki dövlət arasındakı strateji müttəfiqliyi yüksək qiymətləndiririk. Lakin qardaşlıq münasibətləri bir tərəfin digərinə siyasi və ideoloji şərtlər diktə etməsi demək deyil. Türkiyədəki hakim partiyanın maraqları ilə Türkiyə xalqının maraqlarını da eyniləşdirmək olmaz.
"Hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir və heç bir hakim partiyanın ideoloji baxışlarına uyğunlaşmaq məcburiyyətində deyil. Qardaşlıq qarşılıqlı hörmət, suverenliyə sayğı və daxili işlərə qarışmamaq üzərində qurulmalıdır. Bizim də Türkiyədə kifayət qədər problemlərlə bağlı arqumentlərimiz var. Bu gün Türkiyədə inflyasiya, cəmiyyətin narazılığı və çoxsaylı problemlər məhz AKP hakimiyyətinin çatışmazlığıdır. Amma bu kimi hallara müdaxilə etmirik və Türkiyə iqtidarına qarşı kampaniya aparmırıq. Ona görə Azərbaycana qarşı aparılan kampaniyaya son qoyulmalıdır, bu, münasibətilərimizin ruhuna uyğun deyil. "- deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 19 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb
11:25 195 Peşəkar makler necə olmalıdır? Təcrübə, etika və etimad
Daşınmaz əmlak bazarında şəffaflıq dedikdə, ilk növbədə, məlumatların düzgün təqdim olunması, qiymətlərin əsaslandırılması, xidmət haqqının əvvəlcədən razılaşdırılması, eləcə də tərəflərin hüquq və öhdəliklərinin aydın şəkildə müəyyənləşdirilməsi nəzərdə tutulur. Təcrübədə müştərilərin qarşılaşdığı əsa
11:39 156 Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Bu ilin oktyabrın 1-nə Azərbaycanda iribuynuzlu mal-qaranın baş sayı 2 milyon 430,2 min baş təşkil edib. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 min baş və ya 0,4 % azdır. Məlumata görə, iribuynuzl
18.10.2026 330 Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib. Onlar saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsind
10:04 218 Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam
Anar Məhərrəm oğlu Bayramov səhiyyə naziri təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.Bayramov aprelin 14-ü TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilmişdi
11:40 213 Hədəf Türkiyə dövləti və xalqı deyil: AKP hakimiyyəti üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmaq cəhdləri
Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından qat-qat üstün olan strateji dəyərə malikdir. Bu münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizli
11:28 144 Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 11:27-də qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanın ocağı 18 kilometr dərinlikdə yerləşib
11:57 120 Meksikada üç turistin qətlinə görə şok hökm
Meksika məhkəməsi iki avstraliyalı qardaşı və onların amerikalı dostunu qətlə yetirməkdə təqsirli bilinən üç nəfərin hər birini 158 il 9 ay müddətinə azadlıqdan məhrum edib. xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Qətlə yetirilən şəxslərin Ceyk və Kallum Robinson qardaşları
18.10.2026 441 Qazaxıstanda zəhərli hörümçəyi udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
18.10.2026 305