Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir? - ARAŞDIRMA

Kərə yağının qiymətində kəskin artım: Səbəb nədir? - ARAŞDIRMAÖlkəmizdə satılan kərə yağlarının qiyməti artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.

Beləliklə, may ayında ilin əvvəli ilə müqayisədə yerli kərə yağının qiyməti 2,3 faiz bahalaşıb. Kərə yağının bahalaşmasına səbəb nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.

İdxaldan asılılıq

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov kərə yağının qiymətinin artmasını dünyada baş verən proseslərlə əlaqələndirib:

"Kərə yağının bahalaşması idxal olunan yağların və yağ xammalının dünya bazarında qiymətlərinin artması ilə bağlıdır. Ümumiyyətlə, dünyada kərə yağlarının istehsalında azalma müşahidə olunur. Bu azalma iqlim dəyişiklikləri və dünya iqtisadiyyatında yaşanan çətinliklərlə bağlıdır. İdxal olunan malların qiymətləri dünya bazarlarındakı qiymətlərdən asılıdır".

Qiymətləri bazar müəyyənləşdirir

A.Badamov bildirib ki, yerli istehsalı inkişaf etdirmək lazımdır:

"Ölkəmizdə kərə yağının istehsalı isə aşağı həddədir. Çünki maldarlıq təsərrüfatlarımız kifayət qədər inkişaf etməyib. Bu baxımdan, dövlətin qarşısında dayanan vəzifələrdən biri də ölkədaxili tələbatın ödənilməsində idxaldan asılılığı minimuma endirməkdir. Kərə yağı və digər kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmaması üçün mütləq şəkildə daxili istehsalımızı artıra biləcək addımların atılması vacibdir. Unutmayaq ki, bazar iqtisadiyyatıdır. Qiymətləri dövlət yox, bazar müəyyənləşdirir. Dövlət kərə yağının qiymətinin artmasına və ya azalmasına təsir göstərə bilməz".

İşğaldan azad olunmuş ərazilər bizi xilas edəcək

Deputat perspektivdə gözləntilərin pozitiv olduğunu bildirib:

"Çünki işğaldan azad olunmuş ərazilərdə yeni aqroparklar salınır. Bu da yeni ətlik və südlük təsərrüfatların inkişaf etdirilməsinə imkan yaradacaq. Əgər biz işğaldan azad olunmuş əraziləri konsolidasiya olunmuş təsərrüfatların yaradılmasına yönəltsək və bu təsərrüfatların qarşısında maldarlığın inkişaf etdirilməsi kimi bir tələb qoyularsa, daxili bazarda məhsul bolluğu yaranacaq. Məhsul bolluğunun yaranması da qiymətlərin formalaşmasına təsir göstərir. Çıxış yolu maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün dövlət dəstəyini genişləndirməklə fermerləri stimullaşdırmaqdan ibarətdir".

"Marketlər qiyməti qaldırır"

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə keyfiyyətli kərə yağınının qiymətinin yüksək olmalı olduğunu düşünür:

"Normal kərə yağı əldə etmək üçün 20 litr orta yağlılıq dərəcəsi olan süd lazımdır. Əslində kərə yağının qiyməti 19-20 manat olmalıdır. Azərbaycan bazarı dünya bazarından asılıdır. Amma qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər. Bazarımızda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur, lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin".

İdxalı artırmalıyıq

E.Hüseynovun fikrincə, kərə yağı idxal etdiyimiz ölkələrin sayını artırsaq, qiymətləri tənzimləmək mümkün olacaq:

"Yeni Zelandiyada Azərbaycana yağ göndərən zavodda, onlara süd verən təsərrüfatlarda oldum. Məlum oldu ki, orada heyvanlar daim otlaqlarda olurlar. Bu səbəbdən onlarda yağ daha ucuz başa gəlir. Həmçinin, Azərbaycana Almaniyadan da yağ göndərilir. Niderland, Peru kimi kənd təsərrüfatı inkişaf etmiş ölkələr mövcuddur. Azad bazar şəraitinin bütün imkanlarından istifadə etmək lazımdır ki, daha çox xarici ölkələrdən yağ idxal olunsun. Belə olarsa, yağın qiymətində azalma baş verə bilər".

Yerli kərə yağı istehsalında sahibkarlığın inkişafının qayğısına qalmalıyıq

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, daxili xammalla yerli kərə yağı istehsal edə bilmirik:

"Qiymət fərqliliyini ortaya çıxaran məhz idxal faktorudur. Yerli istehsalda da xammal idxal hesabına təmin olunur. Sırf daxili xammal hesabına kərə yağı istehsalı mümkün deyil. Dünyada xammalın da qiymətində artım müşahidə edilir. Ona görə yerli istehsal məhsullarının da qiyməti qalxıb. Heyvandarlığı inkişaf etdirməliyik. Xüsusən süd və yağ istehsalı istiqamətlərinin inkişafına önəm verməliyik. Ölkədə yerli kərə yağı istehsalı sahəsində sahibkarlığın inkişafının qayğısına qalmalı, bu istiqamətə xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə heyvandarlıq sahəsində təkcə kərə yağında deyil, digər məhsullarda da idxaldan asılı olacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyə Ayın araşdırılması proqramına qoşuldu

Türkiyə ABŞ-ın Artemis Ay proqramına qoşulan 71-ci ölkə olub. xəbər verir ki, bu barədə "SpaceNews" məlumat yayıb. Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ankara Artemis Sazişlərində nəzərdə tutulan öhdəliklərə uyğun olaraq kosmosun dinc məqsədlərlə araşdırılması və istifadəs

11:50 140
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

03.09.2026 275
.

Dövlət torpaqlarının icarəyə verilməsində yeni mexanizm - güzəştlər kimlərə şamil olunur?

"2026-cı ildən dövlət torpaqlarının, xüsusilə iri ölçülü torpaq sahələrinin icarəyə verilməsi mexanizmində mühüm yeniliklər tətbiq edilir. Nazirlər Kabinetinin 8 may 2026-cı il tarixli 138 nömrəli qərarı ilə özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, eləcə də hüquqi və fiziki şəxslər tərəfində

12:30 163
.

Bakıda bu 2 yol təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu, Bəşir Bünyadov küçəsinin bir hissəsində və Ramana qəsəbəsi Mehdi Hüseynzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb

16:45 74
.

Rusiyanın Avropaya qarşı hibrid müharibəsi: Təhlükə böyüyür - POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Avropaya qarşı hibrid müharibə apardığı ilə bağlı narahatlıqlar getdikcə artır. Sabotaj, kiberhücumlar, casusluq, kritik infrastruktura müdaxilə, pilotsuz uçuş aparatlarından istifadə və dezinformasiya kampaniyaları Avropa ölkələrinin təhlükəsizlik gündəmində əsas məsələlərdən birinə çevrilib

16:34 143
.

Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı subyektiv mülahizələrə əsaslanan, məsələni dövlətlərarası siyasi münasibətlər fonunda təqdim etməyə çalışan və ictimai rəy

03.09.2026 237
.

Çin İranı, yoxsa öz gələcəyini müdafiə edir? - Hörmüzün arxasındakı əsas səbəb

ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində sentyabrın 1-2-də G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantısı keçirilib. Görüşün diqqət çəkən məqamlarından biri Çinin Hörmüz boğazından "azad, təhlükəsiz və proqnozlaşdırılan" keçidi tələb edən mətnə qoşulmaması olub. Digə

12:43 150
.

Çin şirkətləri ABŞ-a nadir torpaq metalları göndərməkdən imtina edir

Çində bəzi nadir torpaq elementi təchizatçıları ABŞ şirkətlərinə məhsul göndərməyi dayandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bir sıra Çin şirkətləri Pekinin mümkün reaksiyasından ehtiyat edərək ABŞ-a nadir torpaq metalları tədarük etməkdən çəkinir. Bu vəziyyət ABŞ Prezidenti Donald Tram

13:00 177
.

Binədə güclü YANĞIN - VİDEO

Bakı şəhərinin Xəzər rayonunda yanğın baş verib. -ın məlumatına görə, yanğın Binə qəsəbəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a bildirilib ki, ərazidə nəzarət altında qurumuş kol-kos yandırılıb

03.09.2026 318
.