Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – RƏSMİ AÇIQLAMA

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – RƏSMİ AÇIQLAMARəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Bakı Telefon Rabitəsi" (Baktelekom) MMC-lərin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqusta qədər olubsa, növbəti hesablama dövrünə qədər heç bir əlavə ödəniş etmədən mövcud GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifi ilə davam edəcəklər.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Aztelekom" və "Bakı Telefon Rabitəsi" MMC-lərdən bildirilib.

"Məsələn, abunəlik müddəti 10 avqust tarixində yenilənən müştərilərimiz növbəti hesablama dövrünə qədər 40 Mbit/s, 60 Mbit/s və 100 Mbit/s tarif paketlərinə heç bir əlavə ödəniş etmədən əvvəlki şərtlərlə davam edəcəklər. Abunəçilər əvvəlcədən ödəniş etdikləri üçün mövcud tariflərlə davam edəcək və əlavə borc yaranmayacaq.

Həm "Aztelekom" MMC-nin, həm də "Bakı Telefon Rabitəsi" MMC-nin abunəçilərinin xidmətə qoşulma tarixi və ya qoşulduğu paketin yenilənmə tarixi 15 avqust və sonrakı tarixlərə təsadüf edərsə, hesablama yeni tariflərlə qeydə alınacaq", - məlumatda deyilir.

Xatırladaq ki, bu ayın 15-dən GPON tarifləri üzrə təqdim olunan sürətləri 2,5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıcaq. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0,45 manatdan 0,25 manata endiriləcək. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 manat, 150 Mbit/s internet üçün 30 manat, 250 Mbit/s internet üçün 36 manat qiymət təklif ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2266   Tarix: 03 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Tusk: Ukrayna üçün dron istehsal edən zavoddakı yanğının arxasında Rusiya dayanır

Polşanın Baş naziri Donald Tusk ölkədə Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal edən zavodda baş verən yanğının Rusiya tərəfindən təşkil edilmiş qəsdən törədilən yanğın olduğunu bildirib. xəbər verir ki, Tuskun sözlərinə görə, hadisə Rusiyanın Avropadakı fəaliyyətlərinin eskalasiyasının davamıdır

03.09.2026 231
.

Qərb mediasının Azərbaycanla bağlı qərəzli yanaşması: faktların yerini siyasi manipulyasiya tutur

İnformasiya müharibəsinin yeni dalğası: ayrı-ayrı hadisələr necə siyasi narrativə çevrilir?. Müasir dünyada informasiya artıq yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, eyni zamanda dövlətlərarası münasibətlərə, ictimai rəyə və ölkələrin beynəlxalq imicinə təsir göstərən mühüm amillərdən biridir

11:02 159
.

Gedişhaqqı artırılır - Bakıda ictimai nəqliyyatda YENİ BAHALAŞMA - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyat sistemində illərdir həllini tapmayan avtobus qıtlığı, uzun intervallar, sıxlıq və bərbad xidmət səviyyəsi sərnişinlərin hər gün qarşılaşdığı əsas acı həqiqətdir. Paytaxt sakinləri dayanacaqlarda saatlarla gecikən avtobusları gözləməyə məcbur edildiyi bir şəraitdə, aidiyyəti qurumları

11:59 1244
.

Donor tapa bilmədi - 9 ay donuz böyrəyi ilə yaşadı

Amerikalı Tim Endryuz doqquz ay ərzində donuz böyrəyi ilə yaşayan ilk insan olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, hipertoniya və diabetdən əziyyət çəkən 66 yaşlı Tim Endryuzun nadir qan qrupu ona dono

16:03 51
.

Bu ölkədə etiraz etmək qadağan olundu

Əfqanıstanda hakimiyyətdə olan "Taliban" bütün formalarda etiraz aksiyalarını qadağan edən yeni qayda tətbiq edib. "Taliban" bu qərarın İslam qanunlarına və ictimai asayişə uyğun olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, "Taliban"ın sözçüsü Zəbihullah Mücahi

03.09.2026 265
.

Tehranın cavab zərbələri Yaxın Şərqdə yeni təhlükəsizlik ittifaqı yarada bilər

"İran və ABŞ arasında hərbi toqquşmalar yenidən başlayıb. Belə ki, əvvəlcə ABŞ İran ərazisində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hədəflərinə zərbələr endirib. İran ordusu isə cavab olaraq ABŞ-ın İordaniyadakı hərbi obyektini hədəfə alıb. Vaşinqton buna cavab olaraq Hörmüz boğazı yaxınlığındak

12:53 163
.

Besant İrana köməklik edən dövlətləri hədələdi

ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar

03.09.2026 235
.

Bu hərəkəti edənlər 500 manat cərimələnəcək

"Heyvanlarla rəhmsiz rəftar edilməsi inzibati məsuliyyətə səbəb olur". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib. O, qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, heyvanlarla rəhmsiz davranaraq onların şikəst və ya tələf edilməsinə səbəb olan şəxslə

14:16 170
.

Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar - Video

1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb. -a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub. Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur. Sözügedə

03.09.2026 331
.