Qurban Yetirmişlidən zəlzələ iddialarına SƏRT REAKSİYA : "Mən fala baxmıram"
Son zamanlar Azərbaycanda zəlzələ ocaqları aktivləşib. Doğrudur, bu zəlzələlərin maqnitudası böyük olmur. Amma istənilən halda cəmiyyətdə təhlükə siqnalları yaradır.
Bəs görəsən, qarşıdakı dönəmdə Azərbaycanda dağıdıcı zəlzələ gözlənilirmi?
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, hər gün təkanlar olur, çünki sönük planetdə yaşamırıq:
"Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir. Ölkəmizdə elə bir zəlzələ ərazisi yoxdur ki, güclü aktivləşmə olsun. Biz bir parametrlə, xırda təkanlarla tədqiqat aparmırıq. Bu məsələ ilə bağlı GPS stansiyaları var. Litosferdə gedən hərəkətlərin istiqaməti, sürəti araşdırılır. Burada qravitasiya sahəsinin dəyişməsi, geomaqnit şüalarının qeydiyyata alınması, sulardakı makro və mikro komponentlər, qazlar, radioaktiv elementlərin dəyişməsi və s. nəzərə alınır.
Ona görə arxayınlıqla deyirik ki, katastrofik zəlzələ gözlənilmir. Mən insanlara fala baxaraq "gedin, evdə rahat oturun"demirəm. Çünki biz hesablayırıq ki, nə qədər enerji ayrıldı və nə qədəri qaldı.
Tədqiqatımızın nəticəsinə görə arxayınlıqla milyonlarla insanı evə çağırıram. Bəziləri ağzına gələni danışırlar. Deyirlər ki, "zəlzələ olacaq". Kim deyir ki, olmayacaq? Mən detalları izah edirəm, təqdiqatlara güvənib danışıram. Sən nəyə əsasən deyirsən? Çıx ortaya! De ki, buna görə deyirəm ki, zəlzələ olacaq, fikrini əsaslandır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 27 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ kosmik aparatları okeana enərkən, Rusiya niyə çölləri seçir?
Kosmik missiya başa çatdıqdan sonra ekipajın Yerə təhlükəsiz qaytarılması buraxılış mərhələsi qədər mürəkkəb mühəndislik və planlaşdırma tələb edir. Kosmik kapsulların enəcəyi ərazi isə hər ölkənin coğrafi şəraitinə uyğun seçilir. Qaynarinfo xəbər verir ki, uzun illərdir ABŞ astronavtlarının okeana paraşütl
16.07.2026 331 Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb
12:17 162 Quzu əti niyə fərqli qiymətlərə satılır (VİDEO)
Bazarlarda satılan quzu ətinin qiymətlərində fərq müşahidə olunur. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, çəkisi 17-20 kiloqram olan quzuların əti 20-21 manata satıldığı halda, 10-12 kiloqramlıq əmlik quzuların qiyməti 23-25 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, qiymət quzunun çəkisinə
10:16 168 Tramp televiziya kanallarını hədəf aldı: "Lisenziyaları ləğv edilməlidir"
ABŞ Prezidenti Donald Tramp televiziya ilə etdiyi müraciətin bəzi yayım şəbəkələri tərəfindən canlı yayımlanmamasına sərt reaksiya verib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Tramp bildirib ki, telekanallar çıxışının məzmunundan əvvəlcədən xəbərdar olsalar da, onu efirə verməməyi seçiblər. Onu
12:40 139 Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib
Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib. Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib. "Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli bütü
16.07.2026 306 Yaponiyada taxt-tac qaydası dəyişmədi: Qadınlar hələ də imperator ola bilməyəcək
Yaponiya parlamenti İmperator evi haqqında qanuna bir sıra dəyişikliklər etsə də, ölkədə taxt-tacın yalnız kişi varislərə keçməsini nəzərdə tutan əsas prinsip qüvvədə saxlanılıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, yeni dəyişikliklərə əsasən, imperator nəslinin keçmiş yan qollarına mənsub ola
13:42 121 Azərbaycanda qızılın qıramı neçəyədir?
Qlobal bazarlarda qızılın qiymətində dəyişikliklər fonunda yerli bazarda fərqli əyarlı metalların qiyməti müəyyənləşib. "Yeni Sabah" xəbər verir ki, dünya birjalarında qızılın bir troya unsiyasının qiyməti hazırda 4063 ABŞ dolları səviyyəsində qərarlaşıb. Bunun paralelində, Azərbaycanda 1 qra
16.07.2026 284 Rohinca qaçqınlarını daşıyan iki gəmi batıb: Yüzlərlə ölən var
Benqal körfəzində Rohinca qaçqınlarını daşıyan iki gəminin qəzaya uğraması nəticəsində azı 500 nəfərin həlak olduğu ehtimal edilir. "The Times of India"nın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına istinadən yaydığı xəbərə görə, göyərtəsində ümumilikdə təxminən 530 qaçqını
16.07.2026 245 Sıla Gəncoğlu və İlyas Yalçıntaş saxlanıldı
Türkiyənin tanınmış ifaçıları Sıla Gəncoğlu və İlyas Yalçıntaş narkotiklərlə bağlı istintaq çərçivəsində saxlanılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu sənətçilər, aktyorlar, iş adamları və sahibkarların da daxil olduğu 25 şübhəli şəxs barəsində əməliyyat keçirib
16.07.2026 304