Bakıda 24 yaşlı İzmirin qətli ilə bağlı HÖKM OXUNDU

Bakıda 24 yaşlı İzmirin qətli ilə bağlı HÖKM OXUNDUBakıda 24 yaşlı gənci öldürməkdə təqsirləndirilən Həsənağa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, Həsənağa Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Binəqədi rayonunda, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Tərəflər arasında mübahisənin isə avtomobillərinin üz-üzə gəlməsi və bir-birlərinə yol verməməsi səbəbindən baş verdiyi bildirilir.
Bakıda 24 yaşlı İzmirin qətli ilə bağlı HÖKM OXUNDU


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 943   Tarix: 25 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zelenski Rusiya lideri ilə Ankarada görüşməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır. Kiyevin müharibəyə son qoyulması ilə bağlı real təklifləri var. Bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi birgə mətbuat konfransınd

16.07.2026 298
.

Avropada ən təmiz və ən çirkli dənizlər haradadır?

Yay tətilində dənizə səyahət bir çox insan üçün ayrılmaz hissədir. Lakin hər çimərlik əslində istirahət üçün təhlükəsiz deyil. Qaynarinfo xəbər verir ki, "Which?" nəşri Avropadakı su hövzələrinin keyfiyyət standartlarına necə cavab verdiyini və hansı yerlərdən uzaq durmağın daha yaxşı olduğun

15:23 80
.

Sosial şəbəkələrdə məşhurlaşmaq arzusu: Bunun arxasında nə dayanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son illərdə sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, həm də məşhurlaşmaq, gəlir əldə etmək və şəxsi brend yaratmaq üçün platformaya çevrilib. Xüsusilə gənclər arasında blogger olmaq arzusu sürətlə yayılır. Bir çoxları hesab edir ki, sosial mediada tanınmaq uğurun, nüfuzun və maddi qazancın ə

11:19 234
.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

16.07.2026 531
.

Perseid meteor yağışı nə vaxt görünəcək? - Ən möhtəşəm səma hadisələrindən biri başlayır

Bir neçə gündən sonra gecə səmada ilin ən möhtəşəm astronomik hadisələrindən biri - Perseid meteor yağışı başlayacaq. Qaynarinfo-nun Unian-a istinadən məlumatına görə, meteor yağışını iyulun 17-dən avqustun 24-dək müşahidə etmək mümkün olacaq. Axının ən yüksək fəallığı isə avqustun 12-dən 13-nə keçə

16.07.2026 323
.

Vens: Ağ Ev Epşteyn işi ilə bağlı ictimaiyyətlə əlaqələr işində uğursuz olub

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens pedofiliyada ittiham olunan maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin açıqlanması zamanı Ağ Evin ictimaiyyətlə əlaqələr işini lazımi səviyyədə qura bilmədiyini etiraf edib. xəbər verir ki, Vens bu barədə amerikalı podkast aparıcısı Coy Roqanın proqramında danışıb

16.07.2026 254
.

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə

13:05 158
.

Bayağı musiqilər niyə sürətlə yayılır? - MUSİQİŞÜNASDAN AÇIQLAMA

Son illər musiqi bazarında məzmun baxımından zəif, qısa müddətdə populyarlıq qazanan və sosial şəbəkələr vasitəsilə sürətlə yayılan mahnıların sayı artıb. Xüsusilə bəzi ifaların sözləri, təqdimat tərzi və estetik səviyyəsi cəmiyyətdə müzakirələrə səbəb olur. Bir çoxları hesab edir ki, bu cür bayağı məzmunl

15:57 0
.

Almaniya və Fransa nüvə çəkindirməsi üzrə ilk birgə hava təliminə başlayıb

Almaniya və Fransa nüvə çəkindirməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə olunan razılaşma çərçivəsində ilk dəfə birgə hərbi hava təlimi keçiriblər. Məlumata görə, təlimlər Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Nörvenix aviabazasında təşkil olunub. BİG.AZ DW-yə istinadə

12:51 157
.

TOP MP3