Oğuzda qızına cehiz almağa gedən ata bazarda dava saldı

Oğuzda qızına cehiz almağa gedən ata bazarda dava saldıŞəmkir rayonunda 1984-cü il təvəllüdlü Vüsal şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmyerlisi Abbasa (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüsal 3 noyabr 2023-cü ildə, saat 11 radələrində Şəmkir rayon bazarında Abbasın ona gülməsini bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan Abbasla mübahisə edib və onun ünvanına nalayiq ifadələr işlədib.

Həmin vaxt bazarda olan şəxslərin 10-15 dəqiqə ərzində istirahət hüquqlarını və iş rejimini pozmaqla narahatlıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər edib. Vüsal Abbasın baş nahiyyəsindən bir neçə dəfə yumruq zərbələri vuraraq ona xəsarətlər yetirib.

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Abbası əvvəllər tanımayıb, onunla hər hansı ədavəti və ya düşmənçiliyi olmayıb: "Hadisə günü saat 11 radələrində özümə məxsus VAZ-2101 markalı avtomobillə bazara qızım üçün cehiz almağa gəldim. Həmin vaxt arvadım yanımda olub. Mən maşından düşən zaman sonradan adının Abbas olduğunu bildiyim şəxsin bir nəfərlə mübahisə etməsini gördüm. Həmin vaxt Abbas mübahisə etdiyi şəxsə burada dayanacaq nəzarətçisi olmasını və avtomobilini dayanacaqda saxlamasına görə ona 20 qəpik pul verməsini bildirdi. Həmin şəxs də Abbasa pulunun olmadığını dedi. Mən də bu zaman Abbasa hərəkətinə görə irad tutdum və ona "görmürsən, şəxsin pulu yoxdur, camaatı incitmə", - deyə söylədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra arvadı ilə bazara gedib, təxminən 1 saat sonra geri, avtomobilə qayıdıb: "Avtomobil ilə gedən zaman Abbasın kənarda dayanaraq mənə baxmasını gördüm. Daha sonra isə Abbas mənə tərəf gəldi. Mən maşını saxladım, Abbas maşına sürücü tərəfdən olan qabaq yan pəncərəsindən başını içəri salaraq "kişisənsə, nömrəni mənə ver", - deyə söylədi. Mən maşından düşdüm və Abbasdan nömrəmi nə üçün istəməsini soruşdum. Abbas mənə "bir saat sonra sənə zəng edəcəyəm və səninlə görüşəcəyəm", - deyə söylədi. Mən Abbasın sözünə əsəbiləşdim və ona "sən kimsən ki, mənimlə görüşürsən", - deyə söylədim. Həmin vaxt Abbas qəfildən iki dəfə yumruqla burun nahiyəmdən vurdu. Həmin vaxt arvadım aramıza girdi və Abbası kənara çəkdi. Həmçinin bizim dava-dalaşlarımızı görən kənarda olan insanlar da məni kənara çəkdilər və bizi aralaşdırdılar. Daha sonra oradan getdim".

İş üzrə zərərçəkmiş Abbasın sözlərinə görə, Şəmkir şəhəri, 20 Yanvar küçəsində dayanacaq nəzarətçisi işləyir: "Lakin heç bir icazə sənədim yoxdur. Hadisə günü, saat təxminən 11 radələrində 20 Yanvar küçəsində olan zaman orada sürücülərin birinə maşını bir kənara park etməsini, digər maşına da yer verməsini söylədim. Həmin sürücü maşını düzgün park etmək istəmədi. Buna görə də aramızda narazılıq yarandı. Həmin vaxt sonradan adının Vüsal olmasını öyrəndiyim şəxs idarə etdiyi VAZ-21011 markalı avtomobil ilə gələrək həmin 1-ci avtomobilin yanında saxladı. Daha sonra Vüsal maşından düşdü və kobud formada mənə "nə olub, niyə 20 qəpikdən ötəri camaatı bezdirirsən", - deyə söylədi. Mən də Vüsala heç kimi bezdirmədiyimi, çörək pulumu qazandığımı söylədim. Daha sonra 1-ci maşının sürücüsü getdi. Vüsal isə yenə də kobud formada "səni bura kim qoyub, mən çıxandan sonra sənə heç bir pul verməyəcəyəm", - deyə söylədi. Mən də Vüsala "canın sağ olsun, pul vermirsən, vermə", - dedim. Vüsal isə həmin vaxt məni döyəcəyi ilə hədələdi və üstümə gəldi. Vüsalın arvadı onun qolundan tutdu və mənim tərəfə gəlməyə qoymadı".

Zərərçəkmiş deyib ki, daha sonra Vüsal və arvadı bazara gediblər: "Aradan təxminən 15-20 dəqiqə keçdikdən sora Vüsal arvadı ilə gəlib maşına əyləşərək getdi. Vüsal gedən zaman yanımdan keçdi. Həmin vaxt onun üzünə baxıb güldüm. Vüsal da üzümə baxaraq gülməyimi gördü və mənə nalayiq ifadə işlədərək nə üçün üzümə baxaraq gülməyimi soruşdu. Vüsalın avtomobilinə yaxınlaşdım, ona nalayiq ifadə işlətməsinə görə irad tutdum və "nə olar sənin üzünə baxanda", - deyə söylədim. Həmçinin Vüsala "söhbət etmək istəyirsənsə buyur gedək oturaq söhbət edək", - deyə bildirdim. Vüsal mənə bir neçə dəfə "sən mənə deyirsən gedək söhbət edək", - deyərək idarə etdiyi avtomobilin sürücü tərəfdən olan ön qapısını qəfildən açaraq qapı ilə bir dəfə qarın nahiyəmə vurdu. Daha sonra Vüsal maşının pəncərəsindən əlini çıxararaq 3-4 dəfə yumruqla baş nahiyəmdən vurdu. Mən Vüsalın üstünə qışqıraraq nə üçün məni vurmasını söylədim. Vüsal maşının qapısını açaraq yerə düşdü və yenidən iki dəfə yumruqla baş nahiyəmdən vurdu".

Zərərçəkmiş bildirib ki, daha sonra Vüsal ona yenidən nalayiq ifadələr işlətməyə başlayıb: "Mən Vüsalın mənə söyüş söyməsinə əsəbiləşdim və sağ əlimin dırnaqları ilə onun burun nahiyəsinə sıyrıq xəsarətləri yetirdim. Daha sonra isə səs-küyümüzə yaxınlıqda olan İlham, Tural, İsmayıl və digər şəxslər toplaşdılar. Onlar bizi aralaşdırdılar. Həmin vaxt Vüsalın arvadı mənə nalayiq ifadələr işlətdi. Daha sonra oradan getdi".

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 8 ay 26 gün müddətə islah işləri cəzasına məhkum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 2000 manat maaş alanların işlədiyi yerlər (SİYAHI)

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. Qaynarinfo " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlum olub. Məlumata görə, Azərbaycada əmək müqaviləsi ilə işləyənləri

03.09.2026 383
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

03.09.2026 501
.

İnformasiya müharibəsinin yeni cəbhəsi: Azərbaycana qarşı qərəzli media kampaniyası

Son dövrlərdə bəzi Qərb media resurslarının Azərbaycanla bağlı yaydığı materiallar ətrafında ciddi suallar yaranır. Xüsusilə ölkədə baş verən ayrı-ayrı hadisələrin ilkin və təsdiqlənmiş məlumatlar əsasında deyil, fərziyyələr və siyasi yozumlar üzərindən təqdim edilməsi informasiya mühitində əlavə gərginli

10:38 97
.

5 yaşlı qızın mədəsindən qızıl külçə çıxarıldı

Çinin paytaxtı Pekində 5 yaşlı qız qızıl külçə udduqdan sonra xəstəxanaya çatdırılaraq xilas edilib. xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb. Hadisə zamanı qızın təxminən 4 santimetr uzunluğunda və 50 qram ağırlığında olan qızıl külçəni oynayarkən udduğu bildirilib

03.09.2026 261
.

Qərb mediasının Azərbaycanla bağlı qərəzli yanaşması: faktların yerini siyasi manipulyasiya tutur

İnformasiya müharibəsinin yeni dalğası: ayrı-ayrı hadisələr necə siyasi narrativə çevrilir?. Müasir dünyada informasiya artıq yalnız cəmiyyətin məlumatlandırılması vasitəsi deyil, eyni zamanda dövlətlərarası münasibətlərə, ictimai rəyə və ölkələrin beynəlxalq imicinə təsir göstərən mühüm amillərdən biridir

11:02 65
.

Sibir vulkanları tarixdə ən kütləvi yoxolmanı başladıb: Okeanlarda nə baş verib?

Təxminən 252 milyon il əvvəl Yer kürəsi tarixində ən böyük kütləvi yoxolma hadisəsini yaşayıb. Sibir traplarının püskürmələri atmosferə böyük miqdarda istixana qazı buraxaraq kəskin istiləşməyə səbəb olub. Bu zaman okeanlar oksigenini itirib və dəniz canlılarının əhəmiyyətli hissəsi yaşaya bilməyib

03.09.2026 243
.

4 metrlik sirli balıq sahildə tapıldı - Fəlakət əlamətidir?

İndoneziyanın Komodo adasında nadir dərin dəniz balığı olan avar kralının ölü nümunəsi aşkarlanıb. xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Təxminən 4 metr uzunluğunda olan balıq sahildə düşərgə salan turist tərəfindən aşkar edilib. Nadir balığın sahilə çıxması yerli sakinlər arasınd

03.09.2026 279
.

Üç uşaqlı ailələrə MÜAVİNƏT VERİLƏCƏK: Valideynlərin pensiya yaşı AZALDILACAQ

Azərbaycanda çoxuşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və demoqrafik vəziyyətin yaxşılaşdırılması ilə bağlı müxtəlif təkliflər zaman-zaman gündəmə gəlir. Xüsusilə üç və daha çox uşağı olan ailələr üçün ayrıca aylıq müavinətin tətbiqi məsələsi ailələrin maddi yükünün azaldılması baxımında

03.09.2026 459
.

Financial Times: "Qızılın bahalaşması hələ başa çatmayıb"

"Financial Times" qızıl bazarındakı uzunmüddətli yüksəlişi təhlil edib. Nəşr bildirir ki, qızılın hazırkı yüksəlişi əvvəlki dövrlərdəki artımlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dövlə

03.09.2026 260
.