Bundesliqada çıxış etmiş futbolçu "Neftçi"nin sıralarına qatılır

Bundesliqada çıxış etmiş futbolçu "Neftçi"nin sıralarına qatılırYeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirir.

"Report"un əldə etdiyi məlumata görə, ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır.

Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq.

Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.

R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.

Qeyd edək ki, qarşıdakı günlərdə "Neftçi"yə başqa yeni futbolçuların transferi gözlənilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 473   Tarix: 22 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kağız dərsliklər tarixə qovuşa bilər? - Azərbaycanda rəqəmsal dərsliklərin tətbiqi müzakirə olunur - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Rəqəmsal texnologiyaların sürətlə inkişafı təhsil sahəsində də yeni yanaşmaların tətbiqini zəruri edir. Dünyanın bir çox ölkəsində şagirdlər ənənəvi kağız dərsliklər əvəzinə planşet, noutbuk və digər elektron cihazlardan istifadə edir, dərs materiallarını rəqəmsal formatda əldə edirlər. Bu yanaşma hə

13:05 185
.

İspaniyada güclü meşə yanğını: 12 min hektar ərazi külə döndü, yaşayış məntəqələri təxliyə edildi

İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsində baş verən meşə yanğını sürətlə genişlənərək 12 min hektar ərazini əhatə edib. Yerli KİV-in məlumatına görə, alovun yaşayış məntəqələrinə yaxınlaşması səbəbindən Sinko-Vilyas bölgəsində yerləşən Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastily

14:50 148
.

"Bozbash pictures" buna görə dağılıb

"Biz əvvəldən dost olmuşuq. Layihədən əvvəl də münasibətimiz var idi. Gördük ki, alındı və "Bozbash pictures"i ciddi layihəyə çevirdik. Məqsədimiz bölgələrdə çəkilişlər etmək idi. Bəzi bölgələrə hətta ikinci dəfə getdik. Sonra düşündük ki, bir müddət ara verək. Kinoteatrlardan küsdük

16.07.2026 546
.

Rusiyanın Ukraynaya hücumları davam edir: Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın müxtəlif bölgələrinə endirdiyi son raket və pilotsuz uçuş aparatı zərbələri insan tələfatına səbəb olub. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, Ukrayna mənbələrinin məlumatına görə, hücumlar nəticəsində ümumilikdə 5 nəfər həyatını itirib, daha 22 nəfər yaralanıb

12:17 196
.

ARB TV onun yerinə Esra Ezmecini gətirir? - Türk mediasından iddia

Türkiyəli psixoloq və aparıcı Esra Ezmecinin yeni televiziya mövsümü üçün Azərbaycandan təklif aldığı iddia edilib. Axşam.az xəbər verir ki, bu barədə "Snob Magazin" məlumat yayıb. Bildirilib ki, mövsüm finalından sonra fəaliyyətinə ara verməyən Esra Ezmeci hazırda yutub layihəsi ilə izləyicilərini

14:35 186
.

II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı

II və II ixtisas qrupları üzrə 5 iyul 2026-cı ildə keçirilmiş qəbul imtahanının nəticəsi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçini

17:04 23
.

Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan mətbuatı

151 il əvvəl 1875-ci il, iyulun 22-də Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən bütün Qafqazda böyük əks-səda doğuran "Əkinçi" qəzetinin ilk sayı işıq üzü gördü. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani

12:57 163
.

Avropada ən təmiz və ən çirkli dənizlər haradadır?

Yay tətilində dənizə səyahət bir çox insan üçün ayrılmaz hissədir. Lakin hər çimərlik əslində istirahət üçün təhlükəsiz deyil. Qaynarinfo xəbər verir ki, "Which?" nəşri Avropadakı su hövzələrinin keyfiyyət standartlarına necə cavab verdiyini və hansı yerlərdən uzaq durmağın daha yaxşı olduğun

15:23 138
.

40 il Ayı tədqiq edən geoloq insanların orada daimi yaşamasının yolunu izah etdi

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) uzunmüddətli perspektivdə Ayda davamlı insan fəaliyyəti üçün infrastruktur yaratmağı hədəfləyir. Qaynarinfo xəbər verir ki, bu barədə Ay və insanlı kosmik uçuşları 40 ildən artıq araşdıran geoloq Klayv Nil "The Independent" nəşrind

16.07.2026 310
.

TOP MP3