İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıbAzərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Brtaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb.

"Report" xəbər verir ki, sülh sazişinin mətn üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan dövlətimizin başçısı baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini xatırladıb. Deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi. Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik.

Dörd ay əvvəl Almaniya Kansleri Şoltsun Münxendə bənzər görüş təşkil etdiyini söyləyən Azərbaycan Prezidenti bildirib: "Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 507   Tarix: 20 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boşanandan sonra İLK DƏFƏ: Paşinyan və Anna birlikdə BELƏ GÖRÜNTÜLƏNDİ - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gümrü şəhərinə Anna Akopyanla birlikdə gəlib. erməni mediasına istinadən xəbər verir ki, cütlüyün yenidən bir arada görünməsi maraqla qarşılanıb. Xatırladaq ki, bundan əvvəl onların boşandıqları barədə məlumatlar yayılıb. Paşinyan "Şimal-Cənub"

19.04.2026 275
.

Samuxda FACİƏ: əkin sahəsindən 63 yaşlı kişi meyiti tapıldı

Samuxda əkin sahəsindən kişi meyiti tapılıb. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Y.Həsənovun meyiti rayon ərazisində yerləşən qış otlaq sahəsindən aşkarlanıb. İlkin məlumata görə, 63 yaşlı kişi ürək tutmasından dünyasını dəyişib. Faktla bağlı rayon prokurorluğunda araşdırm

19.04.2026 131
.

11 yaşlı uşaq quduzluqdan öldü, atasına cinayət işi açıldı

Rusiyanın Omsk vilayətində 11 yaşlı uşaq quduzluqdan ölüb. yerli mediaya istinadla bildirir ki, uşağı balaca it dişləyib. Dəfnə kənd sakinləri, sinif yoldaşları və qonşular qatılıb. Jurnalistlərin məlumatına görə, bəzi insanlar yoluxma qorxusundan tabuta yaxınlaşmaqdan çəkiniblər. Hadisə Bessarabka kəndind

19.04.2026 263
.

Ermənistanda Karapetyanın tərəfdarlarının xuliqanlığı faktı üzrə cinayət işi başlayıb

Ermənistanın İstintaq Komitəsi Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyasının tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında İrəvanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qarşısında baş verən dava ilə əlaqədar qrup şəklində xuliqanlıq maddəsi ilə cinayət işi açıb

19.04.2026 190
.

Tramp: İran artıq Hörmüzdən "dünyaya qarşı silah" kimi istifadə edə bilməyəcək

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran artıq Hörmüz boğazından dünyaya qarşı silah kimi istifadə etməyəcək. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti "Truth Social"da yazıb. "İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razılaşıb. O, artıq ondan dünyaya qarş

19.04.2026 211
.

Yaponiya Şimali Koreyaya etirazını bildirdi

Yaponiya ballistik raketin buraxılması ilə əlaqədar Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib. xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb. "KXDR-nin davam edən ballistik raket buraxılışları da daxil olmaqla hərəkətlər

19.04.2026 116
.

Tramp İrana ultimatum verdi: "Bəsdir"

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar istənilən halda İranla sülh sazişinin bağlanmasına nail olacaq. bildirir ki, bu barədə "ABC News" telekanalının aparıcısı Conatan Karl məlumat verib. "Bu, hər necə olursa-olsun, yaxşı yolla və ya pis yolla baş tutacaq"

19.04.2026 227
.

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər?

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib. xəbər verir ki, bu barədə hərb naziri "X" hesabında bildirib. Qeyd edib ki, bu informasiya həqiqətə uyğun deyil. Heqsetin sözlərinə görə

19.04.2026 200
.

İran ABŞ-nin minatəmizləmə cəhdlərini atəşkəsin pozulması hesab edir

"Tehran ABŞ-nin İranın akvatoriyasını minalardan təmizləmə cəhdlərini atəşkəsin pozulması kimi qiymətləndirir". ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib. "Biz ABŞ-nin ərazi sularımızda minaları təmizləmək cəhdlərinə qəti şəkild

19.04.2026 206
.

TOP MP3