Ukraynalı qadın deputata sui-qəsdlə bağlı əsas versiyalar açıqlandı
Ukraynada naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farionun qətli ilə bağlı əsas versiyalar açıqlanıb.
Bu barədə Oxu.Az UNİAN-a istinadən bildirir.
Ukrayna daxili işlər naziri İqor Klimenkonun brifinqdə verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputat güllələndikdən sonra patron darağı tapıblar. Lakin o, kalibrlə bağlı təfərrüatı açıqlamayıb.
Onun sözlərinə görə, İrina Farionun qətlinin təhqiqatına, demək olar ki, bütün Lvov polisi cəlb edilib.
İqor Klimenko qeyd edib ki, Milli Polis rəisinin müavini və Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini başda olmaqla, Kiyevdən gəlmiş əməliyyatçılar və istintaq qrupları da hadisə yerində işləyirlər.
Artıq bir sıra ekspertizalar, o cümlədən ballistik ekspertiza təyin edilib, müşahidə kameralarından alınan videogörüntülərsə hələ təhlil edilir.
"Paralel olaraq hücum edənin şəxsiyyətini müəyyən etmək üçün texniki imkanlardan istifadə edirik. Hazırda nəzərdən keçirilən əsas versiyalar: şəxsi düşmənçilik, xanım Farionun ictimai-siyasi fəaliyyətidir. Qətlin sifarişli olduğunu da istisna etmirik", - deyə o bildirib.
Klimenko vurğulayıb ki, istintaqın əlində qatilin bir neçə gün Farionun evində olması barədə məlumatlar var.
Xatırladaq ki, iyulun 19-da naməlum şəxs 60 yaşlı İrina Farionu güllələyib. KİV-in məlumatına görə, sui-qəsd Masarık küçəsində, keçmiş deputatın yaşadığı evin yaxınlığında baş verib. Farion evdən çıxarkən 20-25 yaşlı kişi ona atəş açıb və sonra gözdən itib.
Farion son dərəcə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Əməliyyat olunmasına və süni nəfəs aparatına qoşulmasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 650 Tarix: 20 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20.10.2026 191 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə
20.10.2026 271 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
20.10.2026 288 İmzanı atdıqdan sonra gəlini necə öpdüsə... - Məşhurlar toyda
Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toy mərasimi İstanbulun Mecidiyeköy səmtində yerləşən "DasDas" məkanında keçirilib. Toyda çoxsaylı məşhurlar iştirak ediblər. Aktyo
20.10.2026 259 Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?
Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl
20.10.2026 316 Ağ Evdən fermaya: ABŞ prezidenti dövlət işlərindən yorulanda nə edirdi?
ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauerin həyatı yalnız siyasət və dövlət idarəçiliyi ilə məhdudlaşmırdı. O, qolf oynamağı, rəsm çəkməyi, kart oyunlarını və fermasında heyvanlarla məşğul olmağı sevirdi. Prezidentin bu maraqları gərgin iş rejimindən uzaqlaşmaq üçün seçdiyi məşğuliyyətlər arasında idi
20.10.2026 289 Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20.10.2026 150 Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA
"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər
20.10.2026 264 Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis
20.10.2026 228