Polietilen torbaların istehsalı kəskin ARTDI - Qadağa niyə əks-effekt verir?
Dövlət Statistika Komitəsi məlumat yayıb ki, bu ilin ilk yarısında Azərbaycanda 10 min 392.6 ton polietilen kisə və çantalar, 2 184.2 ton plastmas kisə və çantalar istehsal edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə polietilen kisə və çantaların istehsalı 49.4%, plastmas kisə və çantaların istehsalı isə 3.5 dəfə artıb.
Məlumat üçün bildirək ki, ötən ilin 15 fevral tarixindən etibarən Bakıda fəaliyyət göstərən aparıcı supermarketlərdə polietilen torbalara görə alıcılardan ödəniş tələb olunur. Polietilen torbaların qiyməti həcminə görə 3 və 5 qəpik təşkil edir.
Qeyd edək ki, ötən il mətbuata açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri bildiriblər ki, polietilen torbaların ödənişli olmasında əsas məqsəd bu torbalardan istifadəni azaltmaqdır.
Lakin açıqlanan rəsmi məlumatlar göstərir ki, polietilen torbaların ödənişli olmasından sonra bu məhsulun istehsalı kəskin şəkildə artıb.
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Bizim.media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, son zamanlar ölkəmizdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm tədbirlər həyata keçirilir:
"Azərbaycanda qlobal iqlim dəyişikliyinə verdiyi töhfə və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, aparıcı ölkələr və Beynəlxalq təşkilatlar qlobal iqlim dəyişikliklərini müzakirə etmək üçün noyabrda Bakıda toplaşacaq.
Bu, çox böyük etimaddır, nailiyyətdir. Ona görə bəzi dövlət qurumları da öz qərarlarını bu istiqamətdə verir. Lakin bəzi hallarda belə qərarlar alınarkən tələskənliyə yol verilir. Təsadüfi deyil ki, polietilen torbaların pullu olması ilə bağlı qərarın verilməsindən sonra dövriyyənin bu qədər artması xeyli təəccüb doğurur. Əslində bu qərar ona görə verilmişdi ki, polietilen torbalar pullu olacağı təqdirdə ondan istifadə azalacaq. Nəticədə, ətraf mühitə tullanılan polietilen məmulatların həcmi kiçiləcək. İqtisadiyyatda belə bir ifadə var: əks-effekt sindromu… Görünən odur ki, polietilen torbaların pullu olması da əks-effekt verib. Nəticədə polietilen torbalara tətbiq edilən yeni qaydalar tələbatı artırıb. Tələbat artdıqca da istehsalın həcmi böyüyür".
Müsahibimiz onu da xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son qərarı plastmas kisələrə aid deyil:
"Nəzərə alaq ki, bu məhsulun istehsalı 3.5 dəfə artıb. Eləcə də, polietilen torbaların istehsalının 50 faizədək artması onu göstərir ki, buna tələbat var. Bu da o deməkdir ki, məlum qərar polietilen torbaların istehsalını stimullaşdırır. Artıq ticarət şəbəkələri bu qablara biznes marağından baxır. Əgər əvvəl polietilen torbalar alıcıya pulsuz verilirdisə, bu gün satılır.
Ona görə də ticarət şəbəkələri artıq polietilen torbalara pul verməkdə ehtiyatlanmır. Çünki, 1-2 qəpiyə aldıqları qabları ən azı 2 dəfə baha qiymətə satırlar. Beləcə, polietilen torbalar aktiv ticarət mallarının bir seqmentinə çevrilir. Bu da gözlənilən nəticənin əldə edilmədiyini göstərir. Görünür, bu qərar verilərkən nə isə diqqətdən qaçıb".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 729 Tarix: 19 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSergen Yalçın Türkiyə millisinin baş məşqçisi olduğunu təsdiqlədi
Sergen Yalçın Türkiyə Milli Komandasının baş məşqçisi vəzifəsini qəbul etdiyini açıqlayıb. Türkiyə mediasına istinadla bildirir ki, 4 illik razılaşma əldə edildiyini açıqlayan Yalçın deyib: "Ay-ulduz hər şeydən üstündür. Onsuz da yox demək lüksümüz yoxdur". Türkiyə milli komandasının baş məşqçis
20.10.2026 228 Qarabağ Milli Parkı yaradılır - Sərəncam
Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44773,79 hektar, Xocalı rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 24597,80 hektar, Kəlbəcə
20.10.2026 271 Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma
Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki
20.10.2026 198 Sabah 28 dərəcə isti olacaq
Oktyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq
20.10.2026 288 "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni payalaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20.10.2026 191 Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 267 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 242 Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb
2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm
20.10.2026 180 Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər
Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql
20.10.2026 245