Dövlətdən hər ay 345 AZN ödəniş ala biləcəksiniz - ŞƏRTLƏR
Baş nazir dünən "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərin icrasının təmin edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncam kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını reallaşdırılması məqsədi daşıyır.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla, kvotadan əlavə iş yerlərinin yaradılması qaydasının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Ədliyyə Nazirliyi isə digər müvafiq qurumlar ilə razılaşdırmaqla həmin müddətdə məqsədli proqramların həyata keçirilməsi qaydasının layihəsini hazırlamalıdır. Sözügedən nazirlik həmçinin 4 ay müddətində normativ hüquqi aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin etməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Bu dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əmək haqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əmək haqqı artdıqca bu məbləğ də yüksələcək.
Bu dəyişikliklər özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.
Sərəncamdan göründüyü kimi, müvafiq qurumlar üçün ayrılan müddəti nəzərə aldıqda 2025-cü ilin əvvəlindən etibarən vətəndaşlar 345 manatlıq ödəniş üçün müraciət edə biləcəklər. Bu müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müraciət mexanizmi hazırlanacaq və gözlənilir ki, müraciət tam elektron olacaq. İlkin mərhələdə sahibkarlıq subyektləri müraciət edib qeydiyyatdan keçəcəklər və daha sonra iş yerlərini təklif edə biləcəklər.
Xatırladaq ki, 345 manat dövlət tərəfindən ödənilən hissəsidir. Həmin iş yerlərində sahibkarlıq subyektləri də əlavə ödəniş imkanına malik olacaqlar. Məsələn, əmək haqqı 650 manatdırsa onun 345 manatı dövlət 305 manatı isə işə götürən tərəfindən ödəniləcək. Bu mexanizm sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsinə xidmət edir",- deyə o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1337 Tarix: 18 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞuşada turistlər qaya daşlarının üzərini yazıblar
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Axşam.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, bu kimi hallar ilk deyil:. "Biz dəfələrlə belə hallara şahidlik etmişik. Yəni n
03.09.2026 251 Sumqayıt Şəhər Xəstəxanasında gərgin anlar - Video
1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası səhər saatlarında gərgin anlar yaşanıb. -a bu barədə məlumat verən pasiyentlər bildirib ki, xəstəxanaya müraciət edənlərin çoxluğu izdihama səbəb olub. Şikayətçi bildirib ki, xəstəxanada hər gün demək olar ki, belə izdiham yaşanır və bu da gərginliyə səbəb olur. Sözügedə
03.09.2026 183 Financial Times: "Qızılın bahalaşması hələ başa çatmayıb"
"Financial Times" qızıl bazarındakı uzunmüddətli yüksəlişi təhlil edib. Nəşr bildirir ki, qızılın hazırkı yüksəlişi əvvəlki dövrlərdəki artımlardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. BİG.AZ Financial Times-a istinadən xəbər verir ki, mərkəzi bankların qızıl ehtiyatlarını artırması, dövlə
03.09.2026 202 Dünyanın ən varlı 10 insanı açıqlandı
İlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır. "Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də, saat 00:00-a ola
03.09.2026 126 Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?
"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil
03.09.2026 177 Kartdan xəbərsiz pul silinirsə, bank məsuliyyət daşıyır? - VƏKİLDƏN AÇIQLAMA
Son dövrlər bank kartlarından müştərinin xəbəri və razılığı olmadan vəsaitlərin silinməsi ilə bağlı hallar gündəmə gəlir. Kart məlumatlarının ələ keçirilməsi, saxta ödənişlər və digər kiberfırıldaqçılıq üsulları nəticəsində yaranan belə vəziyyətlərdə əsas suallardan biri bankın məsuliyyət daşıyıb-daşımamasıdır
03.09.2026 379 Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"
Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y
03.09.2026 193 Qusarda təcili yardım maşını qəzaya düşdü - Fotolar
Qusarda təcili tibbi yardım avtomobili qəzaya düşüb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Sərdar Səfərov və Mübariz İbrahimov küçələrinin kəsişməsində baş verib. Belə ki, təcili tibbi yardım avtomobili ilə yük avtomobili toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, təcili tibbi yardı
03.09.2026 166 Yasamalda qanunsuz tikinti narazılıq yaratdı
Yasamal rayonunda dəmir konstruksiyadan qanunsuz tikinti aparıldığı iddia edilir. xəbər verir ki, bu barədə sakinlər narazılığını bildirərək, tikintinin hansı əsaslarla aparıldığı və buna kimlərin şərait yaratdığı ilə bağlı suallar ünvanlayıblar. Şikayətçilər iddia edir ki, Yasamal Rayon İcra Hakimiyyətini
03.09.2026 201