22 İyul - Qalib ölkənin Milli mətbuat günüdür

22 İyul - Qalib ölkənin Milli mətbuat günüdürZəngin və şərəfli inkişaf yolu qət etmiş milli mətbuatımızın yaranmasından 149 il ötür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımız Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək çox zəngin inkişaf yolu qət edib. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı bir çox müstəvidə dünyanın ən qabaqcıl ölkələrinin mediaları ilə rəqabət aparacaq milli dəyərimizə çevrilib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan Azərbaycan Respublikası üçün mətbuat və informasiya sahəsinin inkişafı dövlət quruculuğu prosesinin ən önəmli parçalarından biri idi. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ümummilli lider Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə azad mətbuat anlayışının formalaşması üçün əlindən gələni etmişdir. 1998-ci ildə Ümummilli Lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu.
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndərin sonrakı dövrlərdə imzaladığı digər Fərman və sərəncamlar, qəbul olunan qanunlar nəticəsində qəzetlərə birdəfəlik yardımlar verildi, "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı" təsdiqləndi. Həmçinin Ümummilli Liderin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim etdiyi "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul olundu ki, bunlar da öz növbəsində müstəqil mətbuatın inkişafına böyük dəstək oldu. Ulu Öndərin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi dahi rəhbərin Azərbaycanın 1993-cü ildən başlanan inkişaf yolunda mətbuata göstərdiyi qayğıya verilən dəyər idi.
Ümummilli Liderin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Son 21 ildə dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edib. 2005-ci ildə dövlət başçısı tərəfindən "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqlədi. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.
Vətən müharibəsindən az sonra dövlət başçısının "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə ölkə mediasının inkişafında yeni bir mərhələnin əsasını qoydu. Fərmandan irəli gələrək tətbiq olunacaq yeniliklər qarşıya yeni və daha məsuliyyətli vəzifələr qoydu. Prezident İlham Əliyev tərəfindən imzalanmış və Azərbaycanda media islahatlarının "yol xəritəsi" kimi dəyərləndirilən "Media haqqında" Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.
Hazırda Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən media nümayəndələrinin peşəkarlığının yüksəldilməsi üzrə peşəkar və sahəvi jurnalistika təlimləri, media subyektlərinin texniki heyəti üçün ixtisaslaşma proqramları, eyni zamanda, gənc kadrların inkişafı üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif layihələr təşkil edilib. Həmçinin Avropa ölkələrində geniş istifadə olunan təcrübələrə əsasən yaradılacaq Media Reyestrinin formalaşdırılması, proqram təmninatının hazırlanması üzərində işlər davam etdirilir.
Qürurverici haldır ki, Azərbaycan mətbuatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Bu gün Azərbaycan dövlətinin mətbuatdan başlıca gözləntiləri milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini qorumaqdır. Bu gün peşə bayramını qeyd edən bütün vicdanlı və peşə səlahiyyətlərini dərk edib, uca tutan və xalqına xidmət edən həmkarlarımızı təbrik edirik!

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1362   Tarix: 17 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şərq-Qərb istiqamətində tranzit yükdaşımaların həcmi 20,2 faiz artıb

2026-cı ilin doqquz ayında tranzit daşımalarının həcmi 12 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Teleqraf Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcm

20.10.2026 180
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

20.10.2026 316
.

Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər

Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql

20.10.2026 245
.

Bu məşhurların diplomları peşələri qədər təəccüblüdür

Dünya şöhrətli aktyorların bəzilərinin təhsili onların canlandırdıqları obrazlardan və seçdikləri peşədən tamamilə fərqlənir. Məsələn, "Mr. Bean" obrazı ilə tanınan Rowan Atkinson elektrik mühəndisliyi üzrə magistr dərəcəsi alıb, "Friends" serialında Phoebe Buffay obrazını canlandıra

20.10.2026 352
.

Bakıda saxta araq istehsal edən sex aşkarlandı

Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağları, bağ sahəsi 2, mənzil 29 ünvanda yerləşən Tapdıqov Məmməd Engels oğluna məxsus fərdi yaşayış evində kustar üsulla saxta aksiz markalı alkoqollu içkilərin hazırlanmas

20.10.2026 251
.

Qulaqlarınızı cingildətməyin!

Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz

20.10.2026 263
.

"Dərviş Parisi partladır": Fransanı silkələyən etirazların arxasında nə dayanır?

Azərbaycan tamaşaçısının yaddaşında "Dərviş Parisi partladır" filminin özünəməxsus yeri var. Dərvişin Parisə gəlişi, avropalıların adət-ənənələri ilə qarşılaşması, gözlənilməz hadisələr və milli yumor bu ekran əsərini illərdir sevilən filmlərdən birinə çevirib. Amma bu gün Parisə baxanda istər-istəmə

20.10.2026 237
.

"Ölümə qol çəkdim, 8 saat əməliyyatda qaldım"

Əməkdar artist Mətanət İsgəndərli keçirdiyi mədəkiçiltmə əməliyyatından danışıb. Axşam.az xəbər verir ki, müğənni bu barədə "MTV maqazin" verilişində danışıb. O bildirib ki, 8 saat əməliyyatda qalıb:. "Ölümə qol çəkdim. Səkkiz saat əməliyyat olundum. Səhnə gözəllik tələb edir. Canında

20.10.2026 212
.

Bu Anlaşma Memorandumu təsdiq edildi

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"

20.10.2026 251
.