"Əkinçi"dən başlanan çətin və şərəfli yol

"Əkinçi"dən başlanan çətin və şərəfli yolİyulun 22-də Azərbaycan Milli Mətbuatının yaranmasının 149 yaşı tamam olur. Bu, əslində, tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır.
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan Milli Mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması, əslində, ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən, maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır. 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfinin əxbarı" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdu.
Milli mətbuatımızın bünövrəsi 1875-ci il, iyulun 22-də "Əkinçi" qəzetinin ilk sayının nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli ədibləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər.
Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olub. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlayıb. Rusdilli qəzetlər içərisində daha uzunömürlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən naşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdu.
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndər hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə, xüsusən də, Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən, mətbuatla sıx təmas onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi: "Mən istəyirəm ki, jurnalistlərlə bizim dostluğumuz daimi olsun. Bilin, mən jurnalistləri həmişə sevmişəm". Dahi şəxsiyyət Heydər Əliyev sovet dövründə olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar Ulu Öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata dövlət qayğısının miqyası daha da genişlənib. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan, qəzet və jurnalların sayı durmadan artır. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın.Prezident İlham Əliyevin 2003-cü ildə Azərbaycan jurnalistlərinin birinci qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yarandı. 31 iyul, 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq, 22 may, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə "Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli mətbuat və jurnalistika günü kimi qeyd olunur.
Söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkəmizdə 4200-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində qeydiyyata götürülmüş, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. Respublikamızda 36 gündəlik, 100-ə yaxın həftəlik və 8-dən artıq aylıq qəzet nəşr olunur. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi respublikamızda jurnalistlərin stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərdəndir. Bütün bunlar jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.
2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə Azərbaycan mətbuatı üçün növbəti sınaq oldu. 44 gün ərzində Azərbaycan jurnalisti həm ön, həm də arxa cəbhədə yorulmadan çalışdı. Müharibə zonasından canlı bağlantılar, Azərbaycan Ordusunun hər gün artan uğurlarına dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Media müharibə günlərində xüsusi aktivlik nümayiş etdirərək əsl vətənpərvərlik mövqeyini ortaya qoydu. Jurnalistlər çevik kommunikasiya vasitələrini, müasir tendensiyaları fəaliyyətlərində bacarıqla tətbiq etdilər. Bu dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mətbuatın bir nömrəli vəzifəsinə çevrildi.2021-ci il iyunun 4-də Azərbaycanın 2 jurnalistinin - Məhərrəm İbrahimov və Sirac Abışovun xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Kəlbəcərdə minaya düşərək həlak olması Azərbaycan mətbuatına ağır itki olsa da, bu hadisə və həmin jurnalistlərin keçdiyi həyat yolu Azərbaycan jurnalistinin cəsarətini, qorxmazlığını və vətənpərvərliyini bütün dünyaya bir daha sübut etdi.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Əlbəttə, digər sahələrdə olduğu kimi mediada da geniş islahatlara başlanacağı gözlənilən idi. KİV orqanlarında keyfiyyət dəyişikliyinə ciddi şəkildə ehtiyac yaranmışdı. Bu istiqamətdə yeniliklərin tətbiqi zəruri hesab olunurdu. Fərmanda qeyd edildiyi kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranıb. Ölkə başçısının fərmanı medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasında böyük rol oynayır. Bir sözlə, "Media haqqında" qanun layihəsi media mühitini sağlamlaşdıracaq, Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verməyə imkan verəcək.Həmçinin, onu da vurğulamaq lazımdır ki, yeni qanunda media savadlılığının artırılması ilə bağlı təsbit edilən müddəalar jurnalistlərin peşəkarlığının artırılması, yeni peşəkarların formalaşmasında mühüm rol oynayacaq.
Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.Bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1031   Tarix: 17 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

20.10.2026 266
.

Çörçillin az bilinən istedadı: Siyasətdən uzaqlaşanda rəsm çəkirdi

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçill təkcə siyasi fəaliyyəti və İkinci Dünya müharibəsindəki rolu ilə deyil, rəssamlığa olan marağı ilə də tanınıb. O, həyatının təxminən 40 ilini rəsm çəkməyə həsr edib və 500-dən çox əsər yaradıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Çörçil

20.10.2026 251
.

Ceyran Haşımova mirasını açıqladı

Xalq artisti Ceyran Haşımova mirası ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, Haşımova bu barədə "MTV maqazin"də danışıb. O bildirib ki, hər kəs ölməzdən əvvəl vəsiyyətini hazırlamalıdır:. "Üç nəvəm, bir nəticəm var. İnsan ölməzdən əvvəl mütləq vəsiyyət etməlidir ki, sonra qırğı

20.10.2026 242
.

"Sürətlə Yeni Mövsümə" lotereyasının "Changan Q07" qalibi danışdı

və platformalarında keçirilən"Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindəndəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobilin sahibibilinib. Bəxtəvər qalib Rövnəq Əkbərov "Changan Q07" qazanıb. xəbə

20.10.2026 277
.

Fransanın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərdə ikili yanaşma

Fransa ilə Azərbaycan arasında münasibətlər uzun müddətdir diplomatik gərginlik mərhələsindədir. Qarabağ münaqişəsi, Fransanın Ermənistanla siyasi və hərbi əməkdaşlığını genişləndirməsi, Parisin Azərbaycanın regional siyasətinə münasibəti və qarşılıqlı ittihamlar bu gərginliyin əsas istiqamətlərini təşki

20.10.2026 198
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

20.10.2026 358
.

İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi

"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga

20.10.2026 196
.

Gecə yuxudan tez-tez oyanmaq hansı problemlərin əlaməti ola bilər?

Gecə ərzində dəfələrlə oyanmaq, yenidən yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun qalxmaq yuxunun keyfiyyətinə təsir edən problemlərdəndir. Bu hal bəzən stress və gündəlik vərdişlərlə bağlı olsa da, bəzi hallarda yuxu pozuntularının və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. BİG.A

20.10.2026 313
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20.10.2026 268
.