"O verilişlər bağlansa, kanal rəhbərləri ciblərini doldura bilməyəcəklər"
"Forumlar keçirildi, heç birinə dəvət olunmamışdım. İnstaqramda oxudum, birdən ziyalılar ayıldı ki, televiziya bərbad günədidr. Sən demə, 10-15 il ərzində özəl televiziya məkanında baş verənləri görmürmüşlər. Rasim Balayev, Çingiz Abdullayev və "Planet parni iz Baku" danışırdı. Amma forumdan sonra hamı ayıldı. Nəticə nə oldu? Heç nə".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Talknex" yutub layihəsində danışıb. Aktyor sosial platformalardan, televiziyad danışıb:
"Tənqidin nəticəsi olmalıdır. Məsələ kökündən həll edilməlidir. TikTok kimi platforma ya bağlanmalıdır, ya da çərçivəyə salınmalıdır. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır. TikTok-da baş verənlər faciədir. Gənclərin zövqünü, həyatını korlayır. Orada çoxluq təşkil edən söyüşdür. Bilmirsən kişi, yoxsa qadın deyəsən. Kamera qarşısında yemək yeyir, mənasız danışır və nə qədər baxış toplayır. Bəzi gənclərimiz problemin pik nöktəsinə gedən yoldadırlar.
Müstəqil insanam, fikir bildirirəm. Heç bir yerdə işləmirəm. Böyük layihələrdə işim yoxdur. Müsahibələrdən sonra dolayı yolla bəzi məmurlardan zənglər gəlir ki, Tahir İmanov niyə belə danışdı? Onları necə başa salım ki, azad ölkədə yaşayıram və azad fikrim var. Hər zaman deyirəm ki, xoşunuz gəlmirsə qulaq asmayın. Radikal islahatların tərəfindəyəm. Yalnız o, həll olacaq".
İmanov məktəblərdə yaşanan rüşvət alma məsələsinə toxunub:
"Danışmaqla heç nə həll olunmur. Özümü son illər ancaq danışmaqda görürəm. Millət vəkilləri də, ancaq danışırlar, problem həll olunmur. Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim. Bunun cəzası ancaq budur. Demirəm, rüşvət almayacaqlar, alacaqlar, amma qorxa-qorxa və bu azalacaq".
T.İmanov televiziyalarda yayımlanan verilişlərdən söz açıb:
"Eləcə də televiziya məkanında... Telekanal rəhbərləri dəvət edildi, nə oldu? İndi 5-6 bayağı, neqativ layihə bağlansa toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək. Azərbaycan kişisini nə qədər digər obrazda, rəzil vəziyyətdə göstərmək olar? Bu, nə biabırçılıqdır? Biz qalib xalqıq. Elə bir dövrdə yaşayırıq ki... Əsl kişilər dövründəyiq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, reytinqidir, olmasa işçini dolandıra bilməyəcəyəm. Boş bəhanədir, birinci öz ciblərini doldura bilməyəcəklər. Onlar cibi düşünürlər. Televiziya hər zaman özünü dolandırıb. Elə gözəl verilişlər olub. Televiziya rəhbərləri qazanmayıb? Yuxarıdan göstəriş gəlsə ki, bunu bağlayın, olacaq. Camaata nə versəniz ona baxır. Nə versən onu da yeyəcək. Zir-zibili yedizdirmək yaxşı deyil. Bir dəfə dedim ki, verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır. Hamı başladı Tahir İmanov tükənib, çörəyi dizindədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1143 Tarix: 11 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında
Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir
20.10.2026 285 Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA
"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz
20.10.2026 644 Kim Çen In insultdan sonra ölüb - İDDİA
Sosial mediada Şimali Koreya liderinin beyin qanaması keçirdiyi və Çin xəstəxanasında öldüyü iddia edilir. Şimali Koreya lideri Kim Çen Inın sosial mediada artıq öldüyü bildirilir. Onun insult keçirdikdən sonra Çin xəstəxanasına aparıldığı iddia edilir. Lakin Pxenyan buna yeni fotolarla cavab verib
20.10.2026 563 Gecə yuxudan tez-tez oyanmaq hansı problemlərin əlaməti ola bilər?
Gecə ərzində dəfələrlə oyanmaq, yenidən yuxuya getməkdə çətinlik çəkmək və səhər yorğun qalxmaq yuxunun keyfiyyətinə təsir edən problemlərdəndir. Bu hal bəzən stress və gündəlik vərdişlərlə bağlı olsa da, bəzi hallarda yuxu pozuntularının və ya digər sağlamlıq problemlərinin əlaməti ola bilər. BİG.A
20.10.2026 379 İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi
"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga
20.10.2026 346 Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib. Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib. DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün il
20.10.2026 453 Eldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20.10.2026 302 Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Bakcell-in baş icraçı direktoru Qunnar Panke ADA Universitetinin "Senior Talks" layihəsi çərçivəsində tələbələrlə bir araya gəlib. Görüş zamanı Qunnar Panke telekommunikasiya sektorunda qlobal trendlər, süni intellekt və rəqəmsal texnologiyaların biznesə təsiri, eləcə də gələcəyin əmək bazarınd
20.10.2026 260 Balın təbii olub-olmadığını yoxlamaq üçün sadə üsul
Bal alarkən hər kəs onun keyfiyyətli və təbii olduğuna əmin olmaq istəyir. Lakin bazarda satılan məhsullar arasında saxta və müxtəlif qatqılar əlavə edilmiş ballara da rast gəlmək mümkündür. Bəs laboratoriya müayinəsi olmadan balın təbii olduğunu müəyyən etmək mümkündürmü?. xəbər verir ki, sosial şəbəkələrd
20.10.2026 394