Şəhid xanımının qətlinin PƏRDƏARXASI: Əlləri ilə boğduqdan sonra nəfəs alıb-almadığını yoxlayıb

Şəhid xanımının qətlinin PƏRDƏARXASI: Əlləri ilə boğduqdan sonra nəfəs alıb-almadığını yoxlayıbXızı rayonunda 1984-cü il təvəllüdlü Taleh Qurbanov şəhid qardaşı Saleh Qurbanovun həyat yoldaşı Ləmanı boğaraq öldürməsi faktı üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Taleh 13 may 2023-cü ildə saat 13 radələrində Giləzi qəsəbəsində olan Zöhrab adlı şəxsə məxsus kafedə spirtli içki qəbul etdikdən sonra özünün yaşadığı evə gəlib.

Saat 17 radələrində o, şəhid qardaşı Saleh Qurbanovun arvadı Ləmanın həmin qəsəbədə Cabir Novruz küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində atasına məxsus mənzilə gəldiyini eşidib, onunla ailələri arasında olan söz-söhbəti yekunlaşdırmaq üçün həmin mənzilə gəlib.

Orada şəhid qardaşının əşyaları saxlanan otaqda Ləmanla təklikdə söhbət edib. O, Ləmanın öz ata evinə qayıdacağı, hazırkı evdə yaşamaq istəmədiyi və digər sözlərindən sonra yaranmış mübahisə zamanı onu öldürmək məqsədilə son dəfə sağollaşmaq adı ilə ayaq üstə qalxmasını istəyib.

Ləman oturduğu divandan qalxdıqda Taleh sol əli ilə onun boğazından tutaraq sıxıb. Boğmağa gücü çatmadıqda qolunun dirsək hissəsini qadının boğazına keçirib və yenə də möhkəm sıxıb. Ləman aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Talehin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılıb.

"Ləman "məni bu evə bağlayan heç nə yoxdur, mən burada qalmaq istəmirəm", - deyərək uşağı da özü ilə aparmaq istəyib.

Hər dəfə atamgilə gedəndə valideynlərimi gözüyaşlı görürdüm. Onlar Salehin uşağı ilə nəfəs alırdılar. Qardaşım şəhid olduqdan sonra hər dəfə işdən çıxanda ata evinə gedərək hal-əhvallarını soruşurdum. Orada çayımı içib qurtarana qədər Ləman hətta ayaqqabımı da təmizləyərdi. Ləman pis insan deyildi. Onu kimsə yolundan döndərdi. Kiminsə yanında Ləmanı öldürəcəyimi deməmişəm.

Hadisədən sonra tanıdığım polis işçisi Eyvaza zəng edərək xəta törətdiyimi, evdə gözlədiyimi bildirdim".

Talehin ifadəsinə görə, qardaşının vəsiyyətini ata-anasına, gəlinə və kimi maraqlandırırsa, onlara deyib: "Hamımız evin tikilməyinə, birlikdə yaşamağımıza razı olduq. Sonradan nə baş verdiyini bilmirəm. Evi ata-anamın puluna tikəcəyimizi bildirmişik. Qardaşım mənə 1 otaqlı ev tikməyi tapşırmışdı. Amma çantasından başqa evin layihəsi çıxdı.

Öz evimin qabağında 4 otaqlı ev tikməyi planlamışdıq. Mən işləyirdim, əlavə işlər də görürdüm. Həmçinin atam sənətkar adamdır. Pulun hamısı Ləmanın özündə idi. 4 otaqlı evi bəyənmədi, atasının 1 otaqlı mənzilində yaşamaq istədi.

Hadisə zamanı anam da evdə idi. Ona gəlinlə təkbətək söhbət edəcəyimi dedim. Ev 4 otaqlı idi, biz qardaşımın şəkilləri olan otaqda oturmuşduq. Ləman bütün suallara yox cavabı verdi. Onu boğazından sıxdım, divanın üstünə yıxıldı. Əlimi boynuna keçirərək boğdum. Ləmanı öldürmək fikrim yox idi. Belə fikrim olsaydı, 30-40 dəqiqə söhbət etmək əvəzinə, evə girən kimi öldürərdim. Hadisə olandan sonra əlim boşaldı, nəfəs alıb-almadığına baxdım".

Məhkəmə baxışında həm zərərçəkmiş Ləmanın hüquqi varisinin özü, həm də onun nümayəndəsi məhkəməyə vəsatətlə müraciət ediblər. Onlar cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsini və cinayət işini təqsirləndirilən şəxs daha ağır ittihamın irəli sürülməsindən ötrü, yəni Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş ediblər.

Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi vəsatətini onunla əsaslandırıblar ki, təqsirləndirilən şəxs Ləmanı xuliqanlıq niyyəti ilə öldürüb.

Həm ibtidai istintaq zamanı, həm də məhkəmədə təqsirləndirilən şəxs zərərçəkmişi nəyə görə öldürməsini izah edə bilməyib, lakin cinayət işinin materiallarından, səsyazılarında zərərçəkmiş şəxsi zorla yanında saxlamaq istəməsi onun hüquqlarının məhdudlaşdırılması kimi müəyyən edilir.

Məhkəmə vəsatəti təmin edib. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.

Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsin əməli məhkəmədə sübuta yetirilsə, həmin şəxsi 9 ildən 14 ilədək cəza gözləyir. Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə mühakimə olunan şəxs 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2057   Tarix: 09 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızılın bugünkü qiyməti açıqlanıb

Azərbaycanda qızılın 3 sentyabr 2026-cı il tarixinə olan qiymətləri açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızıl 7 322,0020 manat, 1 qram qızıl isə 235,41 manat təşkil edir. 99 əyarlı təmiz qızılın 1 qramı 235,41 manat, 750 əyarlı İtaliya qızılının 1 qramı 176,73 manat, 585 əyarl

03.09.2026 172
.

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Bakının Sabunçu rayonunda maraqlı hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, Maştağa qəsəbəsinin Tavaylıq adlanan hissəsində "Khazar" markalı minik avtomobili bir neçə digər maşını əzib. Hadisəni törədən 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) polis əməkdaşları tərəfində

03.09.2026 383
.

Besant İrana köməklik edən dövlətləri hədələdi

ABŞ-ın Maliyyə Naziri Skott Besant İrana dəstək verən və ya ona yardım edən ölkələri hədələyən bəyanatla çıxış edib. xəbər verir ki, o, ABŞ İranı dəstəkləyən bütün ölkələrə qarşı sistematik şəkildə sanksiyalar tətbiq etmək niyyətindədir. Besant bildirib İranla münaqişənin başa çatmasında maraqlıdırlar

03.09.2026 143
.

Rusiya-Ukrayna müharibəsində son durum: Putin sülh sazişinin mümkünlüyünü istisna etmədi

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı razılaşmanın əldə olunmasının mümkün olduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Putin qeyd edib ki, ABŞ və Çin də daxil olmaqla bir sıra ölkələrin səyləri diplomatik prosesə dəstək verir. Onu

03.09.2026 314
.

Azərbaycanda uşaq kitabxanaları azalır: "Valideyn kitab oxumursa, uşaq da oxumayacaq"

Azərbaycanda son illərdə uşaq kitabxanalarının və onların kitab fondunun sayında azalma müşahidə olunur. 2001-ci ilin əvvəlinə ölkədə Mədəniyyət Nazirliyi sistemi üzrə 112 uşaq kitabxanası fəaliyyət göstərib. 2006-cı ildə onların sayı 103-ə, 2011-ci ildə 102-yə, 2016-cı ildə 97-yə, 2021-ci ildə isə 87-y

03.09.2026 193
.

Bu marşrut xətləri yeni sistemlə işləyəcək

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı

03.09.2026 221
.

Diabet bir gündə yaranmır: Xəstəliyə aparan əsas vərdişlər

"Fast-food qidaları təkbaşına xəstəliklərin səbəbi kimi qiymətləndirmək düzgün deyil. Bu qidalar xəstəlik riskini artıran amillərdən yalnız biridir. Xüsusilə 2-ci tip diabet və digər metabolik xəstəliklərin yaranması, əsasən, uzun müddət ərzində bir neçə risk faktorunun üst-üstə düşməsi ilə əlaqəlidir"

03.09.2026 301
.

Süni intellekt təhlükədir, yoxsa imkan? - İnsan nə vaxt düşünməyi dayandırır?

"Süni intellektin insanın təfəkkürünü zəiflədəcəyi ilə bağlı narahatlıqları müəyyən qədər başa düşmək mümkündür. Çünki həqiqətən də insanlar bəzi hallarda düşünmək və araşdırmaq əvəzinə hazır cavabdan istifadə etməyə üstünlük verməyə başlayırlar. Burada əsas məsələ isə süni intellektin özü deyil

03.09.2026 177
.

İran ABŞ-ın Küveyt və BƏƏ-dəki hərbi obyektlərinə zərbələr endirdiyini açıqladı

İran ABŞ-ın Yaxın Şərqdəki hərbi mövqelərinə qarşı yeni hücumlar həyata keçirdiyini açıqlayıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, İran ordusunun məlumatına görə, raket və hücum tipli pilotsuz uçuş aparatları ilə Küveyt və Birləşmiş Ərəb Əmirliklərində ABŞ qüvvələrinin istifadə etdiy

03.09.2026 199
.