Həkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz"

Həkimdən AÇIQLAMA: "15-17 yaşlı hamilələri doğuşa buraxmaq olmaz"Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayının artdığını və ana ölümlərinin statistikasını təhlil edərkən, qadınların daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişdiyini bildirib.

Mövzu ilə bağlı Demokrat.az-a danışan ali dərəcəli həkim, ginekoloq Səkinəxanım İsmayılova bildirib ki, erkən nikah və erkən hamiləlik qadın bədəni üçün həddən artıq çox fəsadlar törədir.

Səkinəxanım İsmayılova vurğulayıb ki, 15-17 yaşlı orqanizm hələ mükəmməlləşməyib, möhkəmlənməyib və bir həkim kimi erkən yaşda evlənməyi düzgün hesab etmirəm:

"Adətən, 15-17 yaşında olan hamilələri heç vaxt doğuşa buraxmaq olmaz. Çünki onlar hələ buna hazır deyil. Çünki orqanizmin özü hələ yetişkənlik dövrünə çatmayıb. Ona görə də erkən yaşda hamilə pasiyent ilə qarşılaşdıqda onları ancaq qeysəriyyə əməliyyatı etmək lazımdır".

Həkimin sözlərinə görə, gələcəkdə irsi xəstəliklərlə üz-üzə qalmamağımız üçün qohum evliliyini məhdudlaşdırmalıyıq:

"Bundan başqa, qohum evliliyi də çox böyük fəsadlar verir. Qohumla evlilik zamanı immunitetdə, bədəndə bir patoloji hal varsa, bu uşağa keçir. Ümumiyyətlə, evlilikdən əvvəl bütün analizlər verilməlidir. İrsi xəstəliklər, qan qrupunun uyğun olub-olmaması mütləq şəkildə yoxlanılmalıdır ki, gələcəkdə problem ilə üz-üzə qalmayaq. Pasiyentlərimdə qohum evliliyi zamanı baş verən problemlərlə dəfələrdə rastlaşmışam. Bir xəstəm vardı, 3 uşağı bətnində inkişafdan qalmışdı. 4-cü hamiləliyində 7 aylığında gəlmişdi. Doğumuna az qalmışdı. Doğuşdan 24 saat sonra körpə həyatını itirdi. Körpədən götürülən analizlər nəticəsində onda irsi xəstəlik olduğu üzə çıxdı. Daha sonra məlum oldu ki, həmin qadın öz qohumu ilə evlənmişdi. Buna görə də, qohum evliliyinin tamamilə əksinəyəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Əzizbəylinin kürəkəni həbs olundu

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə külli miqdarda dələduzluq ittihamı ilə həbs edilib. APA-ya istinadən xəbər verir ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsində qərar qəbul edilib. Rüfət Qasımzadə və onunla birgə saxlanılan Məmməd Məmmədzadə barəsində 1 ay müddətinə həbs qətimka

11:44 310
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

14:24 317
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

19:15 219
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21:45 104
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

17:20 132
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

22:30 1
.

1 ay kanalda qalan köpəkbalığı xilas edildi

Cənubi Koreyanın Busan şəhərində bir aydan çox müddət ərzində kanalda qalan köpəkbalığı nəhayət açıq dənizə qaytarılıb. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Bukangi" adı verilən dişi köpəkbalığı oktyabrın 21-də həyata keçirilən üçüncü xilasetmə əməliyyatı nəticəsində dənizə yönləndirilib

15:05 227
.

Qadınlarda infarktın gizli simptomları: Bu əlamətlərə diqqət edin

Həkim-ginekoloq Niqat Arif qadınların tez-tez diqqətdən kənarda qoyduğu infarkt əlamətləri barədə xəbərdarlıq edib. xəbər verir ki, "The Mirror" qəzeti həkimin açıqlamasını yayımlayıb. Arifin sözlərinə görə, qadınlarda infarktın əlamətləri bəzən zəif ifadə oluna və asanlıqla gözdən qaça bilər

11:26 267
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

20:35 161
.