Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülər

Ərinə sevgilisinin olduğunu deyən qadının qanını çörək bıçağı ilə tökdülərAbşeron rayonunda 1985-ci il təvəllüdlü Cavid qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Afaqa (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un məlumatına görə, hadisə ötən il iyunun 15-də, saat təxminən 22 radələrində Abşeron rayonu, Masazır kəndində baş verib.

Cavid Ə.Vahid küçəsi ilə "Məzunlar evi" istiqamətinə gedən yolun kəsişməsində işıqforun yanında arvadı Afaqla qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı onun evlərinə qayıtmasına etiraz etməsi səbəbindən üzərində olan bıçaqla döş və qarın boşluqlarına iki dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

"Məni saxlayan var, get öz həyatını yaşa"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Afaq ilə 18 ildir rəsmi olaraq ailə qurub və iki övladı var:

"Ailə qurandan sonra Yevlax şəhərində yaşamışıq. Bir ilə yaxındır ki, Samux rayonu, Seyidlər qəsəbəsində dövlət tərəfindən verilən sosial evdə yaşadıq. 2023-cü ilin may ayının əvvəllərində Afaq ilə aramızda ailə məişət münasibətləri zəminində mübahisələrimiz oldu. Həmin mübahisədən sonra Afaq qızım Səidəni özü ilə götürərək Abşeron rayonu, Masazır kəndində "Məzunlar evi"ndə yaşayan bacısı Samirə və Sevilin yanına getdi. Təxminən 10 gün sonra Afaqı evə qaytarmaq məqsədi ilə arxasınca onun bacısının evinə getdim. Afaq mənimlə qayıtmaq istəmədiyini, "məni saxlayan var, get öz həyatını yaşa" deyərək cavab verdi. Afaqın bu sözü mənə pis təsir etdi. Mən bir neçə dəfə Afaqı evə aparmağa gəlsəm də, Afaq mənimlə getmədi. Onun Masazır qəsəbəsində kafedə işlədiyini öyrəndim".

"Bıçaq qarın boşluğuna dəydi"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də, saat 10 radələrində Afaqın işlədiyi yerə yaxın yolun kənarında dayanıb və gözləyib ki, Afaq işdən çıxanda sonunla görüşüb, bir daha evə qayıtması üçün danışsın:

"Bir az keçəndən sonra Afaqın yolu keçdiyini gördüm. Ona tərəf getdim və evə qayıtmasını xahiş etdim. Afaqa uşaqların tək qaldığını, aramızdakı küskünlüyə son qoymasını istədiyimi bildirdim. Afaq evə qayıtmayacağını, öz həyatını yaşadığını dedi. Bu sözündən sonra əsəbiləşərək baş nahiyəsinə bir dəfə yumruqla zərbə vurdum. Sonra isə Afaqı özüm ilə aparmaq istədim. O, qışqıraraq ətrafdakı şəxslərdən kömək istədi. Mən bunu görərək cibimdə olan çörək bıçağını çıxardıb onun ayağına vurmaq istədim. Afaq əyildiyi üçün bıçaq qarın boşluğuna dəydi".

Cavidin ifadəsinə görə, daha sonra yenidən bıçaqla Afaqın sol tərəfdən qarın boşluğuna zərbə endirib:

"Afaq bıçaqla vurduğumu gördü və vurmamağımı, evə qayıdacağını dedi. O, əli ilə qarnını tutaraq yerə yıxıldı. Mən isə oradan uzaqlaşdım və taksi ilə avtovağzala gəldim".

"Qadının həyat yoldaşım olduğunu dedim"

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin hadisədən təxminən bir həftə əvvəl Afaqın işlədiyi kafeyə gələrkən onun bacılarının "Cehvrolet Cruz" markalı avtomobillə gəldiklərini, Afaqın isə kafedən çıxaraq həmin maşına əyləşdiyini görüb:

"Onlara yaxınlaşdım və sürücüdən maşını saxlamasını tələb etdim. Bu vaxt Afaqın bacıları, həmçinin maşının sürücüsü mənimlə söz mübahisəsi etdilər. Mən sürücüyə avtomobildə olan qadının həyat yoldaşım olduğunu və maşından düşürməsini dedim. Həmin şəxs mənə "Bolt" taksi şirkətində işlədiyini, onları müştəri kimi apardığını dedi. Mən sürücüyə məsləhət gördüm ki, Afaqı maşından düşürsün. Bundan sonra Afaqın bacıları sürücüyə maşına əyləşib getməsini dedilər. Onunla söhbət etmək istədim. Amma sürücü maşını saxlamadı".

"Sənə həddini bildirəcəm"

Cavid bildirib ki, həmin taksi sürücüsü onun nömrəsini baldızı Sevildən alaraq zəng edib.

"Sürücü dedi ki, guya maşınını saxlayanda qapının şüşəsinə toxunduğum üçün şüşə qalxıb-enmədi. Həmin nasazlığın pulunu mənim ödəməli olduğumu söylədi. Sürücüyə maşınına toxunmadığımı və heç bir pul verməli olmadığımı bildirdim. Sürücü ünvanıma söyüş işlətdiyi üçün mən də ona söyüşlə cavab verdim. O, mənə "əgər kişisənsə, nə vaxt Masazıra gəlsən mənimlə görüş, sənə həddini bildirəcəyəm" dedi".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 15-də Masazıra gedəndə mağazadan bir ədəd mətbəx bıçağı alıb:

"Bıçağı aldım ki, həmin taksi sürücüsü ilə görüşəndə özümü müdafiə edim. Lakin taksi sürücüsünün mobil nömrəsinə zəng vursam da, həmin şəxs zəngimə cavab vermədi. Buna görə də həmin bıçağı şalvarımın kəmərinə keçirdim".

"Məni hədələdi"

İş üzrə zərərçəkmiş Afaqın sözlərinə görə, əvvəllər əri Cavidlə mehriban olublar:

"Cavid son bir neçə ildir ki, pis vərdişlərə qurşanmışdı. Bundan başqa qadınlarla münasibətdə olması, mütəmadi içkili vəziyyətdə evə gəlməsi, bəzi vaxtlar evdə gecələməməsi səbəbindən aramızda mübahisələr yarandı. Artıq Cavidin hərəkətlərinə dözmədim və evdən getdim. Ailəmi dolandırmaq üçün Masazırda yerləşən ailəvi restoranda xadimə işlədim. Cavid mənim işləməyimə razı olmurdu. Mən isə Cavidə onunla birlikdə yaşaya bilmədiyimi deyirdim. O, məni sözlə hədələyirdi. Cavid məni narahat etdiyi və hədələdiyi üçün qorxdum və xadimə kimi işlədiyim restorandan çıxdım".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid üç il azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1546   Tarix: 22 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.