İdmançı ərini öldürən qadın cəzadan azad edildi
"Sərhədçi" idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə prokuror çıxış edib.
Prokuror elan edib ki, keçirilmiş ekspertiza rəyləri ilə Ə.Qalabəylinin cinayəti anlaqsız vəziyyətdə törətdiyi və hadisədən sonra onda psixi pozuntu yarandığı təsdiq edilib.
Bu səbəbdən xanım müttəhim cəzadan azad edilməli, barəsində məcburi tibbi xarakterli tədbirlərin görülməsi üçün ixtisaslaşmış psixiatriya stiasionarında müalicə tətbiq edilməlidir.
Siyavuş Hacıyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra qərarı elan edib.
Qərara əsasən, Ə.Qalabəyli cinayəti anlaqsız vəziyyətdə törətdiyindən və hazırda psixi problemləri olduğundan cinayət məsuliyyətindən və cəzadan azad edilib.
Qərar qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli özündən 13 yaş böyük olan həyat yoldaşı Nurani Qalabəylini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. Nurani Qalabəyli kikboksinq üzrə tanınmış məşqçi olub. O, ölümünə qədər "Sərhədçi" idman kompleksində çalışırmış.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1491 Tarix: 21 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fransız gəmisi Hörmüz boğazında atəşə tutulub
Hörmüz boğazından keçən Fransanın CMA CGM şirkətinə məxsus "Everglade" konteyner gəmisi "xəbərdarlıq atəşi" nəticəsində zədələnib. xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb. Şirkətin açıqlamasına əsasən, gəminin bütün ekipaj üzvləri təhlükəsiz vəziyyətdədir və he
20.04.2026 216 "Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm" - SOSİOLOQ MAİL YAQUBLA MÜSAHİBƏ
"Boşanmaların yüksək faizinin maddi problemlərə görə olması fikri ilə razı deyiləm. Burda psixoloji və sosioloji problemlər var. Gəlin statistika araşdırmaları edək və görək Azərbaycanda boşanan ailələrin neçə faizi sırf maddi sıxıntıya görə boşanır". Bu sözləri BİG.AZ-a müsahibəsində fəlsəf
20.04.2026 471 "iPhone 18 Pro" bu rəngdə olacaq
Apple-ın növbəti flaqman modeli olacaq "iPhone 18 Pro" ilə bağlı yeni iddialar ortaya çıxıb. "Apple Insider" platformasına istinadən bildirir ki, şirkət bu dəfə əsas diqqəti yeni rəng seçimlərinə yönəldir və xüsusilə "Dark Cherry" adlı rəng modelin əsas vizual fərqləndiric
20.04.2026 296 Aİ daxilində yeni gərginlik siqnalları - Bolqarıstan nəticələri
Keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi "Mütərəqqi Bolqarıstan" koalisiyasının növbədənkənar parlament seçkilərində öndə olduğu bildirilir. Məlumata görə, koalisiya səslərin 37,5-38,9 faizini toplayıb. Avropa İnkişafı Uğrunda və Demokratik Qüvvələr Birliyi (GERB-SDS) isə 15,4-16,2 fai
20.04.2026 284 Zərərin ödənilməsi cinayət məsuliyyətini aradan qaldırırmı?
"Vətəndaşlara qarşı hər hansı dələduzluq əməli törədildikdə hüquq-mühafizə orqanları müvafiq araşdırma aparır və dəymiş zərərin məbləğinə uyğun olaraq əməli törədən şəxsin məsuliyyətə cəlb olunmasını təmin edir. Dələduzluq - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını
20.04.2026 286 Dəriniz hissə-hissə soyulur: Necə müalicə etmək olar?
Mütəxəssislər arasında geniş müzakirələrə səbəb olan bir məsələ yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, bəzi həkimlər bunu ekzemanın ağırlaşması hesab etdiyi halda, digərləri problemin dərmanların təyinatı ilə bağlı sistemli səhvlərdən qaynaqlandığını bildirir. Steroid kremləri
20.04.2026 240 Neft qiymətləri kəskin şəkildə yüksəlir və səhmlər qarışıqdır
İran və ABŞ arasındakı qarşıdurma tankerlərin Hörmüz boğazından istifadəsinə mane olduğu üçün dünya səhmləri bazar ertəsi qarışıq vəziyyətdə olduğu bir vaxtda neft qiymətləri 5%-dən çox artıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın etalon xam neftinin qiyməti 5,3% artaraq bir bare
20.04.2026 273 70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədov barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlə
20.04.2026 360 Ailədə yeni uşaq doğulduqda böyük uşaqda yaranan qısqanclıq problemi - PSİXOLOQDAN AÇIQLAMA
Ailədə yeni körpənin dünyaya gəlməsi adətən sevinc hissi ilə qarşılansa da, bu dəyişiklik hər zaman bütün üzvlər üçün eyni emosional rahatlıq yaratmır. Xüsusilə 3-4 yaş aralığında olan uşaqlar ailəyə yeni üzvün qoşulmasını bəzən qısqanclıq, narahatlıq və diqqət itkisi kimi qəbul edirlər. Valideynləri
20.04.2026 283