4 saylı doğum evində tibb bacısından qaziyə qarşı HÖRMƏTSİZLİK: "Öz anan, bacın üçün vuruşmusan"
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunduğu iddia edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda tibb bacısı ana olan xanımı və yoldaşını otağa dəvət edərək onlara "gözaydınlığı" verib. Məlumata görə, doğulan körpənin atası qazidir və tibb bacısı qazidən "şirinlik" (rüşvət) tələb edib:
"Qızın atası, bilirsən ki, atalar qızını, qızlar da atasını çox istəyirlər. Təbrik edirik sizi, 2 kq 400 q çəkidə qızınız olub. Hər ikisi yaxşı vəziyyətdədir, narahat olmayın. İndi sizi də görək. Görək atası qızını nə ilə qarşılayır".
Qazi ona 150 manat pul verir və şirinliyin qədərinin önəmli olmadığını vurğulayır. Qazi müəssisənin dövlət xəstəxanası olduğunu xatırlatsa da, tibb bacısı rüşvətin qədərinin mühüm olduğunu deyir:
"Bu, birinci doğuş üçün çox azdır. Bu pulu çox bilirsənsə, götür, get, səninlə mübahisə edə bilmərəm, yorğunam".
Qazi Qarabağda döyüşdüyünü, böyrəyinin fəaliyyətinin pozulduğunu, sağlamlığını döyüşlərdə fəda etdiyini dedikdə isə tibb bacısının ona verdiyi cavab insanlarda qıcıq yaradıb:
"Nə olsun ki, bura dövlət müəssisəsidir? Qarabağda döyüşmüsən, lap yaxşı. Kişisiniz, getməlisiniz də, mənim də yoldaşım gedib. Mənim üçün yox, öz anan, bacın üçün döyüşmüsən".
Məsələ ilə bağlı aidiyyəti üzrə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, iyunun 19-u saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəzdində yerləşən 4 saylı doğum evinə müraciət edib:
"19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.
Görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1307 Tarix: 20 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt indi də oğurluq etdi
"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut
21.10.2026 144 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
21.10.2026 212 "Atam məni qəbul etmədi, öləndə də danışmadı"
Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla
21.10.2026 190 Süni intellektdə yeni mərhələ: Ən güclü deyil, ən səmərəli texnologiya qalib gələcək
Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam diqqətdən kənarda qalır. İnsanlar əsasən süni intellektin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki böyük texnologiya şirkətləri artıq başqa bir sualla da üz-üzədirlər: süni intellektdən uzunmüddətli istifadə iqtisadi baxımdan nə dərəcəd
21.10.2026 224 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21.10.2026 194 Qan analizi hansı xəstəlikləri göstərə bilər?
Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə
21.10.2026 233 Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi
Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu
21.10.2026 197 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21.10.2026 186