Ravvin İqael Yequdi: "Ermənistan ayıya yox, bizona hürmək qərarına gəldi"

Ravvin İqael Yequdi: "Ermənistan ayıya yox, bizona hürmək qərarına gəldi"Baş nazir Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyi ilə bağlı bu yaxınlarda verdiyi növbəti bəyanat hələ də həm ekspert cəmiyyətlərində, həm də yüksək siyasi dairələrdə aktiv şəkildə müzakirə olunur.

İyunun 18-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistandakı xarici siyasət xətti ilə bağlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, KTMT-nin potensialının artırılması ilə bağlı işlər İrəvanı geridə qoyaraq rəvan xətt üzrə davam edir.

Ermənistanın təhlükəsizlik sahəsində suverenliyinin parçalanmağa davam etməsi, bu ölkənin ABŞ və NATO-nun "kağız çətir"i altında Qərb modellərinə keçidi Rusiya ilə hətta KTMT çərçivəsində vahid müdafiə məkanının saxlanmasını sadəcə olaraq qeyri-mümkün edəcək.

Ermənistanın ənənəvi bəyanatına bu dərəcədə diqqət, görünür, ondan irəli gəlir ki, İrəvan KTMT-dəki müttəfiqi olan Minsklə münasibətləri tam olaraq pozmasa da, kəskin şəkildə pisləşdirməyə qərar verib. Xatırladaq ki, ötən həftə Nikol Paşinyan Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına son dərəcə sərt ifadələr səsləndirdi: "KTMT liderlərindən 44 günlük müharibədə Azərbaycana qələbə arzulayıb. Və bundan sonra mən Belarus prezidenti ilə KTMT formatında məsələni müzakirə etməyə gedəcəyəm?"

Belarus Xarici İşlər Nazirliyinin İrəvana verdiyi cavab bəyanatı Ermənistanda ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirildi və Minskə etiraz notası göndərildi. Ermənistan səfiri Belarusun paytaxtından geri çağırıldı. Belarus hakimiyyəti də eyni şəkildə davrandı, İrəvandakı səfirini məsləhətləşmələr üçün Minskə çağırdı. İrəvan daha da irəli getdi, Ermənistan baş nazirinin aparatının rəhbəri Arayik Arutyunyan vəzifəli şəxslərə Belarusa rəsmi səfərlərin istisna edilməsi ilə bağlı göstəriş verdi.

Maraqlıdır ki, daha əvvəl Nikol Paşinyan iki KTMT ölkəsini ittiham edərək İkinci Qarabağ müharibəsində Azərbaycanı dəstəklədiyini iddia edirdi. Ekspertlərin fikrincə, söhbət Belarus və Rusiyadan gedir. Nəticədə Minsk və İrəvan arasında münaqişə yarandı, lakin Moskvanı açıq şəkildə günahlandırmağa Nikol Paşinyan cəsarət etmədi.

Məsələ ilə bağlı Oxu.Az-a belaruslu politoloq, ravvin İqael Yequdi şərh verib:

- Gəlin ondan başlayaq ki, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında vəziyyət lap əvvəldən bəlli idi. Azərbaycan Respublikasının mühüm əraziləri işğal edilmiş, Azərbaycan əhalisi öz evlərindən didərgin salınmışdı. Bu, insanlığa qarşı cinayətdir. Münaqişənin həlli üçün işğal olunmuş torpaqların Azərbaycana qaytarılması zəruri idi. Sağlam düşüncə və beynəlxalq hüquq bunu nəzərdə tutur.

Prezidentimiz Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi lap əvvəlindən aydın ifadə olunmuşdu və heç vaxt dəyişməyib: "İşğal olunmuş ərazilər azad edilməli, təcavüzə və militarist qəzəbə (Ermənistan tərəfdən - red.) son qoyulmalıdır". Eyni zamanda, Belarus heç vaxt Ermənistana və ya hər hansı digər postsovet dövlətinə qarşı düşmən mövqe tutmayıb.

Mənim böyük hissəsinə daşnaklar tərəfindən militarizm və şovinizm aşılanan erməni xalqına yazığım gəlir. Onlar artıq döyüş meydanında məğlub olmuşdular, işğal etdikləri əraziləri saxlamaq iqtidarında deyildilər. Lakin erməni cəmiyyətinin bir hissəsi düşmən axtarışını davam etdirir.

Azərbaycan isə dövlətçiliyin necə qurulması, iqtisadiyyatın necə inkişaf etdirilməsi, silahlı qüvvələrin necə yaradılması və onlardan necə bacarıqla istifadə edilməsi lazım olduğunu nümayiş etdirdi.

- Minsk və İrəvan arasında münasibətlər tamamilə pozulubmu?

- Minsk heç vaxt heç kimlə münasibətləri pozmayıb və heç vaxt da pozmayacaq. Lakin Belarusun özünün aydın siyasi xətti var. Biz döyüşmək yox, ticarət etmək istəyirik. Belarusla əməkdaşlıq etmək istəyən hər kəs Minskdə həmişə dostlar tapacaq.

Amma Belarusun simasında dost görmək istəməyənlər Belarusla münasibətləri kəsə, sonra bərpa edə, sonra yenidən kəsə bilərlər. Bu, onların işidir. Eyni şey Ermənistanın KTMT-dən çıxmasına da aiddir, hansı ki, gah iştirakını dondurur, gah tezliklə çıxacağından danışır, amma yekun olaraq hələ də təşkilatda qalmağa davam edir. Məğlubiyyətdən sonra (İkinci Qarabağ müharibəsində - red.) Ermənistanda düşmən axtarışı açıq-aşkar paranoid xarakter alıb. Həmçinin yəhudifobiya da güclənib.

Azərbaycana silah satan İsrail də düşmən kimi müəyyən edilib. Amma Ermənistanın pulu olsaydı, İsrail bu ölkəyə də silah satardı. Düzdür, silah almaq kifayət deyil, onlardan döyüş meydanında istifadə edə biləcək müvafiq kadrlara sahib olmaq da zəruridir.

İndi ermənilərin düşmən axtarışı Belarusa gətirib çıxarıb, hansı ki, heç vaxt Ermənistana qarşı ifadələr səsləndirməyib. Bəli, prezidentimiz Azərbaycana getdi, işğaldan azad edilmiş əraziləri, Azərbaycanın Milli Qəhrəmanı, mənim din yoldaşım Albert Aqarunovun müdafiəsi zamanı həlak olduğu qədim Azərbaycan şəhəri Şuşanı ziyarət etdi. Nəticədə Ermənistanda Belarusu əsas düşmən elan etmək qərarına gəldilər. Və bunu izah etmək mümkündür. Ermənistan Qərbə üz tutur və Qərbin güc mərkəzlərinin dediyi hər şeyi edir, onlar üçün isə Belarus düşməndir. Xülasə üçün qeyd etmək istərdim ki, əgər Ermənistana Belarusla münasibətləri kəsmək əmri verilibsə, deməli, belə də edəcək.

- Amma hekayə ondan başladı ki, Nikol Paşinyan KTMT-nin iki ölkəsini (aydındır ki, Rusiyanı və Belarusu) İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəkləməkdə ittiham etdi. İndi Belarusa qarşı birbaşa ittihamlar irəli sürülsə də, İrəvan Rusiyaya toxunmamaq qərarına gəlib.

- Ermənistan rus ayısına yox, Belarus bizonuna hürmək qərarına gəldi (gülür). Amma bu, Ermənistan tərəfindən mənasız söhbətlərdir. "Azərbaycana kömək etdilər?" nə deməkdir? Nə ilə kömək etdilər? Azərbaycan ordusunun sıralarında hər hansı əcnəbi vətəndaş yox idi.

Beləliklə, hərbi cəhətdən, birbaşa döyüş meydanında heç kim Azərbaycana kömək etməyib. Lakin pulla silah satan ölkələr var idi. Belarus ciddi hərbi-sənaye kompleksinə malikdir və belə imkanlara malik istənilən dövlət, təbii ki, silah satır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 900   Tarix: 19 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Demet Akalından Hülya Avşara SƏRT CAVAB: "Nə axmaq fikirdir!"

Türkiyənin məşhur müğənnisi Demet Akalın sənətçi Hülya Avşarın mirasla bağlı açıqlamalarına sərt reaksiya verib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın varlı insanların sağlığında miraslarını ailə üzvləri arasında bölüşdürməli olduqlarını deməsi maqazin gündəmində müzakirələrə səbə

21.10.2026 268
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 303
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır

"Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu yaradılır. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğ

21.10.2026 231
.

Fatih Terim "Tuzlu kahve"də çəkiləcək?

Türkiyə milli futbol komandasının keçmiş baş məşqçisi Fatih Terim "Tuzlu kahve" serialında rol alacaq. Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb məşqçinin serialda Hatun Aydınoğlu obrazını canlandıran Binnur Kayanın paylaşımına "Ümid edirəm, yaxın zamanda sizinlə bir duzl

21.10.2026 222
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ: Əsas hüquqlar və qanuni təminatlar

Daşınmaz əmlak üzərində mülkiyyət hüququ şəxsin qanunla müəyyən edilmiş qaydada ona məxsus olan əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərini əhatə edir. Bu hüquq mülkiyyətçinin əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində hüquqi hakimiyyətin

21.10.2026 238
.

Prezident bu sazişi təsdiq etdi

"Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, sentyabrı

21.10.2026 263
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21.10.2026 245
.