Xocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - Foto

Xocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - FotoXocalı rayonu ərazisində aşkar olunmuş "2K11 Kruq" zenit-raket kompleksinin tərkibinə daxil olan "1S32" raket tuşlama stansiyası, iki ədəd "2P24" buraxıcı qurğusu Bakı şəhərində Hərbi Qənimətlər Parkında yerləşdirilib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə 15 İyun - Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən mediatur zamanı məlumat verilib.

Mayor Tural Şükürov Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonuna müsadirə edilmiş döyüş texnikası barədə məlumat verib.

O bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi "2K11 Kruq" zenit-raket kompleksi aşkarlanıb: "Biz kompleksə baxış keçirən zaman işlək vəziyyətdə idi. Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücumundan vasitəmizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır".

Mayor Əsgər Məmmədov isə qeyd edib ki, buradakı texnikalar zenit raket kompleksinin tərkib hissələrindən biridir: "2K11 Kruq" zenit-raket kompleksinin 2 ədəd atıcı qurğusu "2P24" tipli, bir ədəd isə raket tuşlama stansiyası - "1S32"dir. Ordumuz bunları antiterror əməliyyatları zamanı Xocalı rayonundan ələ keçirib. Bu iki element "2K11 Kruq" zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir. Bu raket tuşlama stansiyasının özünün lakatoru var. Onun vasitəsilə 105 km qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirilir. Məhv edilməsi üçün qərarlar vermiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki rateklər vasitəsilə 3M8, M1, M2, M3 tipli hədəfə doğru tuşlayıb göndərir".

Mayor Məmmədov onu da qeyd edib ki, bunlar döyüş mövqeyindən ələ keçirilib: "O zaman döyüşə yararlı idi. Bunlar bizim hava hücum vasitələrinin qarşısını almaq məqsədilə quraşdılmışdı. Amma quru qoşunlarımız sayəsində onları ələ keçirmişik. Bu texnikaların istismar müddəti bitib. Biz bu texnikalardan 10-15 il əvvəl imtina etmişik, bundan daha müasir və daha effektiv müasir texnikalarımız var".

Hərbi ekspert Ramil Məmmədli qeyd olunan hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan silahlı qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə məlumat verib.

"Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə sistemini gücləndirmişdi. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında "2K11 Kruq" zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir", - deyə o qeyd edib.
Xocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - FotoXocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - FotoXocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - FotoXocalıdakı raket kompleksi Hərbi Qənimətlər Parkında - Foto


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 857   Tarix: 15 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

21.10.2026 228
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 209
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

21.10.2026 233
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 144
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 138
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21.10.2026 305
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 158
.