Keyfiyyətli qəndi necə tanıyaq? - Sağlam Qida mütəxəssisi tərəfindən rayonlarda maarrifləndirmə kampaniyası

Keyfiyyətli qəndi necə tanıyaq? - Sağlam Qida mütəxəssisi tərəfindən rayonlarda maarrifləndirmə kampaniyasıBildiyimiz kimi insanların gündəlik həyatında istehlak olunan əsas ərzaq məhsullardan biri də şəkər məhsullarıdır.

Şəkər və ya qənd kimi qida məhsullarını istehsal edən müəssisələrdə tətbiq olunan hər cür texniki və texnoloji proseslərin tələb olunan standartlara uyğun olması və müvafiq dövlət orqanlarının bu sahələrə nəzarət etməsi ilə yanaşı, sahibkarlar və mağaza rəhbərləri də bu məhsullarla bağlı kifayət qədər maariflənməlidirlər.

Öz araşdırmalarını bu istiqamətdə davam etdirən Sağlam Qida mütəxəssisi Məhsəti Hüseynova daxili bazarda satışa çıxarılan qənd məhsullarının keyfiyyəti ilə bağlı istehlakçıları və müştəriləri intensiv məlumatlandırır.

Bundan əvvəl qənd məhsullarını istehsal edən müəssisələrin dövlət standartlarına və lazımi texnoloji qaydalara uyğun istehsal proseslərini araşdıran, ictimai iaşə obyektlərində və pərakəndə sektorda istifadə olunan məhsulların tərkibi və keyfiyyəti ilə bağlı faydalı məlumatları istehlakçılara çatdıran mütəxəssis bu dəfə üzünü sahibkarlara və mağaza rəhbərlərinə tutub.

Sağlam Qida mütəxəssisi Gəncə və Lənkəran rayonlarında fəaliyyət göstərən supermarket, iri mağaza və topdansatış obyektlərini gəzərək, müvafiq şəxsləri qənd məhsullarının keyfiyyəti, onların alışı və satışı zamanı nələrə diqqət olunması və keyfiyyətsiz qəndlərin necə müəyyən edilməsi ilə bağlı məlumatlandırmaq və onların bu barədə fikirlərini öyrənmək məqsədilə maraqlı müsahibələr təşkil edib.

Belə ki, hazırda satışda olan bəzi qənd məhsullarının tərkibində süni ağardıcı və sərtləşdirici maddələrin olması insanların sağlamlığı üçün xüsusi təhlükə törədir.

Buna qarşı istehlakçıların və müştərilərin, həmçinin sahibkarların da çox diqqətli olmaları, alqı-satqı zamanı qənd məhsulları barəsində kifayət qədər məlumatlı olmaları çox əhəmiyyətlidir.

Sağlam Qida mütəxəssisi Məhsəti xanım qənd məhsulları ilə bağlı bundan öncə AQTA tərəfindən aparılan monitorinqlərin nəticələri, tərkibində kimyəvi qatqılardan çox istifadə edilən müəyyən marka və məhsulların dövriyyədən çıxarılması və satışına qadağa qoyulması ilə bağlı sahibkarları və mağaza rəhbərlərini bir daha məlumatlandırıb.

Sağlam Qida mütəxəssisi keyfiyyətli və keyfiyyətsiz, həmçinin tərkibində süni ağardıcıların çox olduğu məhsulu təbii məhsuldan necə fərqləndirməyin qaydasını, qanunvericilikdə nəzərdə tutulan əmtəə markalanma və qida təhlükəsizliyi tələblərini ticarət nümayəndələrinə izah edib.

Məhsəti Hüseynova bu məqsədlə İmişli Şəkər Zavodunda istehsal olunan AzərŞəkər qəndlərini istehlakçılara tövsiyə edərək bildirib ki, bundan əvvəl o zavodda olmuş və ordakı istehsal şəraitini müşahidə etmişdir.

Sözü gedən zavodda məhsul istehsal edərkən onun tərkibinə hər hansı bir ağardıcı qatqı və ya qoruyucu qatılmır və məhsul tam təbii şəkildə istehsal olunur.

Bu səbəbdən AzərŞəkər qəndlərinin üzərində "qatqı və ağardıcı yoxdur" mesajı da qeyd olunur. Həmçinin , məhsulun tərkibi ilə bağlı bütün çeşidlərin üzərində ətraflı məlumat öz əksini tapır.

Bu kimi maarrifləndirmə tədbirlərini daim dəstəkləyən, milli və etibarlı marka kimi ölkəmizdə kifayət qədər tanınan və sevilən AzərŞəkər markası təmsil etdiyi bütün məhsulların, xüsusilə də qənd məhsullarının tərkibində hər hansı kimyəvi qatqı və ağardıcının olmaması ilə daim istehlakçıların qayğısına qalır.

Bu nüansı sahibkar və mağaza rəhbərləri da nəzərə alaraq, insanlara daim sağlam və keyfiyyətli qənd məhsullarının satışını həyata keçirməklə, onlara daha etibarlı xidmət edə bilərlər.

Videonu izləmək üçün keçid edin:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

21.10.2026 228
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 209
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

21.10.2026 233
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 144
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 138
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21.10.2026 305
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 158
.