İtən əsgərimiz öldürülübmüş - RƏSMİ
Xəbər verildiyi kimi, iyunun 9-da naməlum şəraitdə itkin düşmüş Müdafiə Nazirliyinin N saylı hərbi hissəsin hərbi qulluqçusu, əsgər Hüseynov Ceyhun Tofiq meyitinin 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilməsi faktı üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, cinayət işi üzrə məhkəmə-tibbi, komplesk məhkəmə-ballistik, daktiloskopik və trasoloji eskpetizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu hadisə ilə əlaqədar əsgərimizin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verərək bildirir ki, cinayət işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri tədbirlərin görülməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq.
Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1340 Tarix: 14 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə
21.10.2026 260 D vitamini hansı qidalarda var? - ARAŞDIRMA
D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu
21.10.2026 228 "Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb
Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini
21.10.2026 323 "Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ
"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat
21.10.2026 344 Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir
Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini
21.10.2026 194 Hansı itlər daha az yaşayır və niyə?
İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə
21.10.2026 209 Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU
Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində
21.10.2026 318 "AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin
21.10.2026 245 Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq
Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını
21.10.2026 212