İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlar

İlin ən dəhşətli cinayəti: Əhmədin ifadəsində sensasion faktlarİlin ən dəhşətli cinayət hadisəsinin ilkin istintaqı tamamlanıb. Söhbət ikisi azyaşlı olmaqla beş ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun işindən gedir. Məlum olduğu kimi, ekspert rəyləri ilə Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübut edilib. Rəydə yazılıb ki, təqsirləndirilən şəxsin psixoloji vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Rəyə əsasən, Əhməd hadisəni törətdikdən dərhal sonra şübhəli şəxs qismində müstəntiqə ifadə verib, ailəsini öldürməsindən danışıb.

"Qafqazinfo" Əhmədin həmin ifadəsini əldə edib.

Qeyd edək ki, sözügedən ifadədə azyaşlılarla bağlı həssas məqamlar olduğu üçün ixtisar edilib. Cinayət əməlinin ağırlığını, ifadənin də buna müvafiq olaraq doğura biləcəyi mənfi emosiyaları nəzərə alaraq ürəyi zəif olanların oxumamasını tövsiyə edirik!

İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

"Məni ailədən saymırdılar, buna görə nifrət hissi yaranmışdı"

Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.

Amma hadisə günü atası onu evə gətiribmiş. Mehman Əhmədov (atası) səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb:

"Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm".

Qarşısına bütün ailəsini öldürmək məqsədi qoyan Əhməd azyaşlı bacısı qızını da eyni üsulla həyatından edib. Bundan sonra o, bıçaqları meyitlərin yanına atıb, avtomobillə atasını öldürdüyü evə qayıdıb. Əhməd evin həyətindəki marketdən siqaret almaq istəsə də, satıcı əlinin qanlı olduğunu görüb ona siqaret verməyib.

Marketdən çıxdıqdan sonra isə anası ilə qardaşı Məhəmmədin evə gəldiyini görüb. Əhməd həmin vaxt yaxınlıqdakı mağazadan 20 manata balta alıb, hadisəni həmin balta ilə törədib: "Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm. Həmin vaxt ərazidə polis əməkdaşları var idi. Özümü şübhəli apardığım üçün məni tutdular. Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi".

Əhməd anasını öldürərkən qonşuluqdakı qadın şahid olub. Əhməd qadını təhqir edərək yaxın durmamasını bildirib. Qonşu qadın evə qaçaraq polisə məlumat verib.

Zərərçəkmiş şəxslərdən birinin yaxınının istintaqa verdiyi ifadəsində bir məqam da diqqət çəkir. İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

Məlumat üçün deyək ki, Əhmədin əvvəllər cinayət törətməsi ilə bağlı istintaq heç bir məlumat əldə etməyib. O, qısa müddət atasının aldığı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub. Ondan əvvəl isə barmen və ofisiant işləyib. Ekspert rəyi ilə anlaqsız olduğu sübut olunan Əhməd məhkəmə qərarı ilə fəaliyyət qabiliyyətsiz şəxs kimi tanınıb. Bu səbəbdən onun yaxınlarından biri hüquqi varisi kimi tanınıb.

Qeyd edək ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Prokurorluq Əhməd Əhmədov barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1820   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21.10.2026 223
.

"Atam məni qəbul etmədi, öləndə də danışmadı"

Xalq artisti Nürəddin Mehdixanlı şəxsi həyatı, yaşlanmaqla bağlı düşüncələri və ən böyük arzusu haqda danışıb. Axşam.az xəbər verir ki, aktyor bu haqda "Qonaqcanlı" proqramında söz açıb. O bildirib ki, saçlarının ağarmasını yaşadığı ömrün bir parçası hesab edir:. "Saç ağartmaqdan qorxanla

21.10.2026 190
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 150
.

Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF

Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro

21.10.2026 232
.

Həmkarı İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu

21.10.2026 222
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.

Tünzalənin özünə 50 yaş hədiyyəsi

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib. Axşam.az xəbər verir ki, müğənni yaş günündə özünə yeni mahnı hədiyyə edib. "100 dəfə 100 dəfə" adlanan mahnının musiqisi Tünzalənin özünə, sözləri isə Cavid Şahbazbəyova məxsusdur. Qeyd edək ki, yen

21.10.2026 216
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

21.10.2026 323
.