"Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır" - AÇIQLAMA

"Azərbaycanda minimum əməkhaqqı 600 manat olmalıdır" - AÇIQLAMAMinimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə verilən ən aşağı ödəniş olmaqla, qanunla bu sahədə müəyyən edilən sosial normativdir. Məlum olduğu kimi onun mahiyyəti həmin əməkhaqqıya çalışan şəxsin öz minimum tələbatını ödəyə bilməsindən ibarətdir. Hazırda minimum əmək haqqı 345 manat təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini hazırlayaraq noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. Bəs, minimum əməkhaqqı nə qədər olmalıdır. Bu məbləğ necə hesablanmalıdır,
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, ölkədə minimum əməkhaqqı 600 manat olmalıdır:

"Minimum əmək haqqının məbləğinin müəyyən edilməsində müxtəlif parametrləri nəzərə alınmasına ehtiyac var. Burada sadəcə bir şəxsin dolanışıq xərcləri əsas deyil. Azərbaycanda statistik göstəricilər əsasında deyə bilərik ki, bir işçiyə 2 və ya daha artıq vətəndaşın qayğısına qalmaq düşür. Ölkə əhalisi 10 milyon 200 min təşkil edir. Bunların 4 milyon 900 mini əmək fəaliyyəti ilə məşğul olan insandır. Bu o demekdir ki, orta hesabla 1 nəfər 2 şəxs və daha artıq insanın aylıq xərclərini qazandığı məbləğlə ödəməlidir.

Eyni zamanda 2024-cü il üçün ehtiyac meyarının 270 manat olduğunu nəzərə alsaq, təxminən ölkədə "minimum əməkhaqqı 600 manat olmalıdır" deyə bilərik. Təbiii ki,burada 270 manatın özü də bir nəfərin aylıq xərci olaraq mübahisəli məsələdir. 2012 ci ildə hökümət minimum əməkhaqının orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmasını hədəf müəyyən etmişdi. Hazırda orta aylıq əməkhaqqı ölkə üzrə 1000 manata yaxındır -988 manatdır. Bu aspektəndə məsələyə yanaşsaq, bu gün minimum əməkhaqqının 600 manata qədər çatdırılması zərurəti var. Ölkədə minimum əməkhaqqının həddi 600 manat civarında olsa, nisəbətən daha ədalətli və layiqli əmək mühitinin formalaşması müsbət təsir göstərə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 892   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

21.10.2026 228
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

21.10.2026 323
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 194
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 209
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 318
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21.10.2026 245
.

Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq

Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını

21.10.2026 212
.