Tələbələrin təqaüdləri 250 manata QALDIRILIR? - AÇIQLAMA

Tələbələrin təqaüdləri 250 manata QALDIRILIR? - AÇIQLAMABu gün tələbələrə verilən təqaüdlər onların aylıq ehtiyacını qarşılamır. Sosial vəziyyəti aşağı olan və xüsusilə rayondan gələn tələbələrin xərci həqiqətən valideynləri çətin vəziyyətə salır. Paytaxt və ətraf ərazilərdə tələbələr əsasən kirayədə qalır. Çünki bir sıra universitetlərin yataqxanalarının şəraiti əlverişsizdir. Belə olan təqdirdə tələbə kirayə pulunu qarşılamaq üçün ya işləmək məcburiyyətində qalır, ya da ailəsi ona maddi dəstək göstərir. Bu da ailənin sosial vəziyyətinə təsir. Azərbaycanda tələbələrə verilən təqaüd növbəti tədris ilinə qədər 250 manata qaldırıla bilər.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil eksperti Elçin Əəfəndi deyib ki, tələbə təqaüdlərinin verilməsi ilə bağlı müvafiq olaraq dövlət başçısı sərəncam imzalayır. Ümumilikdə tələbə təqaüdünün artımı ilə bağlı müvafiq sərəncamı cari ilin sonlarına doğru görə bilərik:

"Hal-hazırda düşünmürəm ki, bu baş versin. Çünki hər il imtahanlar başa çatdıqdan sonra müvafiq olaraq 102 nəfər prezident təqaüdünə layiq görülür. Onlar ilə bağlı sərəncam təxminən sentyabrın sonu oktyabrın əvvəllərinə doğru təsadüf edir. Həmin ərəfədə tələbə təqaüdlərinin artırılması ilə bağlı hər hansı bir sərəncam verilə bilər. Yəni bu gözlənilən bir prosesdir və qeyd edim ki, cari ilin sonuna doğru baş tutması mümkündür. Tələblərin, xüsusilə rayondan gələn tələbələrin paytaxtda fəaliyyət göstərən universitetlərdə təhsil aldıqları dövr ərzində müəyyən mənada maddi baxımından əziyyət çəkirlər. Düşünürəm ki, universitetlər və müəyyən təşkilatlar bu istiqamətdə dəstək olsunlar".

Ekspertin sözlərinə görə, yataqxana məsələsi bəzi universitetlərimizdə tam olaraq qaydasında deyil. Qaydasında olan yataqxanalarda isə məcburi köçkünlər qalır:

"Tələbələrin əksəriyyəti kirayədə qalır. Bu da onlara maddi cəhətdən təsir etmiş olur. Universitetin özü və təşkilatlar tələbələrə müəyyən ödənişlər ayırmaqla bağlı yaxşı fikirləşməlidir. Tələbələrə aid olan təqaüdlər onların ehtiyaclarını ödəməyəcək səviyyədə artırılmalıdır. Amma bu dövlət başçısının səlahiyyətində olan bir məsələdir. Bu da cari ilin sonuna gözlənilir. Sözügedən təqaüdün 250 manata qədər qaldırılacağını düşünmürəm. Ola bilər ki, bu hal əlaçı tələblərə aid edilsin. Amma digər zərbəsi və adi kateqoriyalar üzrə təqaüdlərin artırılmasını gözləmirəm. Yalnız bu rəqəm əlaçılara aid edilə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.

D vitamini hansı qidalarda var? - ARAŞDIRMA

D vitamini insan orqanizmi üçün ən vacib vitaminlərdən biridir. Sümüklərin və dişlərin möhkəmliyinin qorunmasında, kalsium və fosforun mənimsənilməsində, əzələlərin normal fəaliyyətində və immun sisteminin işində mühüm rol oynayır. Lakin digər vitaminlərdən fərqli olaraq, D vitamini təbii qidalarda məhdu

21.10.2026 228
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

21.10.2026 323
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

Azərbaycanlılar yaşayan bu kənddə nəfəs almaq çox təhlükəlidir

Gürcüstanın üç şəhərində, o cümlədən Tbilisi, Qardabani və Rustavidə atmosfer havasında çirkləndirici hissəciklərin konsentrasiyası yüksəlib. Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyi məlumat yayıb. Məlumata görə, oktyabrın 18-də saat 16:00-a olan göstəricilərə əsasən, Tbilisini

21.10.2026 194
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 209
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 318
.

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti - "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsin

21.10.2026 245
.

Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq

Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını

21.10.2026 212
.