Azərbaycanda şəhid ailələrinin hüquqları artırılır

Azərbaycanda şəhid ailələrinin hüquqları artırılırAzərbaycanda şəhid ailələrinin hüquqları artırılır.

"Report"un xəbərinə görə, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna dəyişiklik layihəsini təqdim edərkən deyib.

O bildirib ki, dəyişikliklə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılacaq.

Şöbə müdiri qeyd edib ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi nəzarətindədir.

"Bu baxımdan, şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutan layihə bu sahədə növbəti müsbət addım olaraq dəyərləndirilməlidir. Belə ki, mövcud qanunvericilik sistemində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb".

A.Vəliyev vurğulayıb ki, qanun layihəsi məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçot alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 898   Tarix: 13 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rəsmi Brüssel Rusiyaya yeni sanksiyalar tətbiq etdi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Yeni məhdudiyyətlərə beş şirkət və bir fiziki şəxs daxil edilib. rus mediasına istinadən xəbər verir ki, sanksiyaların tətbiqinə ilk dəfə Kiyevə endirilən zərbələr əsas kimi göstərilib. Söhbət iyulun 1-i və 5-i gecələrində Kiyevə həyat

17.07.2026 268
.

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlanıb

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 1 qumbara, 14 tüfəng və 5 patron aşkar edilərək götürülüb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bundan başqa, narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanmas

15:30 0
.

"Dental H.F." klinikası 6 min manat cərimələndi

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında yerləşən "Dental H.F." stomatoloji klinikası inzibati məsuliyyətə cəlb edilib. Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Dental H.F." Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibat

10:29 175
.

FCC komissarı Trampın ABC və NBC lisenziyalarının ləğvi ilə bağlı çağırışını konstitusiyaya zidd hesab edir

Federal Rabitə Komissiyasındakı yeganə Demokrat cümə günü Prezident Donald Trampın Disney şirkətinə məxsus ABC kanalına qarşı çağırışını tənqid etdi, NBC kanalı onun çıxışını yayımlamaqdan imtina etdikləri üçün yayım lisenziyalarını itirəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, cümə axşamı gün

10:02 162
.

Qlobal bazarda qızıl ucuzlaşır

Dünya birjalarında qızılın qiymətində ucuzlaşma tendensiyası davam edir. "Yeni Sabah" xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında keçirilən son ticarət əməliyyatlarında qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti 3 984 - 4 036 ABŞ dolları civarında qərarlaşıb. Qeyd edək ki, qloba

17.07.2026 243
.

SAMİR ŞƏRİFOVA YENİ VƏZİFƏ VERİLDİ - Mərkəzi Komissiya yaradılacaq

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq. "AzPolitika"

17.07.2026 306
.

Telefonunuz düşündüyünüzdən daha çirkli ola bilər (ARAŞDIRMA)

Mobil telefonlar gün ərzində müxtəlif səthlərlə təmasda olur. Bir çox insan isə onları tualetə də özü ilə aparır. Beş telefon üzərində aparılan kiçik təcrübə nəticəsində məlum olub ki, tualetdən sonra bəzi cihazlarda bakteriyaların sayı iki dəfə, bir telefonda isə 65 dəfə artıb. Qaynarinfo xəbər veri

17.07.2026 298
.

Rutte bildirib ki, NATO heç kimə hücum etmək niyyətində deyil

Şimali Atlantika Alyansının heç kimə hücum etmək niyyəti yoxdur. xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte DPA xəbər agentliyinə verdiyi müsahibədə bildirib. "Biz müdafiə ittifaqıyıq. Bu o deməkdir ki, biz heç vaxt heç kimə hücum etməyəcəyik", - deyə o bildirib. Bu, onun Almaniyanı

17.07.2026 296
.

İİKK Küveytdəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) şənbə günü qüvvələrinin Küveytdəki ABŞ hərbi obyektlərini hədəf aldığını açıqlayıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə SEPAH-a bağlı Tasnim xəbər agentliyi məlumat verib. Bəyanatda həmçinin ABŞ qüvvələrinə ev sahibliyi edə

10:28 165
.

TOP MP3