Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ? - AÇIQLAMA

Hazırda nişanlı olan xala uşaqlarının aqibəti NECƏ OLACAQ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Azərbaycanda qan qohumlarının nikaha daxil olması qadağan edilir. bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunur.Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılır. Belə ki, qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlunun nikaha daxil olması qadağan edilir. Bəs cütlüklərin qohum olub-olmadıqları necə araşdırılacaq? Hazırda nişanlı olan xala (bibi) və əmi (dayı) uşaqlarına sözügedən qanun aid edilir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hüquqşünas Şamil Paşayev deyib ki, bununla əlaqədar elektron hökumət portalı var. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin portalı mövcuddur:

"Şəxslərin qohum olub-olmadıqlarını həmin portal vasitəsilə aydınlaşdırmaq mümkündür. Bu ciddi problem yaradacaq məsələ deyil. Qanun hələ qüvvəyə minməyib. Bununla bağlı üç oxunuş Milli Məclisdə keçməlidir və prezident qanunu imzalamalıdır. Prezident 56 gün ərzində qanunu imzalayır. Nişanlılıq bizim qanunvericiliyimiz ilə hər hansı bir əhəmiyyət və akt kimi qəbul edilmir. Ona görə də bunun bir mənası yoxdur. Qanun imzalandıqdan sonra qüvvəyə minənə qədər xeyli müddət keçəcək. Bu vaxt ərzində şəxslər nikaha daxil ola bilərlər. Nəzərə almaq lazımdır ki, xala (bibi) və əmi (dayı) uşaqlarının nikahlarını yalnız qanun ilə qadağan etməklə bunun qarşısını almaq mümkün deyil. Çünki insanlar bəlli zaman kəsiyindən keçib. Bu Azərbaycanda İslam dinini qəbul etdikdən sonra adət halını alıb. Amma milli olaraq türk millətlərində xala (bibi) qızı almaq anlayışı olmayıb".

Hüquqşünasın sözlərinə görə, bu qəbildən olan evliliklər barədə danışarkən insanlara bununla bağlı məlumatlandırmaq lazım idi ki, insanlar niyə görə bu nikahlardan qaçılmalıdır:

"Uşaqların xəstə doğulması kimi fəsadlar burada anlaşılmalı idi. Əslində tibbi nöqteyi-nəzərdən aydındır. Düşüncə etibarilə insanların eyni məhəllədən, kənddən və çevrədən evlənmək özü də zərərlidir. Yəni bunları bilgiləndirmə ilə başa salmaq lazımdır. Qanunvericilik ilə sərtləşdirməklə bunu məhv etmək mümkün olmayacaq. Çünki insanlar nikaha daxil olmadan da birlikdə yaşaya biləcəklər. Nikahsız ailələrin və nikahdan kənar doğulanların sayı daha da artacaq. Onlar vətəndaş nikahı ilə yaşayacaqlar. Digər tərəfdən bir-birini övladlığa verməklə xala qızı, əmi oğlu kimi qohumluqlarını sənəd üzərində yox edəcəklər. Yəni bunun fəsadı müsbət tərəflərindən daha çox ola bilər. Bu işdə diqqətli olmağımızda fayda var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1789   Tarix: 12 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı

Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə

21.10.2026 258
.

90 il sonra yenidən tapıldı: Nəsli kəsildiyi ehtimal olunan zəhərli heyvan AŞKARLANDI

İndoneziyada uzun illərdir təbiətdə mövcudluğu elmi şəkildə təsdiqlənməyən nadir primat növü yenidən aşkarlanıb. Alimləri təəccübləndirən bu heyvanın zəhərli xüsusiyyətə malik olması onu məməlilər arasında daha qeyri-adi canlılardan birinə çevirir. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, söhbə

21.10.2026 303
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 197
.

Bir selfi ilə xərçəngin SONU

Süni intellekt texnologiyası xərçəng xəstələrinin sağqalma ehtimalını üzlərinin bir fotoşəkli əsasında proqnozlaşdıra bilər. ABŞ-da aparılan araşdırmada hazırlanmış yeni sistemin həkimlərə xəstələrin vəziyyətini qiymətləndirmək və müalicə qərarları verməkdə kömək edə biləcəyi bildirilib. BİG.AZ xaric

21.10.2026 300
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 144
.

Qan analizi hansı xəstəlikləri göstərə bilər?

Qan analizinin nəticələri bəzi xəstəliklərin əlamətlərini hələ simptomlar ortaya çıxmamışdan əvvəl göstərə bilər. Lakin mütəxəssislər bildirirlər ki, yalnız qan analizinin nəticələrinə əsaslanaraq diaqnoz qoymaq düzgün deyil. xəbər verir ki, laborator müayinələr orqanizmdə baş verən dəyişiklikləri erkə

21.10.2026 233
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 158
.

CeyLo tərəf müqabili ilə sevgilidir?

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopezin britaniyalı aktyor və komediya ustası Bret Qoldstinlə sevgili olduğu iddia edilir. Axşam.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb. Bildirilib ki, birgə rol aldıqları "Office Romance" filminin çəkilişlərindən sonr

21.10.2026 207
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 162
.