Manatlıq taksilər tarixə QOVUŞUR: onları nə qədər cərimə gözləyir?

Manatlıq taksilər tarixə QOVUŞUR: onları nə qədər cərimə gözləyir?Azərbaycanda son günlər əsas müzakirə mövzusu taksi fəaliyyəti ilə bağlıdır. Son qərara görə, 2024-cü il iyulun 1-dən ili köhnə olan və buraxılış vəsiqəsi olmayan avtomobillərə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək. Ancaq manatlıq taksilərin də bu kateqoriyaya aid olub-olmadığı əksəriyyətə qaranlıq qalıb.

Məsələ ilə bağlı Referans.az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, qərar manatlıq taksi fəaliyyəti ilə məşğul olan şəxslərə də aiddir:

"Taksi minik avtomobili ilə sərnişin daşımalarını həyata keçirmək istəyən hüquqi və fiziki şəxslər AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar.

İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-ə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər.

2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər buraxılış ilindən 8 il keçməyən nəqliyyat vasitələri olmalıdır".

T. Orucovun sözlərinə görə, qaydaları pozan sürücülər AYNA və DYP əməkdaşları tərəfindən cərimələnəcək. Odur ki, bu fəaliyyətlə məşğul olmaq istəyənlər buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli isə Lent.az-a açıqlamasında deyib ki, bəzi şəxslər qanunvericilikdə olan dəyişiklikləri ictimaiyyətə çatdırarkən başqa cür şərh edirlər:

"Taksi fəaliyyəti ilə məşğul olunması barədə İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə yönəlik cəza tədbirləri dəyişilməz qalıb. Yəni, əvvəl necə ki, icazəsiz taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 50 manat məbləğində cərimələnirdisə, indi də elədir. Ancaq 324.2-ci maddədə yalnız əvvəlki lisenziya sözü buraxılış kartı sözü ilə əvəz olunub.

Sürücülərdən xahiş edirik ki, qaydalar çərçivəsində sənədlərini toplayıb fəaliyyətlə məşğul olsunlar. Hər kəsdən qanunvericiliyin tələblərinə hörmətlə yanaşmağı xahiş edirik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1085   Tarix: 01 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

10:00 171
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 159
.

Bu gündən qripə qarşı peyvəndləmə başlayır

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Səhiyyə Nazirliyindən -a bildirilib ki, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilakti

21.10.2026 357
.

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə

12:55 83
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 164
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 367
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 127
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 347
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 180
.