Mərhum xanəndənin nəvəsinin dəhşətli şəkildə öldüyü hadisə necə baş verib?
Mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsi 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, ötən il iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində baş vermiş hadisə ilə əlaqədar müəssisənin texnoloqu, Türkiyə vətəndaşı Atıf S. təqsirləndirilib.
Məhkəmədə mərhum Nurlan Cəbrayılovun ailə üzvləri bildiriblər ki, o, müəssisədə mühafizəçi kimi işə götürülsə də, heç bir təhlükəsizlik tədbirləri görülmədən təhlükəli istehsalat prosesinə qanunsuz olaraq cəlb edilib. Həmçinin Nurlan orada üç aydan artıq müddətdə çalışsa da, onun əmək müqaviləsi hadisədən sonra elektron sistemə daxil edilib və bununla da o xeyli müddət qanunsuz olaraq işləməyə məcbur edilib. Zərərçəkən tərəf texnoloqla yanaşı, MMC-nin təsisçisi və rəhbəri olan Etibar Baloğlanovun da cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.
O da bildirilib ki, N.Cəbrayılov hadisə vaxtı, saat 23 radələrində gübrə istehsalı məntəqəsində tək olub və Atıf telefon vasitəsilə onu yönləndirib. Bu zaman gübrə məhlulu Nurlanın üzərinə tökülüb və onun bədəninin 80 faizindən çoxu yanıb. Ağır xəsarət alan gənc Bakıdakı ixtisaslaşmış xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra vəfat edib.
Türkiyəli mütəxəssis Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Onun bir il müddətə texnoloq qablaşdırıcı vəzifəsi tutması da qadağan edilib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1168 Tarix: 01 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan İrandan balqabaq idxalını 2 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 227,9 min ABŞ dolları dəyərində 325,5 ton balqabaq idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq - 15 % azdır
10:30 42 ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib
İran Buşehr əyalətinin bir sıra rayonlarının ABŞ-nin zərbələrinə məruz qaldığını bildirib. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" Buşehr əyaləti administrasiyası rəhbərinin siyasi və sosial məsələlər üzrə müavini Ehsan Cəhaniana istinadən məlumat yayıb. Onun sözlərinə görə
18.07.2026 197 "Milan" "Arsenal"ın hücumçusu Qabriel Jezusu transfer etmək istəyir
İtaliyanın "Milan" klubu İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Qabriel Jezusu sıralarına cəlb etmək məqsədilə aktiv danışıqlar aparır. "Report" yerli mətbuata istinadən xəbər verir ki, "topçular" 29 yaşlı hücumçunun transferi müqabilində 20 milyon funt sterlin
18.07.2026 201 ABŞ Avropada MAGA layihələrinin təşviqi üçün qrantlar ayırmağı planlaşdırır
ABŞ Prezidenti Donald Trampın komandası Avropa ərazisində və dünyanın digər regionlarında MAGA ("Make America Great Again") hərəkatı ilə bağlı layihələrə dəstək verməyə yönəlmiş qrant vəsaitlərinin bölüşdürülməsinə hazırlıq görür. "Report" xəbər verir ki, bu barədə "Financia
12:00 0 Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başlayıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 220,2 min ABŞ dolları dəyərində 175,3 ton lobya (təzə və ya soyudulmuş) ixrac edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyə
18.07.2026 240 Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Report"a istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi il
18.07.2026 222 İtkin düşən 8 nəfərlə bağlı yeni xəbər var
İtkin düşən 8 nəfər tapılıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılara
18.07.2026 297 İraq Starlink ilə müqavilə imzalayıb
İraq hakimiyyəti ölkə ərazisində internet xidmətlərinin göstərilməsi üçün ABŞ-ın Starlink şirkəti ilə rəsmi müqavilə imzalayıb. Report xəbər verir ki, bu barədə İraqın Media və Kommunikasiya üzrə Dövlət Komissiyasının İcraiyyə Komitəsinin rəhbəri Balıq Əbu Kəlal danışıb. Onun sözlərinə görə, şirkət
10:45 0 Ərini davadan ayırmaq istəyən qadın - Yaralandı
Şəmkirdə mübahisə edən ərini ayırmağa çalışan qadın xəsarət alıb. "Qafqazinfo"nun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs içkili halda küçədə nalayiq ifadələr işlədib. Bu zaman qadının həyat yoldaşı həmin şəxsə iradını bildirib və tərəflər arasında əlbəyaxa dava baş verib
18.07.2026 313