"Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir"-Deputat

"Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir"-DeputatHər il olduğu kimi bu il də ölkəmizdə 28 may – Müstəqillik günü qeyd olunur. Müstəqillik günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Bu tarixi gün, təkcə Azərbaycanda deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür.

"28 may tarixinin müstəqillik günü, 18 oktyabr tarixinin isə müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün Azərbaycan, Xalq Cümhuriyyətinin ənənələrini qoruyur.

"Ulu Öndərimiz dəfələrlə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: "Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır".
28 May – Müstəqillik Günü hər il ölkəmizdə xüsusi təmtəraqla qeyd edilir. Azərbaycan dövləti öz siyasətində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə ehtiramla yanaşır. Azərbaycan Prezidentinin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması bunun əyani sübutudur. Dövlətimizin başçısının sərəncamı ilə 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olundu və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi.
1918-ci ildə Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni, müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü.
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı və qurucusu olan insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi.
Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Bütün sahələrdə böyük uğurlar qazanır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib".
Bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Vətən Müharibəsində tarixi qələbə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın dünyada hazırkı mövqeyi, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri etdi.
Azərbaycan Vətən Müharibəsində qələbə qazanaraq tarixi ədaləti bərpa etdi, SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikondan çıxardı. Bütün bunlar tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri zəruri etdi. Yeni reallıqlar nəzərə alınaraq Prezident İlham Əliyevin tarixi Fərmanı ilə yeni iqtisadi zonalar – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. Hazırda qarşıda çox mühüm vəzifələr durur. Qələbəni daha da möhkəmləndirmək, Azərbaycanın yaratdığı yeni reallıqların bütün dövlətlər tərəfindən qəbul edilməsinə nail olmaq bu vəzifələr sırasına daxildir. Bizim qarşımızda duran ən önəmli məsələ müstəqilliyimizi daima qorumaq və möhkəmləndirməkdir.Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə güc birliyi arzulayırıq. Respublika Gününüz mübarək!"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 779   Tarix: 28 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiya Ermənistanın AİB üzvlüyünün dayandırılması ilə bağlı hesabatı araşdırmayıb

Moskva hələ də Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyünün dayandırılmasının mümkün mənfi nəticələrinə dair hesabatı nəzərdən keçirməyib. xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə istinadən Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. "Xeyr, biz onu nəzərdən keçirməmişik",

10:48 167
.

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə

12:55 171
.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 156
.

Ermənistan "Tramp marşrutu" üzrə razılaşmanı təsdiqlədi

Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsi ABŞ ilə "Tramp marşrutu" (TRIPP) layihəsi üzrə strateji tərəfdaşlığa dair çərçivə sazişinin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib və məsələni parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Teleqraf xəbər verir ki, qanu

21.10.2026 365
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21.10.2026 372
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

12:01 282
.

Yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Orxan Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. "Qafqazinfo" xəbər verir ki, O.Məmmədov bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. 37 yaşlı məmur daha əvvəl Cəbrayı

13:16 212
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21.10.2026 357
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 204
.