"Xamneyinin postuna yiyələnmək uğrunda mübarizə aparan şəxslər Rəisini görmək istəmirdilər" - Politoloq

"Xamneyinin postuna yiyələnmək uğrunda mübarizə aparan şəxslər Rəisini görmək istəmirdilər" - Politoloqİran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, bunu İrandaxili proses kimi qiymətləndirmək lazımdır.Rəisini istəməyən qüvvələr də çox idi, xüsusilə SEPAH daxilində. Xamneyi ətrafında bu posta yiyələnmək uğrunda mübarizə aparan şəxslər Rəisini görmək istəmirdilər:

"İran prezidenti,xarici işlər naziri və digər dövlət nümayəndələrinin həlak olduğu hadisənin qəza olduğu görünür. Burada bir çox faktorlar,ərazinin dağlıq regiona malik olması, içərisində olduqları helikopterin köhnə olması və texniki nasazlığın olması kimi versiyalar var. Lakin bundan əlavə, məsələnin pərdəarxası məqamlarına da baxmaq olar. Bunu İrandaxili proses kimi qiymətləndirmək lazımdır. Rəisi İran Ali Dİni Lideri Əli Xameneyinin komandasından idi, hətta onu özündən sonra varis gördüyü şəxslərdən biri idi. Lakin Rəisini istəməyən qüvvələr də çox idi, xüsusilə SEPAH daxilində. Xamneyi ətrafında bu posta yiyələnmək uğrunda mübarizə aparan şəxslər Rəisini görmək istəmirdilər. Rəisiyə qədər İran qonşu dövlətlərə qarşı aqressiv tutum sərgiləsə də, Rəisi və komandasının sərgilədiyi mövqe daha passiv siyasət idi. SEPAH-ın uzun müddət təbliğatını apardığı "İsraili vuracağıq" deməsinə baxmayaraq ciddi nəsə olmadı. Bu, onu göstərir ki, hazırkı dini lider və onun komandasında olan nümayəndələr Rəisi də daxil olmaqla aqressiv tutum sərgiləyə bilirlər, amma bu, müharibəyə gətirib çıxarmır. Bu gün İrandakı dini və hərbi elita daha fərqli şəxsi ali dini lider postunda görmək istəyirlər. Ona görə də Rəisinin posta gəlməsini istəmirdilər. Biz bu məsələni İrandaxili hadisə kimi qiymətləndirə bilərik".

Politoloq əlavə edib ki, bizim İranla problemimiz olmayıb və ola da bilməzdi. Sonuncu görüş zamanı da Azərbaycan və İran liderlərinin dostluq və barış mesajları verməsi iki ölkə arasında münasibətlərin normallaşdığını göstərirdi. Erməni mediasının məsələni manipulyasiya etməsi regionda siyasi reallıqları dəyişməyə hesablanmış addımdır:

"Bu hadisədən sonra erməni mediası hadisəni fərqli cür yazdı. Hətta Azərbaycana fokuslandılar, İsrailin əli olduğunu qeyd etdilər. Amma mən məsələni İrandaxili görürəm. Ümumiyyətlə Azərbaycan-İran münasibətləri müstəqillik illərimizdən bu günə qədər bir neçə dəfə gərginləşib, tərəflər arasında narazılıq olub, bir-birinə qarşı bəyanatlar səsləndiriblər. Əslində, bu, təbiidir. Amma o demək deyil ki, iki ölkə müharibə etsin. Bu iddianı səsləndirənlər də məntiqlə düşünmürlər. Azərbaycanın İranla heç bir ədavəti yoxdur. Hətta siyasi münasibətlərin pozulduğu zamanlarda belə iqtisadi münasibətlərimiz davam edirdi. İki ölkə arasındakı iqtisadi dövriyyə ataraq inkişaf edib. Bundan əlavə, Azərbaycan İran vasitəsilə Naxçıvana gediş-gəlişi təmin edib. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bizim İranla problemimiz olmayıb və ola da bilməzdi. Sonuncu görüş zamanı da Azərbaycan və İran liderlərinin dostluq və barış mesajları verməsi iki ölkə arasında münasibətlərin normallaşdığını göstərirdi. Erməni mediasının məsələni manipulyasiya etməsi regionda siyasi reallıqları dəyişməyə hesablanmış addımdır. Azərbaycan Prezidenti İlham Əliyevin də paylaşımı göstərir ki, bu hadisə Azərbaycanı da kədərləndirib və narahat edib.İranla siyasi görüş fərqlərimiz olsa da, sabit İranın olması hər zaman maraq çərçivəmizdədir. Məhz buna görədir ki, nə mərhum prezident Heydər Əliyevin, nə hazırki prezident İlham Əliyevin dövründə İrana qarşı koalisiyalara Azərbaycan qoşulmayıb, sanksiyaların tərkib hissəsi olmayıb. Rəsmi Bakı ilə İran arasında münasibətlərin hansı həddə olmasından asılı olmayaraq nə ərazisini İrana qarşı hücumlara açıb, nə də İrana qarşı neqativ addımda iştirak edib. Ümumiyyətlə, bu, təkcə İranla bağlı deyil, Azərbaycan bütün qonşuları ilə bu münasibətdədir. Azərbaycanın heç bir qonşusuna ərazi iddiası yoxdur. Bu hadisə təəsüfvericidir. İndiki zamanda istənilməyəcək hadisədir. Bunu başqa istiqamətlərə çəkməyə çalışırlar, amma məsələ daxilidir və ilk görüntüdən də nəticəyə gəlmək olur ki, bədbəxt hadisədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1321   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

18:15 180
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 285
.

Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI

Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl

16:16 232
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 221
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 239
.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

17:14 194
.

Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF

"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v

11:46 204
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

20:44 0
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

12:01 354
.