"Xudafərin" və "Qız Qalası" nə qədər əkin sahəsinin suvarılmasını təmin edə bilər?
Xəbər verdiyimiz kimi, Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib.
"Xudafərin" və "Qız Qalası" nə qədər əkin sahəsinin suvarılmasını təmin edə bilər?
Mövzu ilə bağlı BiG.AZ-a iqtisadçı ekspert Eldəniz Əmirov açıqlama verib.
O bildirib ki, hələ sovet dövründə SSRİ və İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı İranla uzunmüddətli saziş imzalanmışdır. Azərbaycan torpaqları işğal olunsa da, 1993-cü ildən sonrakı dövr ərzində həmin ərazidə İran tərəfindən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər aparılıb. Lakin 1994-cü ildə Ümummilli lider Heydər Əliyev İrana səfəri zamanı bu məsələni gündəmə gətirmiş və bu istiqamətdə ciddi müzakirələr aparılmışdır. Azərbaycanın bu layihələrdə gec tez iştirak edəcəyini əminliklə qarşı tərəfə bildirilmişdir.
"2016-cı ildə isə Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdı. Hətta o zaman bu məsələ həm ölkəmizdə, həm də beynəlxalq aləmdə ciddi müzakirə edilmişdir ki, Azərbaycan öz əlində olmayan torpaqlara və qovşaqlarla bağlı necə əminliklə saziş imzalaya bilər?Amma fakt onu təsdiqlədi ki, Azərbaycanın strategiyası dəqiq və düşünülmüş idi. Bu hidroqovşaqlarının parametrlərinə gəldikdə isə "Xudafərin" suqovşağı "Qız Qalası"ndan dəfələrlə böyükdür. Belə ki, "Xudafərin" 1,6 milyard kub metr tutumuna və "Qız Qalası" isə 56,75 mln kub metr su tutumuna malikdir.
Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan "Xudafərin" və 40 MVt olan "Qız Qalası" su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt•st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək".
AYSEL ƏKBƏR
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 681 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB
ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni
18:15 180 Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,
14:53 285 Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI
Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl
16:16 232 Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR
"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ
15:18 221 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə
13:19 239 Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar
Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident
17:14 194 Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF
"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v
11:46 204 Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-
20:44 0 Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi
44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı
12:01 354