"Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə prosesdə İranın tutduğu mövqe də bizi qane edir"

"Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə prosesdə İranın tutduğu mövqe də bizi qane edir""Azərbaycan Respublikası ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə, o cümlədən möhkəm mədəni-tarixi bağlarımız olan İran xalqı ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət olaraq müəyyən edib. Biz digər beynəlxalq subyektlərlə olduğu kimi, cənub qoşumuzla da həmişə münasibətlərimizi hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmağa çalışmışıq. Hər hansı bir dövlətlə, o cümlədən cənub qoşumuz İranla, hətta 30 il torpaqlarımızı işğalda saxlamış Ermənistanla belə münasibətlərimizin gərgin olmasını arzu etməmişik və heç bir gərginlik Bakıdan qaynaqlanmayıb".

Bu sözləri BiG.AZ-A politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, üstəlik təcavüzkar mahiyyətinə baxmayaraq biz Ermənistanla münasibətlərin ən qısa zamanda normallaşmasının tərəfdarıyıq və sülh gündəliyi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəliləməkdədir. O cümlədən də ötən 3 il ərzində arzuolunmaz məcrada davam etmiş Azərbaycan-İran münasibətlərinin normallaşması və əvvəlki dövrlərdən daha yaxşı səviyyəyə çatmasında maraqlıyıq. Üstəlik möhtərəm Prezidentin də ifadə etdiyi kimi, "əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar". İran Prezidenti Seyid İbrahim Rəisi isə bu münasibətləri iki ölkənin dərin tarixi, mədəni və dini əlaqələrinə söykənən çox dərin bir bağ, qonşuluq əlaqəsindən daha üstün olan qohumluq əlaqəsi adlandırıb. Obyektiv və hətta subyektiv məqamlara diqqət etdikdə də aydın görünür ki, Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur.

"Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi kifayət qədər aydındır. Cənab İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir. "Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır".Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi və tədbirdə liderlərin bəyanatları bu mənada, Bakı və Tehran arasında yeni uğurlu start hesab oluna bilər.
Cənab İlham Əliyevin dediyi kimi, bu layihənin texniki nöqteyi-nəzərdən önəmi aydındır, enerji güclərinin də bərabər bölünməsi Azərbaycana və İrana əlavə fayda verəcək, eyni zamanda energetika sahəsində digər çox böyük planlar üçün əsas olacaq. Siyasi nöqteyi nəzərdən isə "Xudafərin" və "Qız Qalası" hidroqovşağları iki xalqı, iki dövləti daha da sıx birləşdirəcək ki, nəticədə bu proses xalqlarımızın rifahını yaxşılaşdırmasına doğru növbəti addım olacaq.
Ümumiyyətlə, İranla əlaqələrdə möhtərəm Prezidentin yanaşması çox sadədir. İlk növbədə, İran-Azərbaycan əməkdaşlığı bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün çox önəmlidir. Bunun üçün, həqiqətən də, çox ciddi zəmin var. Hətta münasibətlərimizin ən gərgin dönəmində belə, Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyib, liderlərin bugünkü təmaslarında Azərbaycan liderinin də nitqində ifadə olunduğu kimi, "bundan sonra da bu dəstəyi göstərəcəyik". İkincisi, İran-Azərbaycan dostluğu təcavüzkar məqsəd güdən qeyri-region dövlətləri üçün ciddi səddə çevrilmək potensialındadır. Həmin güclər özləri də bu reallığın fərqindədirlər və Bakı-Tehran münasibətlərində gərginliyin davamlılığında maraqlarını gizlətmirdilər. Lakin cənab İlham Əliyevin də rəsmən bəyan etdiyi kimi, "Bu səylər əbəsdir və biz bugünkü mərasimlə bunu bir daha sübut edirik".
Üstəlik, Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə qeyri-adekvat niyyətli qlobal subyektləri neytrallaşdırmaq, yaxud məğlub edərək regiondan uzaqlaşdırmaqla əvvəllər təsəvvürə belə gətirilməyən bir reallıq yaradıb. Artıq İran da bunun fərqindədir və Tehran cənab İlham Əliyevin "Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək" məzmunlu bəyanatının ciddiliyinin fərqindədir.
Beləliklə, regionda tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub və prosesin yeganə zəif bəndi dövlət başçımızın təbirincə desək, "uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan"dır.
İrəvan indiki reallıqları doğru qiymətləndirməli, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətləri fonunda başa düşməlidir ki, bölgə dövlətləri güclü, müstəqil siyasət aparan dövlətlərdir və heç bir kənar qüvvə bu dövlətlərin iradəsinə təsir edə bilməyəcək. Bu mənada, İrəvanın qarşısında yalnız bir yol var, regional əməkdaşlığa töhfə vermək, əks halda gedişat Ermənistan üçün təhdidə çevriləcək. Bu ssenarini isə İrəvana heç bir region dövləti, o cümlədən biz arzulamırıq. Sevindirici haldır ki, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və paralel olaraq sülh müqaviləsi üzrə danışıqlar prosesi gedir və ilkin müsbət nəticələri mövcuddur. Digər müsbət aspekt ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə prosesdə İranın tutduğu mövqe də bizi qane edir və dövlətimizin başçısı hətta bunu dəstək kimi qiymətləndirərək alqışladı.
Ümumiyyətlə, konseptual yanaşsaq, son təmaslar yalnız İran-Azərbaycan münasibətləri fonunda qiymətləndirilməməlidir. Bu, eyni zamanda cənab İlham Əliyevin növbəti qlobal miqyaslı qələbəsidir. Sirr deyil ki, bir çox güclər İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxırdılar. Lakin cənab İlham Əliyevin İrana münasibətdə uğurlu, zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasi gedişlər prosesləri Azərbaycanın lehinə çevirdi. Bu mənada, Prezident İlham Əliyevin və Prezident Seyid İbrahim Rəisinin iki ölkə sərhədindəki görüşləri İran üzərindən anti-Azərbaycan planlar qurmağa çalışan Qərb aktorları üçün fiasko demək oldu".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 20 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kirayə qaldığımız evdə qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? - CAVAB

ın "Bir sual, bir cavab" rubrikasında budəfəki mövzusu kirayəçinin qaldığı evdə sağlamlığına zərər dəyərsə, ev sahibindən təzminat alması məsələsi ilə bağlıdır. Kirayə qaldığımız evdə sağlamlığımıza zərər dəysə, qazdan boğulsaq, ev sahibindən təzminat ala bilərik? . xəbər verir ki, Mülki Məcəlləni

18:15 180
.

Azərbaycana turist axını niyə azalıb? - Ekspertdən AÇIQLAMA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 191 ölkədən 1 milyon 831,8 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,1 faizi Rusiya Federasiyası, 19,4 faizi Türkiyə, 7,7 faizi İran, 4,9 faizi Gürcüstan, 4,5 faizi Qazaxıstan, 3,

14:53 285
.

Hər gün yerkökü yemək orqanizmdə nəyi dəyişir? - FAYDALARI

Yerkökü təkcə göz sağlamlığı üçün deyil, həzm sisteminin normal fəaliyyəti və orqanizmin vitamin ehtiyacının qarşılanması baxımından da faydalı tərəvəzlərdən biridir. Tərkibindəki beta-karotin orqanizmdə A vitamininə çevrilərək görmə qabiliyyətinin qorunmasına kömək edir. BİG.AZ xarici mediaya istinadl

16:16 232
.

Ermənistan Rusiyadan uzaqlaşır: Azərbaycanla münasibətlər PRİORİTETDİR

"Ermənistanla Rusiya arasındakı münasibətlər artıq əvvəlki kimi ola bilməz". Bunu Ermənistanın "Respublika Naminə" partiyasının sədr müavini Ruben Mehrabyan deyib. "Ermənistanda artıq üzərində tonlarla kompromat olan hökumət yoxdur. Rusiyanın İrəvana qarşı belə bir təsir rıçağ

15:18 221
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 239
.

Leyla Əliyeva İmam əl-Buxarinin memorial kompleksində - Fotolar

Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru" Ümumdünya Sammiti çərçivəsində "Uşağın gözü ilə dünya" sərgisi təşkil edilib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezident

17:14 194
.

Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF

"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini v

11:46 204
.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

20:44 0
.

Qubadlının işğaldan azad olunması tarixi qələbələrimizin davamı idi

44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsidir. Təbii ki, Qubadlıdan əvvəl azad edilən torpaqlarımızda qəhrəmanlıqla vuruşan oğullarımız burada da peşəkarcasına vuruşaraq düşməni məhv edirdi. Qubudlının ihğaldan azad edildiyi gün də xalqımı

12:01 354
.