Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaq

Azərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələri üzrə Yol Xəritəsi təqdim olunacaqAzərbaycanda "Biznesə daxilolma" və "Vergitutma" sahələrində təkmilləşmələrin həyata keçirilməsi barədə 2024-cü il üzrə Yol Xəritələri təqdim olunacaq

"Report" xəbər verir ki, Yol Xəritəsi mayın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın iclasında təqdim ediləcək.

Bildirilib ki, təqdimat mərasimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Ədliyyə, Maliyyə, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Vəkillər Kollegiyası, "Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası" İctimai Birliyi, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak edəcək.

Tədbirdə "Dünya Bankı Qrupunun "Business Ready" layihəsinin "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"ndə, habelə "Vergitutma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulan tədbirlər barədə geniş məlumat veriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 576   Tarix: 18 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür

2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda

11:56 279
.

Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir. Axşam.az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilomet

21:00 1
.

Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa

1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı. Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi

12:44 271
.

Zelenski: Tramp mənim haqda necə danışırsa, Putin haqda da elə danışmalıdır

"ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini asanlıqla danışıqlar masasına oturda bilər". Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Tramp Putini çox asanlıqla danışıqlar masasına oturda bilər. Çünki mənim haqqımda necə danışırsa, Puti

20:15 81
.

Qubada iki bələdiyyənin adı dəyişdirildi

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, Qubanı

13:00 241
.

Uşağın faciəsi, hocanın bayramı - Cübbə var, vicdan hanı?

Uşağın fəryadını eşitməyən "hoca"nın sevinci: Türkiyədə kimlərə qulaq asırlar?. Türkiyədə qəribə bir mənzərə yaranıb. Bir tərəfdə elm adamları, ziyalılar, hüquq müdafiəçiləri, uşaqların gələcəyi üçün mübarizə aparan insanlar var. Digər tərəfdə isə cübbəsi, saqqalı, moizələri və milyonlarl

19:30 147
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 227
.

Nə böyük, nə kiçik qardaş: Azərbaycan və Türkiyə münasibətlərində bərabərlik

"Bir millət, iki dövlət!" Bu ifadəni Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını və ortaq taleyini əks etdirən ən qiymətli siyasi düsturlardan biri kimi qəbul etmişik. Bu sözlər bizim üçün adi diplomatik şüar deyil. Onun arxasında ortaq tarix, mədəniyyət, çətin günlərdə bir-birinə uzana

13:47 288
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

21:15 1
.