Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ
Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq.
"Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir.
Musavat.com xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq. Maraqlı burasıdır ki, iddiaçı və cavabdeh son zamanlara qədər Ramiz Mehdiyevin ailə biznesinə daxil idi. "Qlobal East VVest" MMC isə məhkəməyə verdiyi "Şərq-Qərb" ASC-nin tərkibində idi. Belə bir halda Ramiz Mehdiyevin şirkətləri arasındakı məhkəmə çəkişməsinin səbəbi nədir? Ramiz Mehdiyevin ailə biznesinə daxil olan ASC ilə MMC niyə məhkəmə müstəvisində çəkişməyə qərar verib?
Bu suallar hələlik açıqdır.
Yada salaq ki, 2020-ci ildə Hesablama Palatası o zaman Ramiz Mehdiyevin rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyasında(AMEA) nöqsanlarla aşkarlamışdı. "Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında" hesabatda qeyd olunurdu ki, 2019-cu ilin İş planına uyğun olaraq həyata keçirilən, nəticələrinə hesabat ilində baxılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə aparılan maliyyə və uyğunluq auditinə dair zəruri məlumatlar Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən "Şərq-Qərb" ASC-yə ödənilib, lakin həmin ASC tərəfindən uzun müddət ötməsinə baxmayaraq çap məhsulları üzrə yaranmış ümumilikdə 10,4 milyon manat məbləğində debitor borcun bağlanması və müqavilə üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətləri ehtimalını nəzərə alaraq Baş Prokurorluğa təqdim edilib.
"Şərq-Qərb" ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlayıb. 2001-ci ildə, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu günlərdə "Şərq-Qərb" özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinə çevrilib. Əsas fəaliyyət növü nəşr və çap işləri olan "Şərq-Qərb" ASC-nin tərkibində Nəşriyyat Departamenti və mətbəə fəaliyyət göstərir.2018-ci ildə mətbəə 18 milyon manat gəlir əldə edib. Bunun 4 milyon 274 min manatı banka olan faiz borclarının ödənilməsinə sərf olunub. 2019-cu ilin əvvəlinə "Şərq-Qərb" ASC-nin banka olan borcu 14,3 milyon manat idi. Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı "Şərq-Qərb Mülk" MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına uzun illər icazə verilməyib.
"Şərq-Qərb" ASC-nin idarəçiliyinə "Şərq-Qərb Nəşriyyat Evi" MMC, "Qlobal East VVest" MMC də var. "Şərq-Qərb" səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olub. Ramiz Mehdiyevin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 26 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
12:41 195 Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ
İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd
12:02 147 Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
12:18 136 "Qalatasaray" - "Fənərbağça" derbisini idarə edəcək hakim bəlli oldu
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin hakim təyinatı açıqlanıb. xəbər verir ki, Türkiyə Futbol Federasiyasının yaydığı məlumata əsasən, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında keçiriləcək qarşılaşmanın idarə olunması Atilla Karaoğlana həval
22.10.2026 368 Bakıda skuter və velosiped oğruları TUTULDU
Paytaxtın Yasamal və Nəsimi rayonlarında motosikletlərin qaçırılması, skuter və velosiped oğurluqları ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətindən -a verilən xəbərə görə, həyata keçirilən tədbirlərlə Yasamal rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus motosikletləri qaçıran Y.Bağırov
22.10.2026 369 Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
22.10.2026 333 Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl
11:34 166 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 366 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
13:24 5