Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProYeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur.

Görünüş - eleqant

HONOR Magic6 Pro iki rəngdə mövcuddur - qara və yaşıl. İkincisi eko dəri ilə örtülmüşdür. Qara rəngdə telefon daha eleqant görünür, mat şüşə isə çirklənməyə daha az həssasdır.

Displeydə barmaq izi skaneri quraşdırılıb, yüksək səsli stereo dinamiklər, avadanlıqları idarə etmək üçün infraqırmızı port və iki fiziki SİM üçün dəstək mövcuddur (əlavə olaraq eSIM də var). Magic6 Pro IP68 standartına uyğun qorunduğu üçün suya davamlıdır. Metal çərçivə möhkəmdir və displey son dərəcə güclü HONOR NanoCrystal Shield şüşəsi ilə qorunur.

1 ilə 120 Hz arasında dəyişən yeniləmə dərəcəsi və inanılmaz dərəcədə yüksək parlaqlığa malikdir. Həmçinin göz mühafizə texnologiyaları da mövcuddur. Həssas gözləri olanlar, titrəmə olmadığı üçün rahat hiss edəcəklər. Bundan əlavə, istehsalçı yalnız vaxt və tarixi deyil, "Always On Display displey" rejimini də tətbiq etmişdir.

Güc - maksimum

HONOR Magic6 Pro-da güclü qrafika və süni intellekt mühərrikinin köməyilə yüksək səviyyəli Snapdragon 8 Gen 3 prosessorunu quraşdırıb. Bu sadəcə oyunlar üçün deyil, smartfonun qabaqcıl foto və video imkanları üçün vacibdir. Bundan əlavə smartfona12 GB sürətli RAM və 512 GB daxili yaddaş əlavə edilib.

HONOR Magic6 Pro ikinci nəsil silikon-karbon batareyası ilə təchiz edilib ki, bu da batareyanın özünün kiçik ölçüsü ilə 5600 mAh tutum əldə etməyə imkan verir. Uzun müddətli istifadə baxımından, şarj etmədən üç gün işlədə bilərsiniz. Ancaq çox çəkiliş etsəniz, onu daha sürətli doldurmalı olacaqsınız.

Kamera — yüksək standartlı

HONOR Magic 6 Pro nüfuzlu DxOMark mənbəsinə görə dünyada 2024-cü ildə 5 qızıl mükafat əldə edən ən yaxşı kameralı smartfon oldu.

HONOR Magic6 Pro üç əsas kameradan ibarət bloka malikdir. İlk olaraq, 1/1,49 düymlük sensor ölçüsü, 2,5x optik zum və f/2,6 diaframa malik 180 MP telefoto kameradır. İkincisi, 122 dərəcə bucaq və 2,5 santimetr məsafədə super makro çəkim imkanı olan 50 meqapiksellik ultra geniş kameradır. Üçüncüsü, f/1.4—f/2.0 dəyişən diyafram və 1/1.3 düymlük HDR sensoru olan 50 MP-lik geniş bucaqlı kamera ilə təchiz olunub. Geniş bucaqlı kamera alqoritmləri müxtəlif ssenarilərdə matrisə daxil olan işığın miqdarını ağıllı şəkildə tənzimləyir, bundan əlavə həmçinin avtomatlaşdırmaya etibar edə bilərsiniz, beləki, çekim sürəti və diyaframı da daxil olmaqla optimal çəkiliş parametrlərini seçəcəkdir.

Avtomatlaşdırmanın üstünlükləri bəzi sürətli hadisələrdə millisaniyəlik anları çəkərkən diqqət cəlb edir. Məsələn, bu, idman yarışı, rəqs və ya yarış ola bilər.

Keyfiyyət itkisi olmadan 2,5x optik böyütməni də qeyd edə bilərik. Hibrid 5x böyütmə də əla iş görür - burada aparat komponenti süni intellekt tərəfindən fəal şəkildə dəstəklənir.

Qiymət və Satış haqqında məlumat

Azərbaycanda smartfon iki rəngdə təqdim olunur - şüşə dizaynlı gecə yarısı qara və eko-dəri arxa qapağa malik adaçayı yaşılı. Yalnız bir yaddaş seçimi var - 12/512 GB.

HONOR Magic6 Pro satışa aprelin 26-dən çıxacaq və alış zamanı HONOR Watch 4 ağıllı saatı və HONOR-dan smartfon keysi HƏDİYYƏ veriləcək. Smartfonu İrşad, Baku Electronics, Kontakt Home, Elit Optimal, Soliton, Umico və Music Gallery mağazalarından 2499,99 AZN-ə əldə etmək mümkün olacaq.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProDünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProDünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProDünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 ProDünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 702   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar

Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında

22.10.2026 430
.

Ərdoğanın Əliyevə zəngi Türkiyə-Azərbaycan münasibətlərindəki sualları aradan qaldırırmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Əvvəlcə qeyd edim ki, Bakıda belə bir zəng gözlənilirdi. Çünki Azərbaycanın məktəblərdə vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarına Türkiyədən gözləniləndən daha sərt reaksiya verilməsi, AKP-yə bağl

11:34 166
.

Avropadan Putinə iki təklif

"Financial Times" (FT) qəzetinin köşə yazarı Gideon Raxmanın sözlərinə görə, Avropada Ukraynadakı münaqişəyə son qoymaq məqsədilə Rusiya Prezidenti Vladimir Putinə təklif edilə biləcək iki variant ətrafında müzakirələr aparılır. xəbər verir ki, Raxmanın fikrincə, birinci variant mövcud cəbh

10:44 178
.

Tramp qiymətləri saxlaya bilmədi: "Qara qızıl" kəskin bahalaşdı

Husilərin Səudiyyə Ərəbistanına yeni hücumlarından sonra cümə axşamı neftin qiyməti barrel üçün 3 dollardan çox artıb. "Reuters"ə istinadla xəbər verir ki, bu, münaqişənin daha geniş şəkildə şiddətlənməsi və dünyanın əsas ixrac bölgəsindən neft tədarükünün daha da pozulması ilə bağlı qorxular

22.10.2026 362
.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

12:41 195
.

Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır

Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri

22.10.2026 366
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib

10:40 166
.

10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql

12:08 178
.

Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA

İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə

22.10.2026 333
.