Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldıXəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişdə onun ünvanına böhtan və təhqirlər səsləndirib.

O bildirib ki, bir neçə ildir Radifənin ailəsi ilə aralarında mülk üstündə narazılıq yaranıb. Buna görə R.Əliyeva bir neçə dəfə müxtəlif instansiyalara və mediaya müraciət edib. Son olaraq isə o, "Space" TV-də verilişə çıxaraq barəsində "çəkir, içir, butulkaları qonşunun həyətinə atır, 2017-ci ildə gecə vaxtı onların evinə 4-5 nəfərlə hücum edib qoca anasına ağır bədən xəsarətləri yetirmişəm", "cinayət törətmiş şəxs, ailəliklə türmədə yatmış şəxs, terrorist" və sair fikirlər səsləndirib.

O, Radifə Əliyevanın Cinayət Məcəlləsinin 147.2 və 148-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma və təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Radifə Əliyeva isə Sabitin onun atasına məxsus olan mülkü zorakılıq yolu ilə ələ keçirdiyini, anasına xəsarətlər yetirdiyini, sənədlərin saxtalaşdırılması yolu ilə torpaq sahəsini özününküləşdirdiyini deyib.

Məhkəmə R.Əliyevaya 147.2-ci maddə üzrə bəraət versə də, onu 148-ci, yəni təhqirə görə təqsirli bilib. Xəzərə Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 3 ay azadlığın məhdudlaşdırılması və 1000 manat cərimə cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2015   Tarix: 22 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Daha bir övladı Pittin soyadını istəmir

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"

25.07.2026 252
.

Aysel Teymurzadənin yeni görüntüsü AĞILLARI BAŞDAN ALDI - FOTO

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin (Teymurzadə) sosial mediada paylaşımı ilə maraq doğurub. xəbər verir ki, ifaçı yeni görüntülərini instaqram hesabında paylaşıb. Aysel dərin yarıqlı ağ libasda göz oxşayıb. Zərifliyi və gözəlliyi ilə diqqət çəkən sənətçinin paylaşımın

26.07.2026 606
.

Rəşad İlyasov Xızı dağlarında - Fotolar

Əməkdar artist Rəşad İlyasov qanun ilə Xızı dağlarına yollanıb. Axşam.az xəbər verir ki, müğənni Xızı dağlarında çəkilən fotolarını izləyiciləri ilə bölüşüb. R.İlyasov "Tapa bilərsiniz, şəkillər hansı mahnını "oxuyur" deyə izləyicilərinə sual ünvanlayıb

22.07.2026 665
.

Xoşqədəm arıqlayıb "bir dəri bir sümük" qaldı - FOTOLAR

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, o, sosial şəbəkədə yeni fotolarını izləyiciləri ilə bölüşüb. Fotolarda aparıcının xeyli çəki atması diqqətdən qaçmayıb. Onun yeni fit görünüşü marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

25.07.2026 503
.

Uma Turmanın filmdəki geyimi hərraca çıxarıldı - Foto

Aktrisa Uma Turmanın Kventin Tarantinonun "Kriminal qiraət" ("Pulp Fiction") filmində geyindiyi ağ köynək və qara şalvar hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb. Bildirilib ki, hərrac avqustun 26-da Los-Ancelesdəki Petersen Avtomobil Muzeyind

01.08.2026 166
.

Ayrılmaları ilə bağlı suala etiraz etdi

Türkiyəli aktyor Kubilay Aka sevgilisi Hafsanur Sancaktutan ilə ayrılması barədə yayılan iddialara münasibət bildirib. Axşam.az xəbər verir ki, aktyor münasibətlərinin davam etdiyini açıqlayıb. "Əlaqəmiz davam edir, heç bir problem yoxdur. Münasibətlər sosial mediada yaşanmır", - deyə Kubila

19.07.2026 362
.

"Batumidə xəstəxanaya düşdük, üç gün qaldıq..." - Oksana başına gələnləri danışdı

Rəqqasə Oksana Rəsulova Batumidə xoşagəlməz hadisələrlə üzləşib. "Qafqazinfo" xəbər verir ki, bu barədə rəqqasə sosial şəbəkə hesabında paylaşım edib. O ailəsi ilə birgə keçirdiyi 6 günlük Batumi tətilində qaldıqları hoteldən şikayətlənib: "Əgər Batumiyə getməyi planlaşdırırsınızsa, xüsusil

24.07.2026 543
.

Çak Rassel 74 yaşında vəfat etdi

ABŞ-li rejissor, ssenarist və prodüser Çak Rassel 74 yaşında vəfat edib. xəbər verir ki, bu barədə mərhumun qohumları TMZ nəşrinə bildiriblər. Kinematoqrafçının ölüm səbəbi hələlik məlum deyil. Qeyd edək ki, rejissor 1952-ci il mayın 9-da ABŞ-nin İllinoys ştatında anadan olub. Rassel rejissorluq karyerasın

25.07.2026 250
.

Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini İLK DƏFƏ AÇIQLADI

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı və həmkarı Murad İsmayılla ayrılığı barədə ilk dəfə ətraflı açıqlama verib. xəbər verir ki, aktrisa bu barədə Nail Naiboğlunun "YouTube" kanalında yayımlanan müsahibəsində danışıb. Ülviyyə Xəlilbəyli bildirib ki, nişanlı olduqları dövrdə münasibətlərini

25.07.2026 658
.

TOP MP3