Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir.
Bunu "Report"un Qərb bürosuna 30 il erməni işğalından sonra Azərbaycana qaytarılan Bağanis Ayrım kəndinin 85 yaşlı sakini Zərbəli Xasayev deyib.
Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan keçmiş neftçi ötən gündən sevinc içərisindədir, o kəndlərin geri qaytarılmasını illərlə arzulayıb.
"Ermənilərin kəndimizdə törətdiyi böyük faciədən sonra məcbur olub, 1990-cı il martın 24-də evimizdən çıxdıq. Əvvəllər bizimlə mehriban idilər, sonradan isə düşmən kəsildilər, böyük vəhşiliklər törədib, torpaqlarımızı işğal etdilər. Evlərimizi yandırdılar, əli silahsız insanları qətlə yetirdilər", - Z.Xasayev xatırlayır.
Kənd sakini hazırda orada yaşamaq üçün qayıtmağını gözləyir:
"Qazaxbəylidə bizim üçün hər bir şərait yaradılsa da, həmişə öz kəndimizdə yaşamaq istəmişəm. Cənab Prezidentimizə və Ordumuza təşəkkür edirəm. Səfalı, gözəl bulaqlı kəndimizə qayıtmaq arzusundayam. Həmişə deyirdim ki, mən kəndimizə qayıtmadan ölməyəcəyəm. Ömrümün sonuna qədər doğma kəndimdə yaşayacağam".
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 643 Tarix: 20 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
12:41 307 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
16:41 89 Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y
22.10.2026 476 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
14:27 198 Sabah hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal
14:09 166 Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB
2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını
15:02 165 "WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22.10.2026 496 Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
12:38 203 Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü
Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd
10:21 226