Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"
Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 2000-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfindən yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər.
Hadisənin təfərrüatlarını öyrənmək üçün Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə əlaqə saxladıq.
"JEK"dən Bizim.Media-ya bildirilib ki, valideynlərini qətlə yetirən Fikrət Məmmədov narkotik istifadəçisi olub:
"Oğlan bir həftə bundan əvvəl xuliqanlığa görə saxlanılıb, sonra azadlığa buraxılıb. Çıxan kimi bu hadisəni törədib. Oğlanın bir bacısı var, ailəlidir. Bunlar elə üç nəfər yaşayırdı. Ata Hakim Məmmədov işləmirdi, təqaüdçü olub. Ana Zərifə Məmmədova isə evdar qadın idi".
İdarədən verilən məlumata görə, ərlə-arvad əvvəllər Sumqayıtdakı Səthi Aktiv Maddələr zavodunda çalışıblar:
"Bu yataqxanadakı mənzil də ailəyə həmin zavoddan verilmişdi. Fikrət ata-anası ilə heç yola getmirdi, həmişə mübahisələri düşürdü. Bu yaxınlarda atasının başını daşla vurub yarıbmış".
Qeyd edək ki, Baş prokurorluq tərəfindən məsələ ilə bağlı araşdırma başlayıb. Araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Fikrət Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1377 Tarix: 19 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
17:24 0 Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
15:08 163 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
12:08 297 Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Bu barədə "Qafqazinfo"ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, bu gün gecə saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcil
11:13 244 Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
15:13 168 Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib
10:40 197 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
16:54 81 Tənhalıq sağlam həyata ayrılan illəri azalda bilər - ARAŞDIRMA
Tənhalıq yalnız insanın özünü tək hiss etməsi deyil, həm də onun psixoloji vəziyyətinə və həyat keyfiyyətinə təsir göstərə bilən amildir. Sosial əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə insanın emosional rifahı üçün risk yarada bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tənhalıq v
15:28 146 Yer kürəsində temperatur kritik həddə yaxınlaşır: Tədbir görmək üçün vaxt azalır
Qlobal istiləşmənin nəticələri artıq dağıdıcı xarakter alıb. Qaynarinfo xəbər verir ki, "Tagesschau" nəşrinin məlumatına görə, dünya, demək olar ki, şübhəsiz, razılaşdırılmış 1,5C həddini aşacaq. Bununla belə, Birləşmiş Millətlər Təşkilatı (BMT) iqlim dəyişikliyi ilə mübarizədə müəyyən irəliləyişləri
22.10.2026 393