"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksinə ziyarət təşkil olunub.
AzerVoice xəbər verir ki, ziyarətdə iştirak edən təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri, Qayıdış Könüllüləri və üzv gənclər əvvəlcə kompleksin ərazisində ucaldılan abidənin önünə gül dəstələri düzərək soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra gənclərə kompleksin mütəxəssisləri tərəfindən ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, soyqırım zamanı Quba rayonu talanlara və yanğınlara məruz qalıb, əhalisi kütləvi şəkildə və amansızcasına qətlə yetirilib. Quba kütləvi məzarlığı 2007 ci ilin aprelində Qubada aparılan tikinti işləri zamanı təsadüfən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının tədqiqatı nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımla bağlı olduğu təsdiqlənib. İlkin məlumatlara görə, qəzada 122 kəndin talanlara və dağıntılara məruz qalması qeyd olunsa da, daha dəqiq aparılmış təhqiqatlar nəticəsində bu kəndlərin sayı 167 olduğu sübut olunmuşdur. Quba şəhəri və ətraf kəndlərində-38, Qusarda-27, Xaçmazda-65, Şabranda-21, Siyəzəndə-16 yaşayış məntəqəsi dağıdılmışdır. Qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Məzarlıqdan tapılan qalıqlar da məhz həmin dövrün qurbanlarına aiddir.
Gənclər daha sonra kompleksdə yerləşən muzey ilə tanış olublar. Muzeyin giriş hissəsiində yerləşən ekspozisiya "Dinc Quba" adlanır. Bu hissədə XX əsrin əvvələrində Quba qəzasının sakinlərinin və şəhərin görüntüləri verilib. Fotoşəkillər Quba qəzasının əhalisinin – dövlət qulluqçuları, din xadimləri, məktəb uşaqları, qadınlar və digər şəhər və kənd sakinlərinin iş başında, məişətdə, ailədə və istirahət zamanı çəkilib.
Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırıldığı, dənizə, quyulara atılmış və dəfn edilmədikləri üçün faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində qara mərmər daş ucaldılmışdır.
Zalın daha sonraki hissələrində Fövqəladə Təhqiqat Komissiyasının üzvlərının fotoşəkilləri və sənədlər nümayiş olunub. 1918-ci ildə soyqırımlar törədilən bölgələrin xüsusi qırmızı nişanlarla işarələnmiş Azərbaycanın 1918-1920-ci ilə qədərki xəritəsinin təsviri, daha sonra Azərbaycan tarixi haqqında qısa məlumat olan 4 dildə lövhələr yerləşdirilmişdir. Muzey qaleriyasının bütöv bir divarını Quba qəzasına həsr edilmiş 4 bölmədən ibarət ekspozisiyalar təşkil edir.
Xatırladaq ki, həyata keçirilən ziyarətin əsas məqsədi günahsız və dinc azərbaycanlılara qarşı faciəvi şəkildə törədilən soyqırımın yaddaşlarda yaşaması, xüsusi ilə gənc nəsillər tərəfindən unudulmamasıdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 676 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları
23.10.2026 258 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
23.10.2026 391 Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23.10.2026 344 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
23.10.2026 233 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
23.10.2026 391 İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM
Argentinalı ulduz futbolçu Lionel Messi həyat yoldaşı Antonela Rokutso ilə birlikdə İspaniyaya səfər edib. xarici mediaya istinadən xəbər verir ki, cütlük Asturiya Şahzadəsi mükafatlarının təqdimetmə mərasimində iştirak etmək üçün oktyabrın 22-də Oviedo şəhərinə gəlib. Messi və həyat yoldaşı şəhəri
23.10.2026 330 Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
23.10.2026 280 "Siz də, maşallah, çox yaxşı görünürsünüz"
"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib
23.10.2026 398 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 307