"Ermənistan hücuma hazırlaşır" - Hərbi ekspert

"Ermənistan hücuma hazırlaşır" - Hərbi ekspertErmənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub. Aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Hərbi ekspert Emin Həsənli BiG.AZ-a bildirib ki,Ermənistan müxtəlif istiqamətlərdə cəbhəyə ordu yığır və hücuma hazırlaşır. Ermənistan bölgədə sülh istəmir. Ermənistanın mövcudluğu müharibə üzərindədir:
"Ermənistan bir neçə sahədə yenə götürdüyü öhdəlikləri yerinə yetirmir. 2020-ci ilin 44 günlük müharibəsindən sonra düşünürdük ki, Ermənistan öhdəlikləri yerinə yetirəcək .Tam əksinə, Azərbaycan 10 noyabr bəyanatının şərtlərini özü yerinə yetirməyə məcbur oldu. Ermənistan ardınca Zəngəzur dəhlizini açmadı, mina xəritələrini vermədi. İndi də 8 kəndin qaytarılması, nəqliyyat yollarının açılmasını yerinə yetirmir və cəbhədə gərginlik yaradır. Təəssüf ki, müxtəlif istiqamətlərdə cəbhəyə ordu yığır və hücuma hazırlaşır. Ermənistan bölgədə sülh istəmir. Ermənistanın mövcudluğu müharibə üzərindədir. Onlar hələ də Türkiyə və Azərbaycana nifrət edirlər. Ermənistan odla oynayır. Bu dəfə öhdəlikləri yerinə yetirsə, Türkiyə və Azərbaycandan üzr istəsə,konstitusiyasını dəyişib Azərbaycana ərazi iddialarından əl çəksə, Ağrı dağını öz gerbindən çıxarsa, normal münasibət qursa, Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəsə, Azərbaycana təzminat ödəməyə hazır olduğunu bildirsə, Ermənistan bölgədə yaşaya bilər. Belə davam etsə, biz sonsuza qədər qeyri-müəyyən şəraitdə yaşaya bilmərik. Ermənistan məcbur ediləcək ki, öhdəlikləri yerinə yetirsin".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1049   Tarix: 02 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMA

Vərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə yaradan hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxs sağlığında vəsiyyətnamə tərtib etməyibsə, mirasın kimlər arasında və hansı qaydada bölünəcəyi ilə bağlı suallar yaranır. Bir neçə övladı olan şəxsin əmlakı bu halda necə bölüşdürülür

22.07.2026 267
.

Bakcell "Asan Könüllüləri"nin 2-ci yay festivalının tərəfdaşı olub

Bakcell "ASAN Könüllüləri" Gənclər Təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yay festivalının tərəfdaşı qismində iştirak edib. Festival ölkənin müxtəlif regionlarından 200-dən çox gənci bir araya gətirərək onların yeni bilik və təcrübələr qazanması, qarşılıqlı əlaqələrinin genişlənməs

22.07.2026 216
.

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər

22.07.2026 115
.

Cennifer Lopez ad günü vannada qeyd etdi

56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama

22.07.2026 272
.

Temperatur 41 dərəcəyədək yüksələcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında iyulun 25-26-da havanın maksimal temperaturunun 35-38, bəzi ərazilərdə isə 40 dərəcəyə yaxın isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın bəzi rayonlarında da iyulun 25-29-da havanın maksimal temperaturunu

22.07.2026 312
.

Lavrov sabah Rubio ilə görüşəcək - Ukrayna məsələsi müzakirə olunacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Filippinin paytaxtı Manilada ABŞ dövlət katibi Marko Rubio ilə görüş keçirəcəyini açıqlayıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Lavrov bildirib ki, görüş zamanı ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin nizamlanması ilə bağl

22.07.2026 167
.

Epşteynin əlaltısı ölü tapıldı

Amerikalı maliyyəçi Ceffri Epşteynin əlaltısı Daniel Siad Fransada ölü tapılıb. "Yeni Sabah" BFMTV-yə istinadla xəbər verir ki, onun cəsədi evində aşkarlanıb. Siad Epşteynə qadınları cinsi istismar üçün cəlb etməkdə şübhəli bilinən keçmiş model agenti və fotoqrafdır. Hüquq-mühafizə orqanlar

22.07.2026 209
.

ABŞ-Səudiyyə Ərəbistanı nüvə sazişi: Yaxın Şərqdə nələr dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və Səudiyyə Ərəbistanı arasında mülki nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdə tutan yeni saziş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Məlumata görə, razılaşma Səudiyyə Ərəbistanına ABŞ şirkətlərinin dəstəyi ilə nüvə energetikası proqramını inkişaf etdirmək imkanı yaradır. Bununl

22.07.2026 220
.

EASA aviaşirkətlərə İordaniya üzərindən uçmamağı tövsiyə etdi

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) regionda artan hərbi risklər fonunda aviaşirkətlərə İordaniyanın hava məkanından istifadə etməmək barədə xəbərdarlıq edib. Agentliyin açıqlamasında bildirilir ki, 2026-cı ilin iyul ayının ortalarından etibarən təhlükəsizlik vəziyyəti sürətl

22.07.2026 215
.

TOP MP3