Türkiyəli hərbi ekspert: Ermənistanın son addımları bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq
Ermənistanın son addımları bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq.
Bu sözləri "Report"a açıqlamasında Türkiyəli hərbi ekspert Yücel Karauz deyib.
Hərbi ekspert bildirib ki, Ermənistanın son hərəkətləri dostyana deyil: "Bir neçə ay əvvəl Ermənistan Azərbaycana toqquşma olmaması üçün ordunun bəlli bir məsafəyə geri çəkilməsi barədə təklif vermişdi. Bu ölkə sərhəd ərazilərə ordu yığmamışdan əvvəl üzünü qərbə tutaraq guya, Azərbaycanın onlara hücum edəcəyini əsas gətirmişdi. Daha sonra qərb missiyası sərhəd ərazilərə dəvət edildi. Fikrimcə, Ermənistan Qərblə razılaşaraq bölgədə toqquşma yaratmaq istəyir, həm Rusiyadan canını qurtarmaq, həm də Qərb qüvvələrini ölkəsinə gətirmək istəyir".
Y.Karauzun sözlərinə görə, Ermənistan Rusiya ilə müttəfiqliyi dayandırmağa çalışır:
"Onlara bu məqsədə çatmaq üçün başda Fransa olmaqla, Hindistan, zamanla bu tələyə düşən İran silahlanmaqla kömək edir. Bunun nəticəsində Ermənistan uzun illər öz ordusunu bərpa edə bilməyəcəyi üçün Qərbin Qafqazda missiyasını yerinə yetirən bir quruma çeviriləcək.
Ekspert vurğulayıb ki, Qərbin Ermənistana müdaxiləsinə Rusiya səssiz qalmayacaq. Bununla yanaşı, Bakı və Ankara arasında imzalanan Şuşa bəyannaməsi Azərbaycana qarşı olan hər hansı bir təxribata Türkiyənin də səssiz qalmayacağına əsas verir.
"Bölgə çox sürətlə toqquşma meydanına çevrilməyə doğru gedir. Azərbaycan Ermənistanın istənilən təxribatına həm İkinci Qarabağ müharibəsindəki kimi, həm də antiterror tədbirləri kimi cavab verəcək. Lakin, bu toqquşma sadəcə iki ölkə arasında olmayacaq", - Y.Karauz əlavə edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi son zamanlar şərti sərhədin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkətinin müşahidə olunması barədə məlumat yayıb.
Məlumata görə, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
"Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir", - Müdafiə Nazirliyinin məlumatında deyilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 880 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 280 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
23.10.2026 279 Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
23.10.2026 375 Coni nadir xəstəlikdən əziyyət çəkir?
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) nadir genetik xəstəlik olan ailəvi Aralıq dənizi qızdırmasından (FMF) əziyyət çəkdiyi iddia olunur. Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, 30 yaşlı ifaç
23.10.2026 227 Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir
Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı
23.10.2026 266 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
23.10.2026 218 Rəqəmsallaşan Azərbaycanda internet keyfiyyəti niyə narazılıq doğurur?
Azərbaycanda rəqəmsallaşma sürətlə genişlənsə də, internetin keyfiyyəti və sürəti ilə bağlı istifadəçi narazılıqları hələ də aktualdır. Xüsusilə ev interneti və mobil şəbəkələrdə rast gəlinən texniki problemlər insanların gündəlik həyatına, iş fəaliyyətinə və rəqəmsal xidmətlərdən istifadəsinə birbaş
23.10.2026 261 "7 ay eşq acısı çəkdim, 60 kiloqram oldum"
Xalq artisti Röya Ayxan eşqlə bağlı açıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, ötən gün məkanlardan birində çıxış edən müğənni şəxsi həyatı ilə bağlı etiraflar edib:. "Kökəlirəmsə, deməli, depressiyadayam. Qadın eşqlə gözəldir. Yoxsa adam səhər yuxudan durmaq istəmir. 7 ay əvvəl eş
23.10.2026 318