ETSN: İlin bu dövründə dolu və qar xarakterik atmosfer hadisəsidir
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, martın 30-da ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə yağıntılar qısamüddətli leysan xarakteri daşıyıb.
Xidmətin rəisi Nazim Mahmudov "Report"a bildirib ki, bəzi bölgələrə yaz fəsli üçün xarakterik olan dolu düşüb.
"Gəncə şəhərinə axşam saatlarında qısamüddətli leysan xarakterli yağışla bərabər diametri 8-10 mm, Daşkəsən rayonuna isə 13 mm dolu yağması müşahidə olunub. Dağlıq ərazilərə isə qar yağıb. Şahdağda 47 sm, Qrızda 5, Xınalıqda isə 3 sm hündürlüyündə qar yağması qeydə alınıb", - o qeyd edib.
Xidmət rəsmisi çoxillik müşahidə məlumatları əsasında qeyd edib ki, mart ayında isti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində qısa zaman ərzində temperatur və təzyiq fərqləri yaranır, bəzi günlərdə hava şəraiti qeyri-sabit, yağıntılı olur ki, bu da ilin keçid dövrlərində qar, dolu ilə müşahidə edilən atmosfer hadisəsidir.
N.Mahmudov martın 31-i və aprelin 1-ə gözlənilən hava məlumatlarını da diqqətə çatdırıb: "Əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilsə də, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bakıda və Abşeron yarımadasında da hava şəraitinin mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 603 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞirkətlər "Expressbank"dan pullarını geri çəkdi
Bu ilin ikinci rübündə hüquqi şəxslərin "Expressbank" ASC-dəki depozitlərinin həcmi 43 milyon 24 min manat təşkil edib. bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir. Sənədə əsasən, bu, ötən ilin sonun ilə müqayisədə 16,8% azdır. Qeyd edək ki, ötən ilin sonunda bu göstərici 51,68
22.07.2026 302 Cennifer Lopez ad günü vannada qeyd etdi
56 yaşlı dünya ulduzu Cennifer Lopez bacısı Linda Lopezin ad gününü qeyd etmək üçün Avropa səyahətinə yollanıb. xarici mətbuata istinadən xəbər verir ki, məşhur müğənni və aktrisanın sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin böyük marağına səbəb olub. Paylaşılan kadrlarda Cennifer Lopezin hama
22.07.2026 408 Rubio: İranın Hörmüz boğazı ilə bağlı addımları təhlükəli presedent yarada bilər
ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarət etmək və gəmilərdən keçid haqqı tələb etməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu bildirib. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, o, beynəlxalq mediaya açıqlamasında deyib ki, hər hansı ölkənin strateji dəniz marşrutuna nəzarə
22.07.2026 229 And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər
22.07.2026 264 Azərbaycanlı model məhkəməni uddu
Model Səmra Hüseynova Türkiyədəki məhkəmə prosesində qalib gəlib. "Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb. O, Türkiyədə elektronika mağazalarından birinin əməkdaşı ilə dalaşmış və təhqir edildiyini bildirmişdi
22.07.2026 425 İran və Ukrayna münaqişələri qızışdığı bir vaxtda Rubio rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
ABŞ dövlət katibi Marko Rubio cümə axşamı səhər Manilada keçirilən ASEAN sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, heç biri jurnalistlərin Rusiyanın ABŞ qoşunlarını hədəf almağa kömək etməklə İranı dəstəkləyib-dəstəkləmədiyi və y
10:48 79 Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Yunanıstanda davam edən isti hava dalğası səbəbindən açıq havada görülən işlərə məhdudiyyət qoyulub. xarici mətbuata istinadən xəbər verir ki, Əmək və Sosial Təminat Nazirliyinin açıqlamasına görə, ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Afinanın yerləşdiyi Attiki ərazisində saat 13:00-da
22.07.2026 251 Hindistanda tuneldə faciə: Ölənlərin sayı 20-yə yüksəldi
Hindistanın şimal-şərqində inşa olunan tuneldə metan qazının sızması nəticəsində baş verən güclü partlayışın qurbanlarının sayı artıb. BİG.AZ DW-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyi təsdiqlənib. Daha 5 nəfərin isə tuneldə köməksiz vəziyyətdə qaldığı bildirilir
22.07.2026 214 İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" Qanuna edilən dəyişiklikdə öz əksini tapıb. Qanuna əsasən, "Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçü
22.07.2026 388