Bayram günlərində bunlara diqqət edin
Novruz süfrəsində qənnadı məhsulları üstünlük təşkil edir. Lakin onların normadan artıq qəbulu bəzən fəsadlarla nəticələnir. Təsadüfi deyil ki, bayram günlərində yüksək təzyiq, mədə-bağırsaq pozulması, qastrit kimi şikayətlər çoxalır. Buna səbəb isə yağlı yeməklərdən sonra həddindən çox şirniyyatın qəbul edilməsidir. Xroniki ürək-damar çatışmazlığı, şəkərli diabet, arterial hipertenziya və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən insanlar şəkərbura, badambura, qoğal, paxlava və digər kalorisi olan şirniyyatları qəbul edəndə onlar üçün daha da təhlükəli olur.
BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyevin dediyinə görə, oruc tutanların bayram şirniyyatından daha az istifadə etməsi məsləhətdir: "14-15 saat ac qalandan sonra iftar zamanı qida qəbul edib üstündən yüksək kilokalorili şirniyyatlar yemək orqanizm üçün çox ciddi fəsadlar yaradır. Hətta mədə-bağırsaq traktını o qədər yükləyir ki, qaraciyər və böyrək filtrasiyası çox zədələnir və nəticədə toksik maddələr orqanizmdən çıxmır, kilo vermək əvəzinə kilo almağa səbəb olur. Mədə-bağırsaqda günlərlə diskomforta, yoğun bağırsaq xəstəliklərinə qədər aparıb çıxarır".
Qida mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, şəkərli diabet, yüksək təzyiq və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər axşam saatlarında təkcə şirniyyat deyil, ümumiyyətlə, qida qəbul etməməlidirlər: "Novruz şirniyyatlarını yeməklə birlikdə qəbul etmək mədə-bağırsaqda bir çox problemlərə səbəb olur və həmin problemlər bayramdan sonrakı günlərdə də davam edir. Yaxşı olar ki, şirniyyatlar günün birinci yarısında qəbul edilsin və onların hamısı eyni vaxtda yeyilməsin. Günün birinci yarısında qəbul edilən unlu məmulatlar və şirniyyatlar enerjiyə çevrildiyi halda axşam qəbul ediləndə artıq çəki və piylənmə ilə nəticələnir".
Mütəxəssis qeyd edib ki, gün ərzində orqanizmin şəkər qəbulu norması qadınlarda 20-25, kişilərdə 35 qramdır. Şirniyyat və unlu məmulatların acqarına, yəni yemək əvəzinə qəbul edilməsi də tövsiyə olunmur. Belə halda qanda şəkərin miqdarı qalxa və ya düşə bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 689 Tarix: 20 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİranın Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə hücumları Rusiyanın mümkün rolu ilə bağlı suallar doğurur
ABŞ kəşfiyyatı ilə tanış olan dörd mənbə bildirib ki, İranın Körfəzdəki Mərkəzi Kəşfiyyat İdarəsinin obyektlərinə dron hücumları ABŞ kəşfiyyat analitiklərini Rusiyanın hədəf məlumatı və ya qabaqcıl dron texnologiyası ilə təmin edib-etmədiyini araşdırmağa sövq edib. BİG.AZ Reuters-ə istinadən xəbər veri
11:09 379 İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirib
İsrail ordusu Livanın cənubunda Hizbullah terror təşkilatına məxsus olduğu bildirilən hədəflərə hava zərbələri endirib. İsrail tərəfi bildirib ki, əməliyyat zamanı Hizbullah terror təşkilatının hərbi infrastrukturu və silahlı qrup üzvləri hədəfə alınıb. Zərbələrin qruplaşmanın fəaliyyətinin qarşısın
15:47 159 Nigar Kərbəla ziyarətində
Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə
14:40 266 Tailandda silahlı hücum: 5 təhlükəsizlik əməkdaşı öldürüldü
Tailandın cənubunda yerləşən Narathivat əyalətində silahlı şəxslərin hücumu nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub, 6 mülki şəxs yaralanıb. Məlumata görə, axşam saatlarında təxminən 10 nəfərdən ibarət silahlı qrup yol kənarında yerləşən nəzarət-buraxılış məntəqəsinə hücu
15:07 154 Köhnə binaların söküntüsü mənzil qiymətlərini daha da bahalaşdıracaq? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Bakının müxtəlif ərazilərində köhnə yaşayış binalarının söküntüsü davam edir. Bu proses şəhərin yenilənməsi və qəzalı tikililərin əvəzlənməsi baxımından əhəmiyyətli hesab olunsa da, daşınmaz əmlak bazarına mümkün təsirləri də müzakirə olunur. Xüsusilə söküntü aparılan ərazilərdə mənzilə tələbatın artmasını
12:21 414 Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)
Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad
22.07.2026 449 Müəllimlərin yeni geyim qaydaları nə vəd edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Prezident İlham Əliyevin təsdiqlədiyi "Ümumi təhsil haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Yeniliklərə əsasən, artıq dövlət ümumi təhsil müəssisələrində yalnız şagirdlər deyil, müəllimlər də geyimlə bağlı müəyyən olunacaq tələblərə əməl etməlidirlər. Bununla yanaşı, valideynlərin d
16:13 178 Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bu andan etibarən İran İslam Respublikas
22.07.2026 482 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
15:17 163