Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladı

Aygün Bəylərin qızı ilə bağlı vəsiyyətini açıqladıMərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova onun vəsiyyəti barədə danışıb.

Axşam.az xəbər verir ki, Z.Hümbətova müğənni Lətifənin təqdimatında yayımlanan "MTV Maqazin" proqramına açıqlamasında bacısının qızı Cananı ona əmanət etdiyini bildirib. O qeyd edib ki, Aygün Bəylərin ən böyük arzusu övladının yaxşı təhsil alması olub:

"Aygünün son günlərində, Yeni il gecəsi mənə vəsiyyət etdi. Dedi ki, Cananı öz övladını, qızını böyütdüyün kimi böyüt. Sənə əmanət edirəm. Öz uşağını necə yaxşı məktəbdə oxutmaq, savadlı, ali təhsilli etmək istəyirsənsə, mənim də qızımı elə et. Cavab verdim ki, gözün arxada qalmasın.

İndi Cananın oxuduğu məktəb çox yaxşıdır. Aygünün də ruhu şaddır ki, qızı orada yüksək səviyyədə təhsil alır".

Z.Hümbətova Cananla görüşmədiyini də etiraf edib. O, bacılarının onu uşağa yanlış tanıtdıqlarını iddia edib:

"Uşağa məni yanlış tanıdıblar. Mən onunla dialoq qura bilmirəm. Onun üçün xala yox, başqa insanam. Deyiblər ki, xalan ananın mirasına qonub, mahnılarına sahib çıxıb, sağlığında anandan istifadə edib".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 95   Tarix: 24 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ayan Babakişiyeva psixoloji travmasından danışdı

Müğənni Ayan Babakişiyeva ev təmizliyi ilə bağlı həssaslığından danışıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb. O, evdə təmizliyə xüsusi önəm verdiyini və xüsusilə də mətbəxi başqa birinin təmizləməsinə icazə vermədiyini bildirib:. "Məndə ev təmizliy

10.10.2026 332
.

Aygün Kazımovanın 36 yaşlı qızı İlqarədən gündəmi ALT-ÜST EDƏCƏK GÖRÜNTÜLƏR

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, sosial mediada müğənninin yeni görüntüləri yayımlanıb. Onun dəyişimi diqqət çəkib. İlqarənin görünüşü çox bəyənilib. Həmin fotoları təqdim edirik:

11.10.2026 791
.

Aygün Kazımova evindən VİDEO PAYLAŞDI

Xalq artisti Aygün Kazımova evindən görüntü paylaşıb. xəbər verir ki, Pop kraliça itlərinin videosunu yayımlayıb. Görüntülərdə sənətçinin evində saxladığı 3 it də yer alıb. Kazımovanın yataq otağından yayımladığı videonu təqdim edirik

17.10.2026 739
.

Talıb Talenin ikinci qızı dünyaya gəlib

Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib

16.10.2026 638
.

4 ildən sonra bu seriala çəkiləcək

Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə

18.10.2026 529
.

"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"

Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun

14.10.2026 705
.

"Ən kəskin baltalar sapı özümüzdən olanlardır"

Aparıcı Vüsalə Əlizadə ikiüzlü insanlardan gileylənib. Axşam.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib:. "Üzümüzə gülüb, can deyənlər. Üzdə mələk, içi fəsad olanlar. Ən kəskin baltalar sapı özümüzdən olanlardır"

17.10.2026 405
.

Bayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"

Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad

17.10.2026 444
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11.10.2026 424
.