Bu yağlardan istifadə etməyin

Bu yağlardan istifadə etməyin"Yağların qurluşunu doymuş və doymamış formalarda ola bilən yağ turşuları meydana gətirir. Bitki mənşəli yağlar, doymamış yağ turşuları yönündən heyvan mənşəli yağlara görə daha zəngindir. Ancaq bu arada balıq yağının da bitki mənşəli yağlar kimi 80% səviyyəsində doymamış yağ turşularını ehtiva etdiyini də bildirək.
Yağların bədəndə parçalanması ilə həm enerji əldə edilir, həm də hormonlar kimi önəmli maddələrin əmələ gəlməsinə imkan təmin edilir. Həyati önəmə sahib linolein turşusu, infarktda laxtalanmada aktiv olan maddələrin əmələ gəlməsinə mane olur. Zeytun yağında olan bəzi doymamış yağ turşularındakı xolesterin səviyyəsini aşağı salarkən bəzi yağ turşuları də özəlliklə 14-16 karbon atomlu xolesterin səviyyəsini yüksəldə bilirlər".

Bu sözləri qida eksperti Asim Vəliyev BiG.AZ-a bildirib.

O qeyd edib ki, yağ sənayenin təhrif etdiyi qidaların başında gəlir:

"Yağlar qidalanmamızda önəmli yer tutur. Əsas xüsusiyyəti yediklərimizi daha doyurucu və daha ləzzətli edir. Yağlı digər bütün qida maddələrindən daha çox enerji ehtiyacının 25-30%-nin yağlardan alınması lazımdır. Sadəcə yüksək bir enerji qaynağı deyil, bir çox hormon, hormon bənzəri qurluşlar və hüceyrə zərlərinin qurluşunda mövcuddur. Məsələn erkəklik hormonu testosteron, qadınlıq hormonu estrogen, D vitamini, öd turşuları xolesterin olmadan sintezlənə bilmirlər. Bir çox önəmli vitamin (A, D, E, K) dietdə yağ olmadan bağırsaqdan sorula bilmir. Bu səbəblə yağların dietimizdən çıxardılması ya da məhdudlaşdırılması, orqanizm sistemlərinin funksiyalarına mənfi təsir edir. Uşaqlarda isə böyümə və inkişafı böyük ölçüdə pozur. Gündəlik kalorimizin 40%-ni təmin edən yağlar iki şəkildə orqanizmimizə daxil olur: Birincisi kərə yağı, marqarin, maye yağlar və s. görünən formalarda. İkincisi də pendir, sucuq, fındıq kimi müxtəlif qidaların tərkibində.
Yağ, sənayenin təhrif etdiyi qidaların başında gəlir. Yağlar, növ və qurluş olaraq bitki mənşəli və heyvan mənşəli olanlar, qatı və maye olanlar, doymuş və doymamış yağlar, rafinə edilmiş və rafinə edilməmiş yağlar kimi qruplara ayrılırlar. Dini baxımdan halal olanlar və halal olmayanlar, sağlam və sağlam olmayan olanlar şəklində bir ayrıma da gedilir. Biz yağları, heyvan mənşəli və bitki mənşəli yağlar başlıqları altında ələ alacağıq.

Heyvan mənşəli yağların təbii bir birləşməsi olan xolesterinin qanda yüksək səviyyədə olan arteriosklerozun əmələ gəlməsini asanlaşdırdığı bilinməkdədir. Qan serumundakı xolesterin səviyyəsinin artmasında çox çeşidli faktorlar məsuldur. Beyin, baş-ayaq, kərə yağı, iç yağı, yumurta sarısı kimi xolesterinlə zəngin qidaların çox yeyilməsi bu faktorlardan biridir. Zeytun yağı, soya yağı, günəbaxan yağı, qarğıdalı özü yağı və s. bitki mənşəli yağlar xolesterin daşımırlar.
Yağlar, zülal və karbohidratların iki qatı daha çox enerji verirlər. Bu səbəblə qidalarla qəbul edilən yağ miqdarı önəm daşıyır. Bu miqdarın gündəlik 65-80 qr olması tövsiyə edilir. Demək olar ki, inkişaf etmiş ölkələrdə bu miqdar iki qatına çıxmışdır. Bunda da ən önəmli faktor çox miqdarda yağ ehtiva edən qida maddələridir. Bunların başında gələnləri miqdarlarıyla saymaq lazımdırsa, mayonez 80%, fındıq-qoz 62%, donuz əti 37%, yumurta sarısı 32%, pendir 30-45%, şokolad 30%, dondurma 12%-dir. Açıq və ya gizli yağ, hər ikisi də çox çəkimizin ən başda gələn səbəbidir. Köklük, artıq dövrümüzdə insanların qorxulan bir xəstəliyi olmuşdur. Çox çəki məhsuldar çalışmamıza mane olduğu kimi, çox yağlı qidalanma ürək, qaraciyər, bağırsaq və damar başda olmaq üzərə bütün daxili orqanlarımıza mənfi təsir edir.
Kərə yağı heyvan mənşəli bir qida maddəsidir. Təbii kərə yağının tək xammadəsi süddür. Təbii kərə yağının tərkibində 82% səviyyəsində süd yağı, su, süd şəkəri, minerallar, xolesterin, suda həll olmuş vitaminlər, zülal, turşular və təbii aromalar vardır. 100 qr. kərə yağının qida dəyəri təxminən 740 kcaldir. Yağın yüngül sarı və ağ olmaq üzərə iki rəngdə olması ehtimalı vardır. Yağ əldə etmək üçün südü alınan heyvan yaşıl rəngli canlı qidalar yedikdə, yağın rəngi sarıya daha yaxın, qurumuş taxıl sapı və ya samanı ilə qidalandıqda isə yağın rəngi ağa daha yaxın olur. Ancaq, günümüzdə yaşıl otla bəslənən heyvan sayı nadir görüldüyündən, sarı rəngli kərə yağları, süni kimyəvi rəngləndiricilərlə saraldılır.
Günümüzdə, xüsusilə inəklərə GMO-lu soya və qarğıdalı ilə digər heyvan mənşəli qatqılar yedirildiyindən, mümkün olduqca kəndlərdə otlaqlarda otlayan heyvanların yağları və xüsusilə keçi südündən hazırlanmış yağlar tərceh edilməlidir. Kəndlərdə kərə yağı südün qatığa çevrilməsinin ardından, nehrə ilə çalxalanaraq, ayran və yağa çevrilməsi ilə əldə edilir. Qaya duzu ilə duzlanaraq, soyuq yerdə saxlanır. Nehrə ayranından əldə edilən duzlanmış kərə yağının özəl bir qoxusu vardır, duzlu və turşməzədir.
Kərə yağı, insan sağlamlığına faydalı olması ilə yanaşı, qiymət olaraq da yüksək olması səbəbilə demək olar bütün dövrlərdə haqsız qazanc arxasında qaçanların maraq dairəsi olmuşdur. Bu səbəblə kərə yağında oynanan oyunların da ardı arxası heç bir zaman kəsilməmişdir. Bəzi qazanc fürsətçiləri hələ marqarinə "kərə yağı efiri" qataraq "təbii kərə yağı" deyə istehlakçını aldadır, bəziləri kiflənmiş kərə yağlarını əridib təkrar bazara çıxarır. Bəzi hiyləgərlər də içərisinə kartof və nişasta qatdıqları kərə yağlarını satışa çıxarır.
Təbii olmayan, tamamilə sintetik olan süni trans yağlar, maye bitki yağlarının hidrogen ilə isidilməsi nəticəsində əldə edilir.
Ucuz olduğu üçün bəzi istehsalçı firmalar tərəfindən tərceh edilən bu yağlar xüsusilə erkən ölümlərdə önəmli bir amil olaraq göstərilir. Bu növ yağların ən önəmli zərərinin, "pis xolesterin" olaraq bilinən LDL-i artırması və "yaxşı xolesterin" olan HDL-i azaltması olduğu bildirilir. Elmi araşdırmalar trans yağ səviyyəsi yüksək olanların ürək krizi keçirmə riskinin, normal qidalananlara görə 3 qat daha çox olduğunu ortaya qoyur.
Həmçinin trans yağların immunitet sistemini zəiflədərək diabet, əzəl itkisi, xərçəng, obezitə, ürək xəstəlikləri, qısırlıq, qaraciyər funksiya pozuntusu, Alzheimer və parkinson, hüceyrə funksiya pozuntusu, qandakı yağ səviyyəsi yüksəkliyi, ana südü keyfiyyətində azalma və uşaqsalma riski kimi xəstəliklərə səbəb olduğu qeyd edilir. Hidrogenləşdirilmiş yağlar əsasən hazır kartof qızartmaları, çips, kraker, biskvit, şokolad, qofret və bənzər qidalarda istifadə olunur.
Yağsız bir həyat mümkün deyil, qidalanma üçün son dərəcə önəmlidir. Zeytun yağı kimi bir yağ varkən, digər yağlar istifadə olunmağa dəyməz. Ancaq ev xanımlarının önəmli bir hissəsi, zeytun yağının qoxusunun ağır olduğunu düşünür.
Zeytun yağı qablaşdırmalarında, yağın, zeytundan hansı üsulla əldə edildiyini ehtiva edən məlumatlara yer verilir. Ən sağlam zeytun yağı "soyuq sıxım" üsulu ilə əldə edilir. Keçmiş klassik üsul da deyilən soyuq sıxımla yağ əldə edildikdə zeytunda olan vitaminlər, sağlamlığımız üçün faydalı təbii bitki kimyəviləri (fitokimyəvilər) ilə rəng, dad və aroma yox olmaz. Həqiqi zeytun yağı ləzzəti, soyuq sıxım yağdadır. Soyuq sıxım yağ əldə etmək, digər üsullara görə daha zəhmətlidir, amma sağlamlıq baxımından bu zəhmətə dəyər. Bu yağ, soyuq ortamda asan şəkildə qatılaşır. Bu da yağın sağlam olduğunu göstərir. Digər üsul isə "isti sıxım" üsuludur. Bu üsulda zeytun yağında önəmli itkilər yaşanır. Aşırı istilik, qida maddələrinin və bitki kimyəvilərinin əksəriyyəti ilə yağın rəngini, dadını və aromasını pozur.
Soyuq sıxımda zeytundan yağ əzərək və sıxaraq çıxarılır. Soyuq sıxım olaraq etiketlənən yağlarda istilik əzmə və sıxma prossesindəki sürtünmədən qaynaqlanır. Ancaq bu istilik 30 dərəcəni keçməməlidir.
Vakumlu sıxım, qaranlıq və havasız bir ortamda edilir. 21°C-dən aşağı istilikdə edilən bu prosses də, bir soyuq sıxma işləmidir. Zeytunlar əzilir, suyla qarışdırılır və vakumlu bir cihazda döyülür. Prosses havasız ortamda baş verdiyi üçün, antioksidanlar və bəsin dəyərləri qorunmuş olur.
Təzyiqli sıxım üsulunda isə sıxışdırma və əzmə edilir. Ancaq kvadratsantimetrə, 14-15 ton kimi son dərəcə yüksək səviyyədə bir təzyiq tətbiq edilir. Bu yüksək təzyiq səviyyəsi, yağın istiliyini 145-150°C-ə qədər yüksəldə bilir. Bu da yağda ciddi qida itkisinə səbəb olur.
Zeytunlar arasında ən sağlam yaşıl zeytundur. Orqanizmi zəhərlənmələrə qarşı qoruyur. Yaşıl zeytunun limon duzu kimi qatqı maddələri əlavə etmədən hazırlanması şərtiylə təbiidir. Yağlı zeytun deyə satılan zeytunlara, GMO-lu ucuz yağlar əlavə edilir, bu səbəblə zeytun yeyərkən belə GMO-lu yağ yeyə bilərsiniz.
Qiyməti səbəbilə də zeytun yağı, hiylə uyğun bir yağ növüdür. Hər sahədə nəzarət yetərsizliyinin geniş yayıldığı və hiyləyə əl atan firmaların örtbasdır edilməsi səbəbilə, bu problemlər azalmaq yerinə artır. Zeytun yağında açıq sarı rəng və şəffaflıq axtarma xəstəliyi, yağ istehlakçılarının yanlış məlumatlarındandır. Halbuki ən yaxşı xalis zeytun yağı, donur. Bizim istehlakçı isə donan yağı, "xarab" olduğu düşüncəsiylə almaz. Son illərdə ucuz və GMO-lu kanola, günəbaxan, qarğıdalı özü, soya yağları, zeytun yağına əlavə edilə bilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2014   Tarix: 19 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda müğənni əməliyyatdan sonra öldü

Bakıda müğənni Arzu Şabanov vəfat edib. -a istinadən xəbər verir ki, o, bağırsağında aparılan əməliyyatdan sonra dünyasını dəyişib. Qeyd edək ki, onun 65 yaşı olub

05.05.2026 388
.

Bakı-Brüssel xəttində gərginlik: Kallasın səfəri nəyi dəyişəcək? - POLİTOLOQDAN AÇIQLAMA

Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərdə gərginlik yeni mərhələyə keçib. Rəsmi Bakı 1 may tarixindən etibarən qurumla əlaqələrin dayandırıldığını açıqlayıb. Bu qərar tərəflər arasında siyasi dialoqun faktiki olaraq dondurulması kimi qiymətləndirilir və münasibətlərin gələcəyi ilə bağl

05.05.2026 285
.

Tramp: ABŞ İrana qarşı müharibəyə qayıtsa, 2-3 həftəyə məqsədlərinə çatacaq

Zənginləşdirilmiş uran məsələsi İranla razılaşmanın bir hissəsi olmalıdır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib. "Biz məhv etməli olduqlarımızın çoxunu sıradan çıxarmışıq. Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımda

05.05.2026 150
.

Rusiya ordusu Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbə endirib

Rusiya ordusu Ukraynaya yüksək dəqiqlik silahlarla zərbə endirib. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ukraynanın müdafiə sənayesi obyektlərinə və yanacaq-enerji komplekslərinə yüksək dəqiqlikli silahlarla zərbə endirilib. Bundan başqa

05.05.2026 145
.

"Bir də soruşmayın" - Üzündəki dəyişiklikdən danışdı

Müğənni İradə İbrahimova üzündəki dəyişikliyin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində xırda toxunuşlar etdirdiyini gizlətməyib. O bildirib ki, ilk və son dəfə bununla bağlı yazılanlara cavab verir:. "İnsanlar qıcıq olublar, yazırlar gedib özlərin

05.05.2026 383
.

Putin və Zelenski Rusiyanın Qələbə Gününü qeyd etmək üçün atəşkəs elan etdilər

Prezident Vladimir Putin bazar ertəsi günü Rusiyanın İkinci Dünya Müharibəsindəki qələbəsini qeyd etmək üçün 8-9 may tarixlərində Ukrayna ilə münaqişədə iki günlük atəşkəs elan etdi, lakin Ukrayna Prezidenti Vladimir Zelenski 5-6 may gecəsi başlayan döyüşlərdə fasilə təklifi ilə cavab verdi. BİG.AZ Reuters-

05.05.2026 227
.

Prezident TƏSDİQLƏDİ - Bəzi şəxslərin təhsil haqları dövlət tərəfindən ödəniləcək

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. BİG.AZ -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyət

05.05.2026 272
.

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl

05.05.2026 300
.

Heqset dünyanı Hörmüz üçün hərəkətə keçməyə çağırıb: ABŞ-ın boğazdakı missiyası müvəqqətidir

ABŞ-ın iki ticarət gəmisi hərbi gəmilərlə birlikdə Hörmüz boğazını keçib. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. O, "Azadlıq Layihəsi" çərçivəsində keçirilən bu əməliyyatdan sonra ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüzlərlə gəmi, gəmiçili

05.05.2026 155
.

TOP MP3