IJF Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub

IJF Akademiyasının proqramında iştirak edən məşqçilərə sertifikatlar təqdim olunubBeynəlxalq Cüdo Federasiyası (IJF) Akademiyasının məşqçilik sertifikatı proqramında iştirak edən 63 məşqçiyə sertifikatlar təqdim olunub.

"Report" xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova və baş katibi Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev, vitse-prezidenti Elnur Məmmədli və İJF Akademiyasının sədri Envik Qalea mütəxəssislərə sertifikatlarını təqdim ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında IJF Akademiyasında təhsilin ölkədə cüdonun inkişafı üçün əhəmiyyətini vurğulayıb, bu proqramda iştirak edənlərə uğurlar arzulayıb. O, IJF Akademiyasında təhsilə marağın artmasını ölkədə cüdonun populyarlığının yüksəlməsi ilə əlaqələndirib.

ACF prezidenti Rəşad Nəbiyev qurumun fəaliyyətində cüdo idman növünün bütün işitrakçılarının, xüsusilə də məşqçilərin təhsilinə xüsusi önəm verdiyini vurğulayıb. R.Nəbiyev bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi qarşıda duran yeni çağırışdır. O, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində məşqçilərin üzərinə düşən vəzifəni xüsusi qeyd edərək, bu məqsədə çatmaqda cüdonun rolunu vurğulayıb.

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Azərbaycanda cüdonun inkişafına verdiyi töhfələrə görə BCF Akademiyasının mütəxəssislərinə minnətdarlığını bildirib və Milli Olimpiya Komitəsinin bu cür layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edib.

Envik Qalea məşqçilərin yaradılan imkanlardan yararlanaraq imtahanlardan uğurla keçəcəklərinə əminliyini ifadə edib.

Fevralın 10-da 60 cüdo məşqçisinin hazırda keçirilən seminarın sonunda verəcəkləri imtahan nəticəsində diplom almaları gözlənilir. Qeyd edək ki, indiyə qədər Akademiyada 187 məşqçi təhsil prosesinə cəlb edilib və onlardan artıq 69 nəfəri müvafiq məşqçilik diplomunu əldə ediblər.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 928   Tarix: 10 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hidayət Heydərova çəkisi ilə bağlı qərar vermək üçün vaxt verildi

Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərovun 73 kiloqram, yoxsa 81 kiloqram çəki dərəcəsində mübarizə aparacağına yaxın günlərdə aydınlıq gələcək. xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçirilən cüdo üzrə dünya çempionatının yekunların

12.10.2026 576
.

"Sabah"dan 1 xala layiq matç... - Video-Yenilənib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparan təmsilçimiz "Sabah" bu gün növbəti sınağına çıxır. "Qafqazinfo" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində Almaniyanın "Borussiya Dortmund" klubunu sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda təşkil olunaca

20.10.2026 1011
.

ACF rəsmisi: "Azərbaycanda müasir idman infrastrukturunun yaradılması üzrə mühüm işlər görülüb"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə müasir idman infrastrukturunun yaradılması, idmançıların dəstəklənməsi və mötəbər beynəlxalq idman tədbirlərinin Azərbaycanda keçirilməsi istiqamətində mühüm işlər görülüb. "Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasını

03.10.2026 455
.

"Real Madrid"in futbolçusu itlərinə görə hakim qarşısına çıxacaq

"Real Madrid" klubunun müdafiəçisi Ferlan Mendi ona məxsus itlərdən birinin yeniyetməyə hücum etməsi ilə əlaqədar məhkəməyə çıxacaq. bu barədə "Sport.es" nəşrinə istinadən xəbər verir. Madrid Cinayət Məhkəməsi ilk iclası dekabrın 21-nə təyin edib. Qeyd edək ki, fransalı futbolçunu

18.10.2026 518
.

Ronaldo 18 ildən sonra ilk dəfə...

Kriştianu Ronaldo Portuqaliya millisinin Norveçə qarşı keçirdiyi oyunu ehtiyatdan izləyib. "Qafqazinfo" xəbər verir ki, 18 ildən sonra ilk dəfə superulduz yığmasının heyətində rəsmi matçda meydana çıxmayıb. Portuqalların 2:1 hesabı ilə qalib gəldikləri matçda Ronaldo sonradan da oyuna daxi

28.09.2026 579
.

İtaliyalı yarımmüdafiəçi Jorjinyo dopinq testindən keçə bilməyib

Braziliyanın "Flamenqo" klubunda çıxış edən italiyalı futbolçu Jorjinyo dopinq testindən keçə bilməyib. xəbər verir ki, bu barədə jurnalist Tiaqo Asmar sosial şəbəkə hesabında məlumat yayıb. Bildirilib ki, futbolçudan nümunə Libertadores Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonr

24.10.2026 333
.

Roberto Karlos: "Futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim"

Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb. xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb. "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktor

26.09.2026 441
.

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub etdi

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb. Qaynarinfo xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qalatasaray"ın qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrd

27.10.2026 236
.

"Sabah"ın oyununa 45 min bilet satılıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda keçiriləcək "Sabah" - "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu oyun üçün paket biletlərlə birlikdə 45 minə yaxın bilet satılıb. "Sabah"ın Çempionla

05.10.2026 561
.