Azərbaycanda lombardlar tarixə qovuşur? - ARAŞDIRMA

Azərbaycanda lombardlar tarixə qovuşur? - ARAŞDIRMAAzərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi "Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası"na əsasən ölkədə fəaliyyət göstərən bu təşkilatlar üçün kreditləşmə üzrə limitlər, kapital üzrə minimum tələb və digər tələblər müəyyən edilib.

Bununla bağlı "Report" sahənin mütəxəssisləri ilə danışıb.

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib ki, təşkilatlara minimum tələbin müəyyən edilməsi Avropa Direktivi (PSD2) çərçivəsinə uyğun olaraq edilib.

"Bu tələblər müəyyən ediləndə mövcud vəziyyət qiymətləndirilir və əvvəlcədən ekosistem iştirakçıları ilə koordinasiya edilərək dəfələrlə müzakirə edilib. Göstəricilər və təyin edilən məbləğ tələbləri lisenziya alacaq ödəniş təşkilatı və elektron pul təşkilatlarının təhlükəsiz və effektiv fəaliyyətinin təmin edilməsi, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ekosistemdə dayanıqlıq və rəqabətə davamlı ödəniş təşkilatları və elektron pul təşkilatları fəaliyyət göstərəcək. Eyni zamanda, innovativ həll və texnologiyaların tətbiqi genişlənəcək, maliyyə inkluzivliyini genişlənməsində müsbət rol oynayacaq", - T.Rüstəmov qeyd edib.

O, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşəcəyini gözləyir:

"Qaydanın bu xüsusiyyəti [kapital tələbi] ekosistem iştirakçıları arasında rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qayda açıq bankçılıq texnologiyasının tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək".

ABA-nın rəsmisi hesab edir ki, qaydanın digər mühüm bir xüsusiyyəti isə maliyyə inklüzivliyinin inkişafına göstərəcəyi müsbət təsirdir: "Belə ki, ödəniş agentləri şəbəkəsinin daha ucqar regionlarda formalaşdırılması, məsafədən göstərilən ödəniş xidmətlərinə üstünlük verilməsi maliyyə xidmətlərini əhali üçün daha əlçatan edəcək".

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu qərar lombard bazarında olan yüksək faizlərin qismən aşağı düşməsinə, insanların lombardlardan asılılığının qismən azalmasına gətirib çıxaracaq:

"Qismən deməyimin səbəbi məbləğin hələlik 50 manatla məhdudlaşdırılmasıdır. Hesab edirəm bu, pilot xarakterli ola bilər. Gələcəkdə bu məbləğ artırıla bilər. Amma bugünkü şərtləri və müvafiq təşkilatların imkanlarını da nəzərə alsaq bu məbləğ də qaneedicidir. Azərbaycanda maliyyə sıxıntıları olan insanlar üçün bu kimi layihələrin reallaşdırılmasına, eyni zamanda biznes planların nəticələrinin də gələcəkdə analiz edilməsinə və dövlət tərəfindən müvafiq istiqamətdə əhalinin rifahının gücləndirilməsi proqramlarının hazırlanmasına ehtiyac var".

Ekspert bildirib ki, əsas məsələ maliyyə bazarları oyunçularının fəaliyyətinin əhatə dairəsinin genişləndirilməsidir:

"Qərarın məqsədi bazarda müəyyən qədər daha rəqabətli mühitin yaradılmasıdır. Çünki əsas məqsəd məhz ödəniş təşkilatlarının. elektron pul köçürmə xidməti göstərən təşkilatların kredit vermə səlahiyyətinin yaradılması idi".

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası (2), ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi (3) xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50 min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət almalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə

00:21 110
.

Azərbaycan kartof ixracından 30 milyon dollara yaxın gəlir əldə edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 76 min 930 ton kartof ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 29 milyon 389 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 7 min 852 ton (11,4 , dəyər baxmında

25.07.2026 170
.

12 yaşlı Əfsanənin qətlində DETALLAR: Özündən dörd yaş böyük bacısı polisə təslim olubmuş - VİDEO

Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb. xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb. Kənd sakini 2014-cü il təvəllüdlü Əsna Namazova ağır vəziyyətdə Şəmkir Rayon mərkəzi xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkü

25.07.2026 294
.

Donald Tramp zirehli jileti niyə geyinmədiyini AÇIQLADI

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp qoruyucu zirehli jiletin onu xarici görünüşcə daha kök göstərdiyini bildirərək, bu vəziyyətdən gileylənib. xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdə akkreditə olunmuş Müxbirlər Assosiasiyasının ənənəvi illik qəbulunda çıxış edib. "Bir ço

25.07.2026 134
.

İlk dəfə "amansız isti gün" XƏBƏRDARLIĞI ELAN ETDİLƏR

Yaponiya rekord səviyyəyə çatan isti hava dalğası ilə mübarizə aparır. Ölkədə temperaturun 40 dərəcəni keçməsindən sonra meteoroloqlar yeni tətbiq edilən "amansız isti gün" xəbərdarlığını ilk dəfə elan ediblər. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yaponiya Meteorologiy

25.07.2026 185
.

Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi - Əhaliyə TƏCİLİ xəbərdarlıq

Bu gün və sabah Azərbaycanda, o cümlədən Bakıda və Abşeron yarımadasında havanın temperaturunun xeyli yüksələcəyi gözlənilir. xəbər verir ki, proqnozlara əsasən, bəzi bölgələrdə termometrlər 41 dərəcəyədək yüksələcək. Mütəxəssislər əhaliyə qızmar havalarda sağlamlıqlarını qorumaq üçün bir sıra qaydalar

25.07.2026 237
.

Azərbaycan Ordusunun giziri vəfat edib - FOTO

Azərbaycan Ordusunun giziri Azər Binnətov vəfat edib. BİG.AZ Bakıvaxtı.az-a istinadla xəbər verir ki, o, səhhətində yaranmış problemlərlə əlaqədar bir müddət müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb

01:35 72
.

Hitlerin doğulduğu ev polis bölməsi oldu

Avstriyanın Braunau-am-İnn şəhərində Adolf Hitlerin doğulduğu evdə polis bölməsi fəaliyyətə başlayıb. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, Avstriya hakimiyyəti binanın neonasistlərin ziyarət məkanına çevrilməsinin qarşısını almaq məqsədilə on

25.07.2026 166
.

Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu

ABŞ lideri Donald Tramp Türkiyəyə səfəri ərzində məxfi xidmətdən aldığı sui-qəsd xəbərdarlığı səbəbindən Qətərin bağışladığı "Boeing 747-8" əvəzinə əvvəlki "Air Force One" təyyarəsindən istifadə etmək məcburiyyətində qalıb. xəbər verir ki, bu məlumatı "New York Times" nəşr

25.07.2026 177
.

TOP MP3