Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu...

Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu...Bakının Xətai rayonunda 1982-ci il təvəllüdlü Cəlal həyat yoldaşı Sevdaya (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə 9 may 2023-cü ildə "Təbrik" şadlıq sarayının "Zümrüd" zalının arxasında baş verib.

Cəlal rəsmi nikahda olduğu həyat yoldaşı Sevdanı sosial şəbəkələrdən tanışlıq məqsədilə istifadə etməsinə görə yaranmış mübahisə zamanı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Sevda ilə münasibətləri yaxşı olub: "Lakin arvadım Sevdanın son zamanlar sosial şəbəkələrdən istifadə etməsi aramızda soyuq münasibətlərin yaranmasına səbəb oldu. Ona bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirdim. Amma dediklərimə məhəl qoymadı. Buna görə mobil telefonununu əlindən aldım.

Bir müddət sonra Sevda daha sosial şəbəkələrə daxil olmayacağını, yalnız mənimlə əlaqə saxlamaq üçün mobil telefondan istifadə edəcəyini bildirdi. Ona inandım, mobil telefonu geri qaytardım. Qısa müddət sonra yenidən bu məsələ ortaya çıxdı. Qızım mənə Sevdanın başqa bir gizlin telefon işlətdiyini dedi. Hətta həmin mobil telefonun qoruyucusunu da evdə tapdım. Lakin ona gizlin telefon işlətdiyini sübut edə bilmədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, məsələ ilə əlaqədar Sevdanın çox üstünə düşməyib: "Növbəti gün işə getdim. İşdə olanda qızım mənimlə əlaqə saxlayıb anasının evdən qaçdığını bildirdi. Sevdanın anası və qardaşı ilə onu axtarmağa başladıq. Bir müddət sonra Sevdanın işlədiyini mənə bildirdilər. "Təbrik" şadlıq sarayına gedərək orada Sevda ilə söhbət etməyə çalışdım. Məqsədim aramızda olan mübahisəni həll etmək idi. Həmçinin azyaşlı övladlarım da analarının evə qayıtmasını istəyirdilər.

Söhbət zamanı Sevdaya ailəmizin belə hala düşməsindən narahatlıq keçirdiyimi, uşaqların da onu istədiklərini bildirdim. Sevdaya evə dönməyi xahiş etdim. O isə məni təhqir etməyə başladı. Sevdaya təhqir etməməyi bildirdim. Amma buna məhəl qoymadı.

Sevdanı başa salmaq üçün onu şadlıq sarayının arxasına apardım. Orada Sevdanın təhqirlərinə dözməyərək evdən götürdüyüm bıçaqla ona xəsarət yetirdim".

Təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməldən peşmandır: "Bu hadisədən bir neçə gün sonra barışdıq. Yenidən ailə kimi birlikdə yaşayırıq. Onun mənə qarşı şikayət və tələbi yoxdur".

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, Cəlalla 2006-cı ilin iyun ayında ailə həyatı qurub: "Biz 2013-cü ilin martında rəsmi nikaha daxil olduq. Üç övladımız var. Təxminən 2020-ci ilin ortalarından etibarən Cəlal qısqanclıq zəminində mənimlə mübahisə etməyə başladı. Həmin səbəblərə görə 3-4 dəfə evdən çıxaraq valideynlərimin yanına gedib qayıtmışam. Ardınca Cəlal mənə sosial şəbəkəyə girə bilməməyim üçün mobil telefon istifadə etməyə icazə vermədi".

Zərərçəkmiş şəxs qeyd edib ki, sonuncu dəfə yaşadıqları evdə olan zaman Cəlal onun gizli mobil telefonunun olmasını bildiyindən aralarında mübahisə yaranıb: "Bir gün sonra yaşadığımız evdə oğlum əlimdə mobil telefonu gördü və Cəlalla aramızda yenidən mübahisə düşəcəyini bildirdi. Mən də oğluma qəzəbləndim, Cəlalın yenidən mübahisə yaradacağını bildiyim üçün evdən çıxaraq getdim. Rəfiqəm Günayın Binəqədi rayonu ərazisində dəqiq ünvanını bilmədiyim mənzilində qaldım.

Xərclərimi ödəmək üçün sosial şəbəkə vasitəsilə tapdığım "Təbrik" şadlıq sarayında qabyuyan işləməyə başladım. Həmin ərəfədə Cəlal mənim anam və qardaşımla maraqlanıb baş verənlərdən xəbər tutdular, mənə zəng edərək evə geri qayıtmağımı bildirdilər. Mən bundan imtina etdim".

Zərərçəkmiş deyib ki, "Təbrik" şadlıq sarayında işdə olan zaman oğlu içəri daxil olub və onu çölə çağıraraq söhbət etmək istədiyini bildirib: "Çölə, "Zümrüd" zalının arxasına tərəf çıxdım. Orada oğlumla söhbət edən zaman Cəlal bizə yaxınlaşdı, məni kənara çağırdı. O mənə evə qayıtmağımı, uşaqların məni gözlədiyini bildirdi.

Mən "İnstagram" sosial şəbəkəsindən xəbərlərə və digər məlumatlara baxmaq üçün istifadə etsəm də, bəzən tanımadığım hesablardan mənə ismarış gəlirdi. Cəlal isə mənim başqa kişi ilə danışmağımı iddia etdiyindən ona çox qəzəbli idim. Qısqanclıqdan bezdiyimdən ona kobud şəkildə "get" dedim.

Cəlal yenidən məndən evə getməyimi tələb etdikdə qışqıraraq onu təhqir etdim. O, qəflətən sağ əli ilə şalvarının bel hissəsindən bıçaq çıxararaq məni vurmaq istədi. Arxaya çəkildim, bıçaq sağ ayağımın bud nahiyəsinə xəsarət yetirdi. Ardınca isə sinə və qarnımın sol yan nahiyəsinə iki dəfə zərbə endirdi. Bir neçə dəqiqə sonra tanımadığım bir neçə nəfər gələrək təcili tibbi yardıma məlumat verdilər. Sonra nə baş verdiyini xatırlamıram. Özümə gəldikdə, artıq xəstəxanada idim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cəlalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay verilən cəza şərti hesab olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1692   Tarix: 19 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Əliyevin qəbulunda

Azərbaycan Prezidenti İlham Əliyev bu gün BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd olunub

15:06 150
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

14:08 178
.

Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir

Qədim mədəniyyətə, zəngin tarixə malik Azərbaycan xalqı və dövləti həmişə qarşılıqlı etimada, hörmətə, sülhə üstünlük verən multikultiral dəyərləri özündə yaşadıb və qoruyub. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sülhpərvər siyasətdə daim regiond

14:45 158
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

13:00 190
.

Hazır qidaları azaltmaq depressiya əlamətlərini yüngülləşdirə bilər

Hazır və yüksək dərəcədə emal olunmuş qidaların azaldılması depressiya əlamətlərinin yüngülləşməsinə kömək edə bilər. ABŞ-da aparılan ilkin araşdırmada qidalanma vərdişlərini dəyişən iştirakçılarda depressiya əlamətlərində nəzərəçarpan yaxşılaşma müşahidə olunub. BİG.AZ xarici mediaya istinadla xəbə

11:34 202
.

Modriç əfsanəvi İbrahimoviçin rekordunu qırdı

"Milan"ın yarımmüdafiəçisi Luka Modriç İtaliya çempionatında unikal bir nailiyyətə imza ataraq, 40 yaşdan yuxarı oyunçunun ən çox məhsuldar ötürməsi üzrə A Seriyası rekordçusu olub. -ın xəbərinə görə, xorvatiyalı yarımmüdafiəçi 40 yaşından bəri İtaliya liqasında dördüncü məhsuldar ötürməsin

19:00 1
.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 1
.